Nişanlısı başqa oğlanı sevdi, arvadı Hepatit C-yə yoluxdu

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Arif Əli oğlu Quliyev 16 may 1950-ci ildə Əli-Bayramlı şəhərində anadan olub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna imtahan verir. İki imtahandan keçir, birindən kəsilir. Artıq internatda yaşamaq hüququ da başa çatdığından küçədə qalan Arif çarəsiz halda texnikumun qarşısında dayanır. Oranın direktoru Cavahir xanım Arifi görüb yanına çağırır, biləndə ki, onun heç kimi və qalmağa yeri yoxdur, Arifi özü ilə evinə aparır, paltarlarını yuyub, xörək verir. Ertəsi gün isə onu texnikumun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul edir.
    1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilir.
    1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə "Humay" mükafatına və Xalq artisti adına layiq görülür.
    Arif Quliyev teatrda işlədiyi dönəmlərdə "Təzə gəlin", "Gözün aydın", "Qaynana", "Hicran", "Durnalar qayıdanda", "Məhəbbət, şeytan və ağ ölüm" tamaşalarda maraqlı rollar yaradıb.
    Onun yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.
    Arif Quliyev uşaq evində böyüyüb. Üç yaşı olanda qara çarşablı bir qadın onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyur. Arifə isə deyir ki, gedim, sənə peçenye alıb gəlirəm. Axşam saat 8-ə qədər üç yaşlı Arif uşaq evinin qarşısında həmin qadını gözləyir. Uşaq evinin müdiri işdən çıxıb evə gedəndə, qapının qarşısında üç yaşlı uşağı görür və məsələdən hali olub, onu uşaq evinə aparır.
    Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayır. Onun Yəhya adlı müəllimi Arifə deyir ki, valideynin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda, müəllim pis olur. Ona deyir, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir, qoy, Əli sənin köməyin olsun. Bundan sonra onu pionerə keçirirlər.
    "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim" bədii filmlərdəki obrazları da yaddaqalandır.
    Yenidən qayıdaq Arifli günlərə...
    Arif Quliyevin oğlu Fərid günlərin birində dostları ilə birlikdə Fariz adlı bir gəncin ölümünə bais olur. Fərid həbs olunur, uzun illik həbs həyatı və vərəm xəstəliyi Fəridin həyatdan erkən köçməsinə səbəb olur. 2012-ci ildə Arif Quliyev oğlunu torpağa tapşırır. Bu barədə o, mətbuata verdiyi açıqlamasında deyir:
    “Danışmaq həddindən artıq çətindir. Oğlum belimi qırdı. Cavan olduğuna görə hamımız ümid edirdik ki, xəstəliklə mübarizədən qalib çıxacaq. Onun yoxluğu ilə barışmaq dözülməzdir”.
    Arif Quliyevin xəstəxanada boğula-boğula çapalaması məşhur bir aktyorun, Xalq artistinin xəstəxanada virusdan əziyyət çəkməsi kimi yox, bir yetimin ağrı içində qovrulması kimi göründü.
    Və nəhayət, 6 may, 2021-ci il... Yox, Onun ölümü haqqında, nə isə deyə bilməyəcəm...
    Gözünü açandan atasını-anasını gəzdi...
    Bir baxdı övladları var, bir baxdı ki, biri var, biri yox...
    Bir baxdı yeganə övladı şikəst...
    Tale daim gülən başqa bir adamla bu qədər amansız davrana bilməzdi, Ariflə davrandı.
    O, hər nə qədər uğur qazansa da, bir ölkədə böyükdən-kiçiyə hər kəsin tanıdığı şəxsə çevrilsə də, daim nakam qaldı. Uşaqlıq travmasının təqibi ilə o qara, çətin günlərdən uzaq olmağa çalışır, üzünə sardığı o gülüş pərdəsi ilə əsl həqiqətlərini gizləməyə çalışırdı.
    Arif Quliyevin 47 illik sənət həyatına baxanda onun yetərincə qiymətləndirilmiş aktyor olduğunu görərik.
    Ancaq oynadığı rollar daim epizodik...
    Epizodik rolları küçümsəmirəm, ömrünü bu tip rollara həsr edib şedevrlər yaradan onlarla aktyor saya bilərik. Ancaq Arifin rollarına baxanda, biz onun nə vaxtsa tam özünü ortaya qoyacağına, nəhayət bir gün ona daim narahatlıq gətirən potensialından birdəfəlik xilas olacağına inanırdıq.
    Ancaq Arif o rolunu tapmadı!
    “Bəyin oğurlanması” filmində Vaqif Mustafayevin ona biçdiyi Miriş obrazı kino tarixində yapışa biləcəyi ən möhkəm dayaq oldu. Bu obraz sanki Arifin taleyinə çevrildi. O, Azərbaycan kino sənətinə də elə Miriş kimi qaça-qaça gəldi, qaça-qaça da gedir...
    Hara qaçdığını, niyə qaçdığını kimsə bilmir. Təngnəfəs oturub düşünsə, özü də hara qaçdığını bilməyəcək.
    Miriş kimi nə vaxt böyüdüyünü də heç kəs hiss etmədi, sanki elə qaça-qaça, təngnəfəs gəlib ölüm yatağına girdi, bir də gördük, mənasız bir xəstəxana otağında bir nəfəslik hava gəzir...
    O, öz rejissorunu gözləyə-gözləyə qocaldı və öldü. Qocaman aktyorun ölüm yatağındakı çırpıntılarına baxanda adamın içindən “alınmadı” deyib hönkürmək keçir.
    Alınmadı...
    Ancaq gözlərindəki ümid gör səni haralara gətirmişdi....

