ALLERGİYA Yaradan Zəhər Qidalar! QƏTİYYƏN MARKETDƏN ALMAYIN!

Поделиться
HTML-код
  • Опубликовано: 18 сен 2024
  • #demədidemə #allergiya #qaşınma
    #alerji #sağlamlıq #allergy
    Yediyimiz hansı qidalar allergiya yaradır?
    Fikir vermisizsə, son illər allergiyadan əziyyət çəkən insanların sayı artıb. Nəinki böyüklər, uşaqlarda bu hala daha çox rast gəlinir. Ətraf mühit amillərini gəlin kənara qoyaq, allergiyaya səbəb olan qidalardan danışaq. Marketlərdə üstü -bərbəzəkli qidalar sizi aldatmasın. Videomuza sona kimi baxın, nələrdən uzaq durmalı olacağınızı biləcəksiniz.
    Gəlin öncə Allergiyanın nə olduğunu bilək. Bizi mikroblardan, bakteriyalardan, xəstəliklərdən qoruyan immun sistemimiz bir səhv edir: qidanın tərkibindəki hansısa maddəni düşmən kimi qəbul edir. Onun bu səhvi ilə birgə orqanizmdə anormal reaksiyalar başlayır. Məhz bu reaksiyaların cəmi allergiyadır.
    Allergiyanın simptomları bunlardır.
    Nəfəs almaqda çətinlik;
    Həzm sisteminin işində pozulma;
    Dəridə qızarma;
    Orqanlarda şişmə (böyümə);
    Qida allergiyası hər hansı bir qidanın yeyilməsi nəticəsində meydana gəlir. Qida yeyilir, ardınca allergik və ya immunoloji mexanizmlər tətiklənir. Mədə-bağırsaq sistemində, dəridə, tənəffüs yollarında, ya da bütün orqanizmdə həyati təhlükə yarada biləcək qədər simptomlar meydana çıxır. Qida allergiyasının əlamətləri bunlardır:
    Ağız ətrafında qızarıqlıq;
    Üzdə və ya bədənin hansısa nahiyəsində qızarıqlıq, qaşıntı;
    Ekzema;
    Ağciyərdə xırıltı;
    Öskürək;
    Nəfəs almaqda çətinlik;
    Burun axması;
    Burun tıxanıqlığı;
    Qanlı nəcis;
    Qəbizlik;
    Qusma;
    Şiddətli qaz sancıları;
    Allergik şok;
    Allergiyaya səbəb olan məhsullar bunlardır:
    Qlüten tərkibli taxıllar. Bu, qluten həsaslığı olan şəxslərdə yaşanır. Məsələn; buğda, çavdar, arpa, yulaf və ya bunların hibrid növləribu cür həsassızlığı olan insanlarda problemlərə yola aça bilir.
    Yumurta;
    Balıq;
    Yerfıstığı (araxis);
    Soya və soya məhsulları;
    Süd məhsulları;
    Bərk qabıqlı meyvələr. Məsələn; badam, fındıq, qoz, kaju fıstığı, pikan qozu, Braziliya fındığı, Antep fıstığı, Queensland fındığı və bunlardan hazırlanan məhsullar;
    Kərəviz;
    Xardal;
    Küncüt;
    Paxlalılar;
    Molyusklar;
    İşiniz qidalarla bağlıdırsa, allergiya məsələsini ciddiyə almağınız labüddür. Müştəri üçün hazırladığınız qidaların allergen tərkibləri barədə doğru məlumatları təqdim etmək sizin qanuni məsuliyyətinizdir. “Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 17-ci maddəsinin 17.2.1. bəndində də bu haqda hissə var.
    İndi də keçək qidalara vurulan Qatqı maddələrinə.
    Dadlandırmaq məqsədilə qidalara əlavə edilən qatqı maddələrinin allergik reaksiyaya yol açması ehtimalı var. Xüsusilə, mononatrium qlutamat, sulfat, benzoik turşusu bu mənada daha allergikdir. Qidaların emala məruz qalması, bişirmə, tüstüyə vermə kimi işlər allergik maddələrin tərkibini dəyişir. Qida maddəsindəki allergenlərin miqdarı azalır, amma bunun paralelində yeni allergenlər də meydana çıxa bilir. Dövrümüzdə hazır qidalarda 10 mindən çox qatqı maddəsi var. Və bu qatqı maddələrinin hamısının allergik reaksiyaya yol açması, yaxud xərçəngə səbəb olması barədə dəqiq məlumatlar yoxdur.
    Bəs tövsiyələrimiz nələrdir?
    Qidaların ağızda yaxşı-yaxşı çeynənməsi, mədə-bağırsaq sisteminin həzm qabiliyyətinin normal olması olduqca önəmlidir. Mədə turşusunu azaldan dərmanlar, çox yemək, uyğun olmayan yemək kombinasiyaları allergiya ehtimalını çoxaldır. Təmiz, təbii, təzə, emala məruz qalmamış qidaların qəbuluna üstünlük verin. Allergik qidalardan uzaq durun. Qlüten allergiyası daha geniş yayılıb. Qlüten tərkibli qidalarla ehtiyatlı olun. Hazır məhsullar alarkən qablaşdırmanın üstündəki yazıları diqqətlə oxuyun. Bütün hallarda, çalışın ki sağlam olasınız.

Комментарии • 5

  • @Ezize-yy1fu
    @Ezize-yy1fu 8 часов назад +1

    MARİFLƏNDİRCİ VIDEODIR ÇOX SAĞOLUN

  • @reyhan747
    @reyhan747 8 часов назад +2

    Vidoları dəqiq marifləndirdiyinizə gör çoxsağolun
    Allah sizi qorusun

  • @Сиавуш
    @Сиавуш 3 часа назад

    COX SAG OLUN, MARAQLI MESLEHETLER UCUN

  • @user-un7hp6di5s
    @user-un7hp6di5s 6 часов назад +1

    Super

  • @muxtarqarayev9964
    @muxtarqarayev9964 8 часов назад +1

    👍👍👍