Mütaliə yolum | İlk kitablarım | 18.04.2021

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 21

  • @aysuneliyeva1014
    @aysuneliyeva1014 3 года назад

    🥰❤

  • @billura.a3845
    @billura.a3845 3 года назад +2

    Arxa planın mükəmməldie😍

  • @emiliyammva
    @emiliyammva 3 года назад +2

    Çox böyük zövqlə izlədim videonu,hekayəmizdə oxşarlıqlar çoxdu😊mən də mütaliəyə uşaq yaşlarından başlayanlardanan.Buna görə mənə körpəlikdən etibarən kitab sevgisi yaradan anama və keçmiş parta yoldaşım Həsənə təşəkkür edirəm.Deməli, tez-tez təzə kitab alınmırdı deyə,eyni kitabı təkrar-təkrar oxuyurdum və s deyib videodakıları təkrarlamayacam.Hələ ibtidai sinifdə ikən məktəb kitabxanasının uşaq bölümünü bitirmişdim(seçim olduqca az idi 15-20kitab ancaq olardı) və hər dəfə kitabxanaçı ilə mənə klassik kitab oxumağa icazə vermədiyi üçün dalaşırdım.Sonda qadın bezərək məni guya ki götürdüyüm Molla Nəsrəddin lətifələri kitabını cırdığımla hədələdi və dolan abunəlik kitabçamı bəhanə edərək,məni kitabxanadan qovdu.Təbii ki bu 4cü sinifdəki Emiliyaya çox ağır təsir etmişdi.Dərs boyu ağlamağıma dözə bilməyən Həsən səbəbini biləndə gülərək "niyə ağlayırsan,mənim bibimin kitabxanası var ora gedərsən" kimi bir şey demişdi.Həsən özü sinfin ən nadinclərindən biri idi,yəni kitablarla filan hələki,4cü sinifdə heç arası yox idi.Amma mən də tutduğunu qoparmayan biri olaraq,elə həmin gün axşam dərsdən çıxanda soruşub öyrəndim ki,sən demə məktəbimizə çox yaxın olan bir parkda kitabxana var imiş.(17saylı F.Köçərli adına uşaq kitabxanası) Olduqca köhnə və rütubətdən bərbad vəziyyətdə olmasına baxmayaraq bu kitabxana mənim üçün illərdir,2ci evə çevrilib.5-6ci sinifdə olarkən anlayıb-anlamadan az qala bütün dünya klassiklərini oxuyub bitirdiyim üçün dünyada başqa bir janrın olduğunu belə bilmirdim😁
    P.s yarım saatdır yazıram,hazırda dərdim var bitsin davamını yazacam

    • @emiliyammva
      @emiliyammva 3 года назад +2

      Sözün düzü, yazdıqca yazılacaq və hələki əmin deyiləm, bəlkə mən də bu tip bir video çəkəcəm.İllər sonra sən demiş,izlərkən üzümdə bir təbəssüm yaradacaq🌹

    • @aliyagasimova3632
      @aliyagasimova3632  3 года назад +1

      Üzümdə böyükk bir gülümsəmə ilə oxudum rəyini. Burdan parta yoldaşına məndə təşəkkür edirəm., o kitabxananın dəyərini mən yaxşı bilirəm. Mənim xatirələrim olan o kitabxananı hələ illər əvvəl, mən universitetə daxil olarkən bağladılar. Hələ də yanından hər keçdikcə məyus oluram.
      Anlamadan, bəzən sıxıcı gələrək oxunan o klasikləri o qədər gözəl başa düşürəm ki :D Kitabları almağa başladıqdan sonra uzun müddət klasiklərdən uzaq durmuşdum, indi də müqayisədə xeyli az oxuyuram.
      Məncə mütləq video çəkməlisən, ən azından ilk izləyicin burdadır🖐🏼

    • @emiliyammva
      @emiliyammva 3 года назад +2

      @@aliyagasimova3632 hazırda dərslərim ucbatından ayıracaq çox zamanım yoxdu,amma hazırlıqlarım bitsin ilk eləyəcəyim şeylərdən biri də məhz video çəkmək olacaq,sənin videon mənə çox ilham verdi✨

    • @aliyagasimova3632
      @aliyagasimova3632  3 года назад +1

      @@emiliyammva gözləmədəyəm☺️

  • @zivrsanl914
    @zivrsanl914 8 месяцев назад

    Mən gözümü açandan kitab görmüşəm babamın bir kitab rəfi var ədəbiyyata sevgim babamdan keçib babamın söbətlərindən həvəslənmişəm 2015dən şeirlər hekayələr yazıram ❤❤