Комментарии • 331

  • @successlive2825
    @successlive2825 2 года назад +74

    Cox saf və oldugu kimi sadə sənətkar.Allah ona qəni- qəni rəhmət etsin. Cox hormətim var idi bu sənətciyə.

    • @rnayusubova6519
      @rnayusubova6519 2 года назад +6

      ARİF QULEY COX YAXŞI İNSAN İDİ MƏN COX TƏSÜF EDİRƏM Kİ DƏYƏRLİ SƏNƏTKARLARI İTİRDİK.ALLAH HAMSINA RƏHMƏT ELƏSİN.

  • @nahidmemmedli3950
    @nahidmemmedli3950 2 года назад +93

    Allah Rəhmət eləsin bizim üzümüzdə təbəssüm yaradan aktyorlar Nəsibə xanım,Yaşar Nuri,Arif Quliyev,lütfəli,Siyavuş ,Allah sizi Qəni Qəni rəhmət etsin

  • @qarabagazrbaycandr4529
    @qarabagazrbaycandr4529 2 года назад +18

    Bizləri güldürən və guluşlərinin arxasında bir ömrü boyu kədərləri gizlədən dahi sənətkar Arif Quliyev.Neçə illər keçsə də böyük insanı yada salıb, oynadığı rolları gülüş dolu xatirələri unutmaq olmaz. Allah Qəni Qəni rəhmət eləsin məkanları cənnət olsun dünyasını dəyişən xalq ,əməkdar artistlərimizə.

  • @vusal960
    @vusal960 2 года назад +30

    Allah rəhmət eləsin.Gözəl sənətkar idi.Yoxluğuna inanmaq çətindir🥺

  • @Muradov7831
    @Muradov7831 2 года назад +26

    Əvvəldən insanın suyu bulanmasın...tale insana ana bətnində,tərpəndiyi anda yazılır.görünür bu taleyi bədbəxt sənətkara o vaxtdan bədlik,bədbəxtlik yazılıb.MƏKANIN CƏNNƏT OLSUN HƏYATI NAKAMLARLA DOLU OLAN SƏNƏTKAR🤲AMİN🥀🥺😔

  • @gultkinquliyeva2153
    @gultkinquliyeva2153 2 года назад +7

    Kicikdən böyüyə hamının məhəbbətini qazanan SƏNƏTKAR. Məkanınız Cənnət olsun ALLAH rəhmət elısin Amin.

  • @rovsnrustmov6612
    @rovsnrustmov6612 2 года назад +12

    Uşaqligdan qəlbimizdə guluş ustasi kimi qalan boyuk insan...Allah sənə rəhmət eləsin Arif muəllim

  • @sahibnovruzov1148
    @sahibnovruzov1148 2 года назад +27

    Mende Internatda Boyumuwem indi 25 yawim var Wukur Allaha herweyde gozeldi .. 6 ci sinifde oxuyanda Internatda Arif Quliyef Nezir Getirmiwdi bize ve bizi Guldurmuwdu ( Yerin Cennet olsun

    • @elmiran-va6708
      @elmiran-va6708 2 года назад +7

      Allah her şeyi heyatnda axıra kimi yaxşı ve xeyirli etsin 🤲 və heç zaman Allahn səni öz himayesinden ve sevgisindən kenar etmesin .Amin.

    • @GulshenASMR
      @GulshenASMR 2 года назад +4

      gozlerim doldu🥺
      Allah bundan sonra size oqeder gozel Şanslar versinki Gozel geleceyiniz Olsun🙏🏻🙏🏻🙏🏻💙

    • @user-cj6hw8dz6w
      @user-cj6hw8dz6w 2 года назад +1

      Həyatınız həmişə gözəl olsun. İNŞAALLAH.

