Dağlar qoynunda yerləşən, "Rus Parisi" kimi tanınan Azərbaycan kəndi - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 5 окт 2024
  • #APATV #RusParisi #RusBorisi #Azərbaycan #etnik #Goranboy #rusdili #provaslav #molokan #kolxoz #rus #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Dağlar qoynunda yerləşən, "Rus Parisi" kimi tanınan Azərbaycan kəndi
    Azərbaycanın etnik rəngarəngliyi özünü həm də bölgələrimizdəki yer adlarında göstərir. Goranboy rayonunun Rus Borisi kəndi də belə məkanlardan biridir.
    APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, kənd rayon mərkəzindən təxminən 45 kilometr məsafədə yerləşir. Kəndin girişində bizi Rus dilində yazılmış xoş gəlmişsiniz sözləri qarşıladı.
    Azərbaycanın ən ucqar kəndlərindən olan Rus Borisi kəndi dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşir. Kənd 19-cu əsrin ortalarında Çar hakimiyyətinin inancları ənənəvi provaslavlıqdan fərqlənən molokan və duxoborları imperiyanın dağlıq yerlərinə köçürülməsi nəticəsində yaranıb. Paris adlanan kəndin yaxınlığında yerləşdiyinə görə, ilk vaxtlar Rus Parisi, sonralar təhrif olunaraq Rus Borisi adlandırılıb.
    Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra rusların bir hissəsi kəndi tərk edib.
    Rus Borisi hər tərəfdən yüksəklik və meşəliklərlə əhatələnib. Kəndin bir yanı cır armud meşəliyi, digər yanı isə alma bağlarıdır. Kəndin yaxınlığındakı kiçik göllər bu yerlərin mənzərəsinə əlavə gözəllik verir. Rus Borisində ardıcıllıqla salınmış evlər kəndi daha da gözəl göstərir. Evlərdən bəziləri olduğu kimi qalıb, bəziləri isə uçub-dağlıb.
    Kənd əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
    Kənddə yaşayan molokanlar öz adət ənənələri və dini inanclarını qoruyub saxlayıblar. Bayramlar və əlamətdar günləri öz adət-ənənələrinə uyğun keçirir, dini ibadətlərini rahatlıqla icra edirlər.
    Kəndin kənarında çox qədim qəbiristanlıq qalıqları var. Onun yerə batmış sal daşlarının çoxunun üzərində yazı belə olmaması bu qədimlikdən xəbər verir. Həmçinin, bəzi qəbir daşları üzərində qədim Alban mədəniyyəti naxışlı nümunələr də var.
    Uca dağların qoynunda yerləşən, gözəl təbiətə malik olan Rus Borisi kəndində Kolxoz fəaliyyət göstərir. Kolxozun, ümumilikdə, 840 hektar torpaq sahəsi var. Hazırda kolxozda 20 nəfər işçi çalışır. Kolxozda əsasən taxıl, kartof və kələm əkilir, həmçinin mal-qara saxlanılır.
    Kəndin icra nümayəndəsi Rasim Musayevin sözlərinə görə, etnik fərqliliklər olsa da kənd sakinləri arasında isti münasibətlər var.
    Qeyd edək ki, vaxtilə buranın 1500 yaxın sakini olub. Hazırda kənddə 350 nəfər yaşayır.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 343