Ramiz Rövşən - "Kino" | ŞEİR

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025
  • Şair: Ramiz Rövşən
    Səsləndirən: Fuad Fərəcoğlu
    Digər hekayələr: bit.ly/hekayelerr
    Şeirlər: bit.ly/sheirler
    Nağıllar: bit.ly/nagillar
    Məktublar: bit.ly/mektublarr
    MƏNİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
    ✔ Facebook: bit.ly/3NYxL1M
    ✔ Instagram: bit.ly/3reABGi
    ✔ Twitter: bit.ly/3Kx93n9
    ✔ Linkedin: bit.ly/3v5HCuj
    KİNO
    Mənə də yer verin... ən son sırada...
    Mən də bu kinonu görüm, nə olar.
    Görüm, nəyə gülür bu qədər adam?
    Mən də hamı kimi gülüm, nə olar.
    Hava da soyuqdu... kefim də yoxdu...
    Canım qoy bu zalda qızınsın bir az.
    Kino da köhnədi... lent də qırıqdı...
    Qırıla-qırıla uzansın bir az.
    Bir küncdə səssizcə oturub baxım,
    Baxdıqca açılsın qoy qaşqabağım.
    İlahi, bu kino necə tanışdı,
    Bu filmi deyəsən görmüşəm axı.
    Ekranda görünən sifətlər tanış,
    Öpüşlər, gülüşlər, söhbətlər tanış.
    O kimdi? Ekiztək mənə oxşayan?
    Mən onun özüyəm? Ya qardaşıyam?
    Bu kinoya necə çəkiblər məni?
    Deyəsən, gizlicə çəkiblər məni.
    Yox, tək mən deyiləm... demə bu zalda
    Hamı mən gündəymiş, hamı mən halda.
    Hamı otursa da burda yan-yana,
    Hər kəs öz filminə baxırmış demə.
    Hər kəs bu ekranda öz həyatına,
    Hər kəs öz ömrünə baxırmış demə.
    Mənsə, baxa-baxa yatdım, yuxladım,
    Heyif, öz filmimi görmədim... heyif!
    Filmin ortasından xəbər tutmadım,
    Axırı nə oldu? Bilmədim... heyif!..
    #FuadFərəcoğlu

Комментарии • 3

  • @fuadfarajoglu
    @fuadfarajoglu  Год назад

    Videonu izlədiyin üçün təşəkkür edirəm. ❤🖤
    Yaratdığım məzmunları dəyərli hesab edirsənsə və hədəflərimə çatmaqda dəstəyini göstərmək istəyirsənsə, aşağıdakı linkə daxil olaraq mənə bir fincan qəhvə ala bilərsən. 👇
    bit.ly/danisanadam

  • @Asmetus
    @Asmetus 2 года назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @songulisrafilova6491
    @songulisrafilova6491 2 года назад +2

    Fon musiqinin adı nədir ?