    • @sahibnovruzov1148
      @sahibnovruzov1148 2 года назад +1

      Tessekur Edirem Herbirinize Minnetdaram.. sukur Allaha herwey cox gozeldi bundan o yana hecne gerekmez artiq Na Wukur olmamaq lazimdi

    • @sahibnovruzov1148
      @sahibnovruzov1148 2 года назад

      @@elmiran-va6708 Cox Saqolun 🙄

  • @raufmikayilov7080
    @raufmikayilov7080 2 года назад +11

    Çox Acı Həyatı Keçib 🥺🥺🥺🥺🥺
    Allah O, Dünyasını Versin Amin İnşallah.

  • @fuad9127
    @fuad9127 2 года назад +24

    Yerin cənnətlik olsun.Allah sənə qəni qəni rəhmət eləsin əvəzolunmaz sənətci.

  • @resadbey1980
    @resadbey1980 2 года назад +14

    Allahın rəhməti olsun üzərinizə. Doğrudan da ürəkağrıdan taleyin yükünü çəkin bu insan...

  • @aludmustafayeva4878
    @aludmustafayeva4878 2 года назад +30

    Komediya artisti olsa da gözlerinde həmişə qəm keder var idi Allah rəhmət etsin 🤲

  • @leyaqetmehemmedrzayev4545
    @leyaqetmehemmedrzayev4545 2 года назад +18

    Allah rəhmət eləsin.Şəxsən taniyirdim,bir yerdə yeyib icəndə,mən fəhlə işləyirdim,məni gördü kafeyə girəndə və dedi ki Sən cox yorulmusan,gəl Sənə qulluq edim.Arif müəllim həmişə fəhlə və kasiblarin qədrini bilirdi...

    • @vusal960
      @vusal960 2 года назад +5

      Allah məkanın cənnət eləsin.Etdiyi yaxşılıqlar savabına yazılsın

    • @narqizmextiyeva1216
      @narqizmextiyeva1216 2 года назад

      Allah olmez senetkarimiza rehmet etsin Mekani cennet ruhu wad olsun Amin

  • @sirvantv4314
    @sirvantv4314 2 года назад +15

    Səhnəmizin gülüş ustası böyük korifey məqamın cənnət olsun insallah
    Allah Arifsevərlərə Rövşən qardaşıma Arif ailəsinə səbr versin inşallah

  • @user-iq1ce5iy1q
    @user-iq1ce5iy1q 2 года назад +8

    Allah sənə rəhmət eləsin ay gözəl sənətkarımız. Çox heyif sizdən, ...

  • @user-iq3lu5ul1k
    @user-iq3lu5ul1k 2 года назад +4

    Хейифлар олсун Сиздан чох талантлы актерумуз,ушаг кими тамиз галбли инсан- Ариф Гулиев.Рухунуз шад олсун.!🌹🌹

  • @zohrem9593
    @zohrem9593 2 года назад +40

    Bədbəxt insan.😢 Mən heç vaxt ona baxıb gülməmişəm.

    • @Samxal_664
      @Samxal_664 2 года назад +6

      Sizin ne dediyinizi çox yaxşı başa düşürəm haklısınız

    • @afiqqasml9758
      @afiqqasml9758 2 года назад +3

      Eynən mən də gülə bilməmişəm. 😶

    • @babababayev1546
      @babababayev1546 2 года назад +1

      @@afiqqasml9758 niye gülmemisiz nolub derdiniz nedi Allahkömek dursun

    • @afiqqasml9758
      @afiqqasml9758 2 года назад +1

      @@babababayev1546 Allah sizə də köməy olsun. Ariq Quliyev heç vaxt mənə gülməli gəlməyib. Gülməmişəm

    • @babababayev1546
      @babababayev1546 2 года назад

      @@afiqqasml9758 niye gülmemisiz

  • @boyukxanmqasimova3859
    @boyukxanmqasimova3859 2 года назад +25

    Allah sizi rəhmət eləsin əvəz olunmaz sənətkarımız xalqın qarşısında hörmət qazanan insan qəlblərdə yaşayacaqsan

  • @user-hd2xn1py9e
    @user-hd2xn1py9e 2 года назад +10

    Yazilan yazidan qaçmaq olmur.Allah rəhmət etsin.

  • @memmednagiyev7824
    @memmednagiyev7824 2 года назад +8

    Heyf sizden, gözel senetkar😭 Allahdan size rehmet dileyirem🙌

  • @sedifeulubeyova2545
    @sedifeulubeyova2545 2 года назад +12

    Allah rəhmət eləsin unudulmayan sənətkarımıza

    • @nurlanbayramaliyev2250
      @nurlanbayramaliyev2250 Год назад

      Allah rəhmət eləsin bu insanlara. Artıq bir ikisi qalıb gözəl insanların sayı başa catir

  • @sehlasusali5056
    @sehlasusali5056 2 года назад +12

    Allah rehmet eylesin Arif mellimin acı heyatı her birimizin üreyini ahrıda agrıda ARİFİ sevdi ve yaşatdl.
    Bu günde yaşayır 😰🙏😰

  • @zamiqhuseynov8705
    @zamiqhuseynov8705 2 года назад +74

    Ruhun şad olsun gözəl insan sən bizlərin xəyalında iz qoymusan sən bizlər üçün həmişə baş rolda olmusan

    • @elmiranebiyeva9892
      @elmiranebiyeva9892 2 года назад +5

      Allah gözəl insan və ölməz sənətkara Rəhmət eləsin.Məkanı Cənnət olsun.Amin.

