DİN-də 2022-ci ilin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
    Qeyri-leqal dövriyyədən 2021-ci illə müqayisədə 373 kiloqram çox - 3 ton 418 kiloqram narkotik vasitənin çıxarıldığını, 172 tondan artıq narkotik xassəli bitkilərin aşkarlanıb məhv edildiyini bildirən nazir V.Eyvazov son illər müvafiq sahədə görülən işləri müsbət qiymətləndirib. Eyni zamanda, cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayaraq fəal mövqe sərgiləyən bütün şəxslərə təşəkkür ifadə edib.
    Yeniyetmələr və gənclər arasında antinarkotik təbliğatın daha məqsədyönlü davam etdirilməsinin zəruriliyinə də toxunan nazir əsas diqqətin ölkədə narkotiklərə olan tələbatın azaldılmasına yönəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Bu vacib sahədə işin vətəndaş cəmiyyəti və media nümayəndələri, sosial şəbəkə istifadəçiləri ilə əlaqəli aparılmasına göstəriş verib.
    Ətraflı: bit.ly/3QXdcok

Комментарии •