  • @efsaneguseyn
    @efsaneguseyn 3 года назад +1

    Çox səmimi videodur həqiqətən. Sizi instagramdan kəşf etmişdim və izlədiyim tək bookblogersiniz, burda da kəşt etdiyim üçün sevindim♥️ Deyiləcək elə gözəl sözlərim yoxdu, sadəcə bu sadə səmimiliyinizin qarşısında susub dinləyirəm♥️

    • @aliyagasimova3632
      @aliyagasimova3632  3 года назад +1

      Rəyiniz necə də xoşdur. Çox sağolun☺️ Qəlbim fərəhlə doldu🌸

  • @AsliMusayevaAsl_Musayeva
    @AsliMusayevaAsl_Musayeva 3 года назад +1

    Alişim ❤️ Elxan Elatlı ilə görüşümüz Bakıda keçirilən ya ilk ya da 2-ci kitab sərgisində olmuşdu. Orda onun da kitablarını satan nəşriyyat onu dəvət etmişdi, deyəsən.
    Bu arada bir şeyə düzəliş edim: mənlə getmisən ilk dəfə kitabxanaya, Aydan sonradan bizə qoşuldu 😌
    Nə yaxşı ki yollarımız kəsişdi, mənim canım arkadaşım ❤️❤️❤️

    • @aliyagasimova3632
      @aliyagasimova3632  3 года назад +1

      Eynən, o sonradan qatılmışdı, elə deyil? Artıq demək olar ki, 12 il keçib, hər şey bir qədər bulanıqlaşıb.
      Nəyi xatırlamasam da, Elxan Elatlının qara eynəklərini net xatırlayıram :D
      Yaxşı ki, Əslim, həmişə birlikdə🌸❤️❤️

    • @AsliMusayevaAsl_Musayeva
      @AsliMusayevaAsl_Musayeva 3 года назад +1

      @@aliyagasimova3632 Həə eynəklər net 😎😂 Təki 💕👭🏻

  • @efsaneguseyn
    @efsaneguseyn 3 года назад

    Mən də kitab oxumağa, keçmiş sevgilimdən ayrıldıqdan sonra başladım. İlk nakam sevgi kitabları idi, sonra prisoloji oldu indidə şəxsi-inkişaf. Yaxşı ki, də bu yolu kəşf etmişəm. Çox şey öyrəndim, çox şey dəyişdi həyatımda və ən əsası özümü çoox irəli aparmağı bacardım. Hərkəsə xoşbəxtlikdən, gücdən əvvəl hərzaman kitab oxumağı məaləhət görürəm♥️💫

    • @aliyagasimova3632
      @aliyagasimova3632  3 года назад +1

      Elədi, kitablar zamanla, biz özümüzdə bilmədən bizi dəyişir, həmişə yaxşıya irəliyə doğru. Hər kəsin bu sehri kəşf etməsini çox istəyirəm

  • @shahlaaliyeva269
    @shahlaaliyeva269 3 года назад +1

    Çox səmimi video olub, çox sevdim😍Addım addım bura gəlməyini dinləmək də çox maraqlı oldu😊Mən bugünə kimi də oxuyurdum amma bu il mütaliə açısından çox daha verimli olub mənim üçün. Bəzi məqamları da instagramda qeyd etdim

    • @aliyagasimova3632
      @aliyagasimova3632  3 года назад +1

      Şəhla, əslində belə olmamalıdı bilirəm amma sən daha çox oxuduqca o qədər sevinirəm ki, bu dünyaya tamamilə düşməyini, mənimlə birlikdə kitab oxuyan iki qocaya çevrilməyimizi ümid edirəm☺️

    • @shahlaaliyeva269
      @shahlaaliyeva269 3 года назад +1

      @@aliyagasimova3632 Sənin bu işdə olan payını görməzdən gələ bilmərəm) Əslində həmişə içimdə sənin dediyin oxuma sevgisi olub, oxumuşamda. Amma əlimə normal bir kitab alıb bunu davamlə şəkildə rutin halına salmamışdım və ümumiyyətlə bir işi uzadıb gec başlayanlardanam bilirsən)) Əsas odu başladım. Davamlı olsun

    • @aliyagasimova3632
      @aliyagasimova3632  3 года назад +1

      @@shahlaaliyeva269 eynən, davamlı olsun☺️