  • @Pənah1985
    @Pənah1985 2 года назад +6

    Çox heyf kinomuz teatrımız Arif Quliyev kimi sənətkardan tam istifadə edə bilmədilər. Çox maraqli böyuk rollara çəkə bilərdilər heyfki hər zaman kiçik rollarda oldu. Allah rəhmət eləsin böyuk sənətkara.

  • @melekmehtiyeva956
    @melekmehtiyeva956 2 года назад +3

    Can can 😭😭😭. Arif müellimin adi cəkiləndə üreyim parcalanir. Allahim Arif Müellimin məkanin cənnət etsin qəbri Nurla dolsun. Heyif Arif müellimin itirdiy 😭😭😭

  • @sedaqetelekberova6918
    @sedaqetelekberova6918 2 года назад +7

    Allah rəhmət etsin.Bu yazlqlar çox əziyyət çəkdilər.Arif Quliyev gəlməz daha.

  • @ruhengizsixmemmedova425
    @ruhengizsixmemmedova425 2 года назад

    Nə gözəl veriliş hazirlamisiz Arif müəllim haqqinda.Cox sag olun.Allah razi olsun sizlərdən.SƏNƏTKAR nur icində yatin🙌🙌

  • @ayazabdurahmanov1614
    @ayazabdurahmanov1614 2 года назад +7

    😔😔😔 Məkanı Cənnət Olsun Amin 🙏😔😔😔💔

  • @antiqaibadullayeva8387
    @antiqaibadullayeva8387 2 года назад +8

    Oz heyatini daniwanda ne geder aglamiwdim heyf gozel senetkarlardan allah rehmet etsin

  • @gulnarnehmetova85
    @gulnarnehmetova85 2 года назад +4

    Gozel insan Allah seni rehmet elesin. Mekani cennet olsun. Kewke 100 yawasaydin😔

  • @gulsncfrova1550
    @gulsncfrova1550 2 года назад +42

    Xaricde yasasaydi indi dunya komik aktyor kimi taniyardi onu ona layig olan rollar verilmedi oz gucu ile nail oldu cox seye bele senetkarlar daha olmayacag heyati agir oldu allah rehmet etsin

    • @ayla.b3782
      @ayla.b3782 2 года назад +3

      Men ele basa dusurem ki O vaxtlar bizim millete ireli getmeye imkan vermeyibler. Ireli geden bezileri meselen zeyneb xanlarova kimileri olub. Erevan mahnisini nece urekle oxuyursa....

    • @xocberovameryem5468
      @xocberovameryem5468 2 года назад

      Qq

  • @xatirememmedzade729
    @xatirememmedzade729 2 года назад +10

    heyat axir iller ne qeder cansixici ve maraqsiz olub.her kes oz yaxinlarini itirmekle yanasi xalq arasinda taninmis insanlarida dunyalarin deyismesine qore uzulur.ne qeder 2019dan bu yanakarifeyleri itirdik.allah hamisina rehmet eln.cavanlarimizi usaqlarimizi Allah qorusun.

    • @mahmuddemirov5998
      @mahmuddemirov5998 2 года назад

      Allah rəhmət eləsin.Gözəl aktyor ,dərdli ailə başçıdı,əvəzsiz yumor ustası.

  • @ziberseferov413
    @ziberseferov413 2 года назад +2

    Görəsən Arif müəllim son nəfəsində ikimi görmək istəyib?.Əzizimiz Arig müəllim sən hər bir Azəərbaycanlı üçün əziz idin .Biz öz əzizimizi itirdik.Sllah sənə rəhmət eləsin,məkanın cənnət olsun bizim əzizimiz.

  • @asto1954
    @asto1954 2 года назад +1

    Arif müəllim. Mən nioner düşərgəsində ona belə müraciət edirdim. Bizi gülməli səhnələri ilə sevindirirdi. Biz hamımız həmişə ona xahiş edib istəyirdik ki bizi güldürsün. Bizi çox sevirdi. Sonradan bildim ki Arif müəllim atasız anasız böyüyüb. Həmişə onun sənət yolunu izləyirdim. Çox yazmaq olar Arif müəllim haqqında. Allah sənə rəhmət eləsin, gözəl, mehriban insan. Mənim yadımda həmişə qalacaqsan.

  • @aygunebilova9545
    @aygunebilova9545 2 года назад +5

    YERIN CENNET OLSUN ARIF BEY😪

  • @mahireimranova7818
    @mahireimranova7818 2 года назад +2

    Məkanın cənət olsun gülüşü həmeşə efirlərdə bizə bəxş eləyən Arif Məllim üzümüz gülürdü həmeşə sizə baxanda🤲🕋😔😔🥀🥀

  • @tamillavelixanl7148
    @tamillavelixanl7148 2 года назад +8

    Allah rəhmət eləsin.Məkanı cənnət olsun.

  • @aprelmmmdov4274
    @aprelmmmdov4274 2 года назад +8

    Allah görkəmli aktyorumuza rəhmət eləsin!

  • @sevdahaciyeva1476
    @sevdahaciyeva1476 2 года назад +4

    ALLAH rəhmət eləsin, ruhun şad , məkanın cənnət, qəbrin daima nurla dolsun İNŞALLAH AMİN

  • @kerimkrimli7895
    @kerimkrimli7895 2 года назад +13

    Allah rəhmət eləsin,sevimli aktyor😭😭

  • @orxanmahirov4132
    @orxanmahirov4132 2 года назад +1

    Arif Quliyev siz bizim qelbimizde hemishe yashayacaqsiz. Cox eziyyet ceken heyatda amma boyuk iz qoyan sehnede ve kinoda sade qelbi temiz bir xalqimizin senetkari. Heyif suzden. Allah rehmet eylesin Boyuk Aktyor Arif muellimi.

  • @user-md8zh7mb4z
    @user-md8zh7mb4z 2 года назад +3

    Gozel insan evezsiz aktyor kimsesizliyin hec kecmedi azalmadi 😢

  • @mhbubmirpasaqz2323
    @mhbubmirpasaqz2323 2 года назад +4

    Qara çarşablı qadın bəyənmədiyin oğlun Arif əbədi olaraq gözlərini bu vəfasız dünyaya yumdu .Siz ondan canınızı qurtarıb atmışdız amma o xalqına millətinə çox yayarlı insan oldu.Onun xoş simasın hamı sevir və onu görməyəndə darıxırdıq .Elə indidə darıxırıq Allah sənətkara rəhmət eləsin .Sakit uyu hər vaxt ruhunuza fatihə oxuyacağıq gözəl insan🎭🎭🎭😥😥🎭🎭🎭

  • @lman9009
    @lman9009 2 года назад

    Sade ve deyerli, heyatl cetin olan, sinesinde ogul dagl olan Arif muellim ALLAH sizi rehmet elesin, qulaq asdlqca cox kovreldim. Melumat veren qardawada oz tewekkurumuzu bildiririk.

  • @sryoznuwr2626
    @sryoznuwr2626 2 года назад +5

    ALLAH rehmet etsin Amin🤲

  • @camalmmmdov8533
    @camalmmmdov8533 2 года назад +2

    Ürəyo dərdlə dolu,xalqa gülüş bəxş edən nakam aktyorumuz.Allah səni qəni qəni rıhmət eləsin.

  • @hqiqtorucova4613
    @hqiqtorucova4613 2 года назад +3

    BOY..BOY..ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN EY GÖZƏL İNSAN.AKTYORLUK SƏNƏTUNDƏ ƏN UCQAR YERLƏRDƏN BİRİ DƏ SƏNİN YERİN İDİ.GÜLMƏYƏNİ GÜLDÜRÜRDÜN DİNMƏYƏNİ DİNDİRİRDİN.SƏNİN BU DÜNYADAN NAKAM GETMƏYİN HƏR BİR KƏSƏ PİS TƏSİR ETDİ.SƏN YETİMLİKLƏ ÇƏTİN BİR HƏYAT YAŞAMISAN. HEÇ BİR DÜZƏMƏLLİ AİLƏN DƏ OLMADL ÜZÜN GÜLMƏDİ AY YAZIQ EL SƏNƏTKARI. SƏNƏ MƏN ƏN XOŞ SÖZLƏR DEYƏCƏM..ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN.SƏN BİR DƏFƏDƏ OLSUN HƏYATINDAN NARAZI DANIŞIB ŞİKAYƏTLƏNMƏMİSƏN..QƏBRİN NURLA DOLSUN. YERİN CƏNNƏTDİK OLSUN.SƏN DAİMİ QƏLBİMİZDƏ YAŞAYACAQSAN.AY GPZƏL İNSAN.

    • @hqiqtorucova4613
      @hqiqtorucova4613 2 года назад +1

      Arif Quluyev pis gündə yaşamağını heç kim bilmirdi.O heç xəstəliyinidə heç kimə demədi.SAKİT HƏYAT SÜRDÜ.YAŞADI.PLÜMÜDƏ QUŞ KİMİ UÇDU..BİRİ VAR İDİ BİRİ YOX ODA KİM.ARİF QULUYEV ƏBƏDİYYƏTƏ QOVUŞDU. ALLAH RƏHMƏT ELƏSİN.

    • @hqiqtorucova4613
      @hqiqtorucova4613 Год назад

      Alçah rəhmət eləsin.ARİF QULUYEV.SƏN VƏ SƏNİ KİMİ DƏYƏRLİ SƏNƏTKARLAR HAMISI DÜNYASINI YİŞDİ.ELƏ BİL 2002 Cİ İL MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT SAHƏSİN DƏ ƏN BÖYÜK İTKİLƏRİMİZ OLDU.ALLAH RƏHMƏT ELƏSİN.

  • @elsadmemmedov9885
    @elsadmemmedov9885 2 года назад +3

    Bizde toyda olmuşdu tamada kimi yaxşi qulluq eledik yeyib icdi sonra toy yemeklerinden istedi, teccublendim sozu duzu dedim yeqin yolda yemek ucun isteyir ancaq sora yola salanda gordum ki yolda maşin saqlayib sumkani yoldan kecen kasib bir adama verdi, o zaman nece boyuk insan olduqunu başa duşdum Allah rehmet elesin senetkar sene🤲😭

  • @sevincagayeva2474
    @sevincagayeva2474 2 года назад +7

    Cox isderem öz məhəbbetimden danışım elə bir sevgi yaşadım heledə cəkirem qurtarmır bu nə sevgi 21 ildir ölürem hər gün

    • @turanturk1470
      @turanturk1470 2 года назад +2

      NAKAM MƏHƏBBƏT

    • @sevilia.m.1078
      @sevilia.m.1078 2 года назад +3

      Bu õzü də bir xoşbəxtlikdir.İnsan var bir ömür yaşayır, sevgi nədir bilmir.

    • @aygunebilova9545
      @aygunebilova9545 2 года назад +1

      @@sevilia.m.1078 men bilmirem nedir😏😒sevilmedimde😪😪😔

    • @sevilia.m.1078
      @sevilia.m.1078 2 года назад +1

      @@aygunebilova9545 Hə, bu böyük dərddir.Bəlkə də sizi də bur başqası bu cür dəlicəsinə sevib , amma siz bunu heç hiss etməmisiniz .Çünki meyliniz başqasında olub.Həyat belədir də - kiminə xeyirxah, kiminə amansız (((

  • @ofelyakerimova549
    @ofelyakerimova549 2 года назад +5

    Allah rehmet elesin evez olunmaz senetkarimiza

  • @turanturk1470
    @turanturk1470 2 года назад +7

    GÖZƏL AKTYOR.

  • @mhmmdduzyurdlu7040
    @mhmmdduzyurdlu7040 2 года назад +2

    Hamını güldürən Böyük sənətkarımıza, Allah rəhmət eləsin,məkanı cənnət,ruhu həmişə şadolsun🥀🥀🤲

  • @poladli
    @poladli 2 года назад +1

    ALLAH RƏHMƏT ETSİN, MƏKANI CƏNNƏT, RUHU ŞAD OLSUN. ARİF MÜƏLLİM, ÜMUMİ XALQIN DƏYƏRLİ İNSANI, SEVİMLİ OĞLU İDİ. ONU ÖZÜNƏ ƏN YAXIN İSANIN KİMİ SANİB SEVMƏYƏN İNSAN YOX İDİ.

  • @user-zg5jv7mp1g
    @user-zg5jv7mp1g 2 года назад +9

    Дай Аллах чтоб он попал в рай.Аминь

  • @gulmirahuseynova277
    @gulmirahuseynova277 2 года назад +1

    Rollari kicik olsada ozu boyukve evez olunmaz senetkaridi.ALLAH rehmet elesin!!!🤲🏻🤲🏻🤲🏻🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷♥️♥️♥️👍👍👍

  • @rvanddyeva7681
    @rvanddyeva7681 2 года назад +2

    Allah rehmet elsin gozel insan iydi yeri cede olsun

  • @qarateleyvazova913
    @qarateleyvazova913 2 года назад +1

    Allah rəhmət eləsin Gözəl sənətkarımımıa!!!Nə yaxşki yaxşı insanlar varmış.Allah sizədə can sağlığı versin ki.Belə sənətkarlar haqqında yaddaşlarımizı təzələyirsiniz!!!🥰🥰🥰

  • @sevilhuseynova8382
    @sevilhuseynova8382 2 года назад +1

    Ruhun şad olsun gözəl insan, gözəl aktyor.Allah məkanını cənnət etsin.Sona qədər ağlayaraq dinlədim.

  • @melahetsabanova5231
    @melahetsabanova5231 2 года назад +3

    Ruhun şad olsu.Bu dünyada çətiliklər başinin üstündən çəkilmədi o dünyani versin Rabbim sizə.

  • @selimenikbin958
    @selimenikbin958 2 года назад +2

    Allahin merhemeti böyukdur, qaçdiği ve çatdigi finiş xetti cennet mekanı olsun ve oğlunun gunahini uca yaradan bağışlasın ata, oğul bir gozel mekan sahibleri olsunlar İnşallah! Aminler ,Amin inşallah! Xanimina da uca Yaradan şefa, rahatliq versin inşallah!

  • @ahmedovrafael5830
    @ahmedovrafael5830 2 года назад +5

    Yerin bilinir Arif müəllim!!Uşaglığımızın sevimli sənətkarı😥

  • @mmmdov9854
    @mmmdov9854 2 года назад +1

    Allah rehmet elesin Arif muellime bizim kende qonaq kimi toya gelmisdi cox saf semimi gorunduyu kimi sade insan idi.

  • @afetmusayeva2222
    @afetmusayeva2222 2 года назад +3

    Heyat cox acimasizdir. Allah rehmet elesin🙏

  • @lamiyeabdizade6491
    @lamiyeabdizade6491 2 года назад +1

    Dahi aktyor səni sin mənzilə yola salanda gəlmişdim ağladım ezizimi itirir isə kimi Allah rəhmət eləsin senetkar😔

  • @rafail5403
    @rafail5403 2 года назад

    ALLAH rəhmət eləsin məkanı cənnət olsun Arif müəllim dahi sənətkar və gözəl xasiyyət insan idi ALLAH rəhmət eləsin

  • @user-ed9wf9vb8x
    @user-ed9wf9vb8x 2 года назад

    Аллах рахмат еласин йери чанат олсун Амина иншаллах 😢 😢 😢 💔 💔 💔

  • @user-iq3lu5ul1k
    @user-iq3lu5ul1k 2 года назад

    Ман бу актеру о гадар чох истайирдимки хеч чура онун олумуну габул еда билмирам.Аллаха гурбан олум Ягинки аиласида онсуз лап касыб яшайыр.Ери чаннат олсун!😪🌹🌹

  • @zaurquliyev6585
    @zaurquliyev6585 2 года назад +3

    Bir gözəl insan gəldi keçdi bu dünyadan.

  • @user-kt4qz7cr6c
    @user-kt4qz7cr6c 2 года назад

    АЛЛАХ РЕХМЕТ ЕЛЕСИН. РУХУН ШАД ОЛСУН. НЕЧЕДЕ ТЕСИРЛИ, АЧЫ ХЕЯТЫ ОЛУБ. ЧОХ ПИС ОЛДУМ. 😢 😢 😢 😢

  • @ismayilmammadov1602
    @ismayilmammadov1602 2 года назад +1

    Allah qəni qəni rəhmət eləsin. Ğözəl senetkar idi. Allah ailəsinə sebr versin inşaallah.

  • @user-ye5cf4xx3q
    @user-ye5cf4xx3q 2 года назад

    Gebriniz nurla dolu olsun...Men hemishe gozleyirdim yeni rolunu..Uzunde gulush,gozleri hemishe aglauan Sevimli Akterumuz.

  • @ruhengizsixmemmedova425
    @ruhengizsixmemmedova425 2 года назад

    Miriş nə böyük oglan olmusan....😢Məkanin cənnət olsun🙌

  • @user-tb4gn2il2s
    @user-tb4gn2il2s 2 года назад

    Аллhа раhмат еласин йери чанат Олсун Амиин

  • @nadirnadir638
    @nadirnadir638 Год назад

    Allah sene rehmet elesin,hamini guldurub qelbi aglayan Arif muellim!

  • @gulnaregulmaliyeva1167
    @gulnaregulmaliyeva1167 2 года назад

    Pionere keçirməyiblər cox aglamalidi gör ne günler cekibmiş yaziq Atif Quliyev
    Cox pis təsir etdi
    Allah sene rehmet elesin Arif Quluyev. Onsuzda gözel insan idiniz

  • @sevdaceferova2417
    @sevdaceferova2417 2 года назад +1

    Allah rahmet etsin.Bizi daim güldüren bu sefer aglatdl.😔😥

  • @fexreddinbayramov751
    @fexreddinbayramov751 2 года назад +2

    Allah qəni-qəni rəhmət eləsin XALQIN ARTİSTİNƏ...

  • @meleykeabbasovaofficial193
    @meleykeabbasovaofficial193 2 года назад +1

    Aytv kanalının da yaxın dosdu idi tez tez bizlərə baş çəkər öz yumorları ilə verlişlərmizə rəngarənglik qatardı onun hər gəlişinə çox sevinirdik qurur hissi keçirirdik o hər dəfə gələndə . Çoxlu xatirələr var onunla olan dosdluqla bağı hər bir tədbirimizdə imkan vaxt daxilində bizimlə olardı turmədə dəfələrlə tədbirlər keçirdik ona və oğluna xoş olsun deyə oğlu yatan turməyə məktub yazar icazə alardım və gedərdik kollektiv uşaq evlərinə və qocalar evlərinə gedəyin deyirdi və gedirdik də Allah sənə rəhmət eləsin ey dahi sənətçimiz saymaqla qurtarmaz o əziz xatirələrdən

  • @ulkr727
    @ulkr727 2 года назад +3

    Ruhun şad olsun Allah rəhmət elsin

  • @Xxx-xg9cd
    @Xxx-xg9cd 2 года назад +3

    Allah rehmet elesin . Böyük senatkar.

  • @leylarzayeva7390
    @leylarzayeva7390 2 года назад +2

    Allah rehmet elesin...🤲

  • @lacinquliyev9111
    @lacinquliyev9111 2 года назад +1

    Allah rehmet elesin. Boyuk ustad gozel insan

  • @yaqutatakisiyeva5294
    @yaqutatakisiyeva5294 2 года назад +2

    Ruhun şad olsun .dahi aktyor .yaddaşlardan silinmeyen insan ..heyf yetim böyüyüb .mende pis oluram .

  • @sefeqkerimova9056
    @sefeqkerimova9056 2 года назад

    Arif quliyev hər zaman qəlblərdə qalan sənətkar allah sizə rəhmət eləsin

  • @zarifamamedova3806
    @zarifamamedova3806 2 года назад +1

    Allah rehmet elesin mekani cennet olsun inshallah amin 🥀🥀🥀🥀

  • @vefarr6827
    @vefarr6827 2 года назад +4

    Epizodik rol bele olsa.. butun rollari yadda qalan olub.

  • @bakubaku5112
    @bakubaku5112 Год назад +1

    Hər aktyora nəsib olmur, EPİZOTİK rollar oynaya-oynaya "XALQ ARTİSTİ" adını alsın! Övladının nalayiq hərəkəti ona çox zərbə vurdu. Məkanın Cənnət Olsun ğözə, Səmimil İnsan!🙏

  • @yuz3391
    @yuz3391 2 года назад +1

    Heçkime kobudluq etmezdi.Qelbimizin böyuk senetkarı🥀

  • @user-ci8lu1ye1c
    @user-ci8lu1ye1c 2 года назад

    АЛЛАХ РАХМАТ ЕЛАСИН ГОЗАЛ САНАТКАР АМИН 🙏 🙏 🙏 🙏 🙏 АЛЛАХ

  • @nizamihetemov9964
    @nizamihetemov9964 2 года назад

    Allah rəhmət eləsin,çox qözəl sənətkariydi.

  • @thminqasimova7253
    @thminqasimova7253 2 года назад +1

    Gözləri daima qəmli sənətkar

  • @s_a049
    @s_a049 2 года назад +1

    Guldurmek asandir,gulmek cetin
    Arif Quliyev

  • @kemalenagiyeva8814
    @kemalenagiyeva8814 2 года назад +2

    Allah rehmet etsin mekani cennet olsun.

  • @cabirsirliyev210
    @cabirsirliyev210 2 года назад +2

    Allah rəhmət eləsin 😢😢😢

  • @CeyhunKazimov-us8yf
    @CeyhunKazimov-us8yf 5 месяцев назад

    Allah rehmet elesin.Ruhunuz şad olsun.Amin. Xatirelerde yaşayacaqdir iller ötsede. Sizlerde çox saqolun paylaşdiniz. Minettariq.29 03 2024.

  • @mirserifkazimov674
    @mirserifkazimov674 2 года назад

    Allah rehmet elesin Ruhunuz şad olsun.Amin Sizlerde çox saqolun paylaşdiniz.

  • @user-lj8kd5qt4u
    @user-lj8kd5qt4u 2 года назад +1

    Меканы женнет олсун дейерли севимили сенеткарымызын 🥺

  • @MrToksik
    @MrToksik 2 года назад +2

    Məkanın cənnət olsun gözəl insan😢

  • @bahramhasanov8379
    @bahramhasanov8379 Год назад

    Heç zamanı yadımdan çıxmayacaq gün,ölümündən bir ay əvvəl çayxanada bir neçə dostlarla çay içirdk. Saf, sadə, geniş qəlbli ARIF Allah sənə rəhmət eləsin.

  • @cavidkerimov159
    @cavidkerimov159 2 года назад +1

    Allah rehmet elesin , gözəl insan 😰🤲.
    Onun filmeriyle böyüdük , heyif o gözəl insandan 😔