“Sən gəlməz oldun” mahnısı hansı qadına həsr olunub?

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • #APATV #Səngəlməzoldun #mahnı #ƏləkbərTağıyev #XaliqTağıyev #ZeynəbXanlarova #MəmmədbağırBağırzadə #GülarəƏliyeva #FaiqAğayev
    ”Sən gəlməz oldun”. Gəlin etiraf edək ki, bu mahnını hissiz, duyğusuz dinləmək mümkün deyil. Bu musiqi səslənər səslənməz harada, hansı əhvalda olmağımızdan asılı olmayaraq qəribə bir hüzn çökür üstümüzə. Çünki mahnının yaranmasının ağrılı bir tarixçəsi var”
    Ələkbər Tağıyevin oğlu Xaliq Tağıyev deyir ki, bir əmisi oğlu var: “Həyat yoldaşı xərçəng xəstəsi idi, dünyasını dəyişdi. Cavan, gözəl qadın idi, adı Sevda idi. Bir övladı qalmışdı. Onun yas mərasimində mənim atam da iştirak edirdi. Onun tabutu çıxarılanda atama çox pis təsir etdi. Onun tabutu, şəkli, bütün bunlar atamı sarsıtdığından, orada axıra qədər qala bilmədi. Gözəl qadın, cavan gəlin... Uşaq anasız qaldı, qardaşı oğlu yoldaşsız qaldı. Bütün bunlar atama təsir etdi. Evə qayıdanda Mədinə Gülgünün sözlərinə müraciət etdi və bu mahnı yarandı”.
    Dahi bəstəkar, notlara köçürdüyü hər bir musiqisi ilə bu gün də qəlblərdə yaşayan Ələkbər Tağıyevin 1973-cü ildə bəstələdiyi bu mahnı, ilk dəfə Zeynəb Xanlarovanın ifasında dinləyiciləri ilə qovuşur: “Qayəsi hüznlə yoğrulan mahnı səsləndiyi ilk gündən dinləyicilərin qəlbinə yol tapır. Mahnıya ard-arda Məmmədbağır Bağırzadə, Gülarə Əliyeva və başqaları müraciət edirlər. 1977-ci ildə isə “Sən gəlməz oldun” xalq artisti Nisə Qasımovanın ifasında səslənir”.
    2013-cü ildə Faiq Ağayev özünəməxsus ifası ilə mahnıya yeni rəng qatır. Kifayət qədər məşhurluq tapan mahnı müasir oranjimanda, klarnetin səsi ilə, Faiqin ifasında yenidən doğulur.
    Ruhumuza xitab edən, hər səsləndiyində sanki yeni eşidirmişcəsinə dinlədiyimiz bu mahnının şöhrəti ölkə sərhədlərini aşmağa başlayır. Musiqiçi, balaban ifaçısı Əlixan Səmədov Azərbaycan musiqisinin incəliyini, məlahətini, dəyərini, məhz bu mahnı vasitəsilə bütün dünyaya bəyan edir. O, Türkiyənin böyük səhnələrində çıxış edərək, bütün dünyanı balabanın ifasında “Sən gəlməz oldun” möcüzəsi ilə silkələyir.
    Xaliq Tağıyevin sözlərinə görə bu mahnı Türkiyədə də, Avropa ölkələrində də çox oxunub: “Bu mahnının ikinci dəfə həyata gəlməsinin, yaşamasının səbəbkarı Əlixan Səmədovdur. Bunu qeyd etmək mütləqdir. Mən çox sevindim ki, bu yaxınlarda Əlixan Səmədov bu mahnını Cıdır düzündə ifa etdi”.
    “ƏN ümdə bacarıqları oğurluq olan ermənilər Sən gəlməz oldun mahnısının parlaq taleyindən istifadə edirlər.Mənsub olduğu xalqın kasadlığına bələd olan düşmən “Sən gəlməz oldun”u balabanın ifasında erməni xalq mahnısı kimi təqdim edir.”
    Xaliq Tağıyev deyir, bu bədnam qonşular hər şeyi oğurlamağa çalışırlar: “Bunların xisləti budur. Mən bu məsələni də qaldırmışam, ortaya qoymuşam. Rusiyada da məhkəməni udmuşam. Mən bir sual verdim. Dedim ki, xahiş edirəm, bu mahnını ifa edən erməni neçənci ildə anadan olub, bunu mənə desin. Məlum oldu ki, bu adam 1980-ci ildə anadan olub. Atam isə bu mahnını həmin adam anadan olmamış, 70-ci illərdə yazıb”.
    48 ildir qəlbdən-qəlbə dolaşan bu musiqi neçə ayrılığın, neçə həsrətin şahidi olub, bilmirik. Amma bilirik ki, gözü yolda olan hər bir insan bu mahnını fərqli vəcdlə dinləyir. “Sən gəlməz oldun” illər keçsə belə, unudulmayan, köhnəlməyən bir nəğmə olaraq Azərbaycan musiqi tarixindəki yerini hər zaman qoruyacaq”.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TEKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 12

  • @Azizalovelemon
    @Azizalovelemon 5 месяцев назад +1

    Oxumağda ən gözəl oxuyan Fayiq Ağayevdi, qəlb titrəyir.👍🏻

  • @ilyasnesibli7181
    @ilyasnesibli7181 5 месяцев назад

    Nəsibə Abdullayevanın ifası da möhtəşəmdir.

  • @МаксимМаксим-и2к
    @МаксимМаксим-и2к Год назад +2

    Аллах рахмет елесин Алекбер Тагиеве. Амин

  • @tahirmeherremov5516
    @tahirmeherremov5516 2 года назад +4

    Ən gözəl ifa Əlixan Səmədov

  • @qarabagazrbaycandr8635
    @qarabagazrbaycandr8635 6 месяцев назад

    Müsiqisi Ələkbər Tağıyev
    Sözləri Mədinə Gülgünün imiş

  • @minaymmmdova3588
    @minaymmmdova3588 2 года назад +3

    Bu mahni Rehmetlik Memmed Bagir Bagirzade kimi heç kim oxuya bilmedi

  • @bedir4655
    @bedir4655 Год назад +1

    Ruhu şad olsun!

  • @maisekazimova2539
    @maisekazimova2539 Год назад +1

    Zeynəb Xanlarovanı hallandırılır, Nisə Qasımovanın səsi gəlir, diqqətli olmaq gərək...
    Bu nəğmənin bir gözəl ifaçısı var, izləyici xanımın dediyi fikri dəstəkləyək _ Məmmədbağır Bağırzadə !!!

  • @xudafrinxudafrin6300
    @xudafrinxudafrin6300 2 года назад +3

    Ən gözəl Faiq oxuyub

  • @MyAlishka
    @MyAlishka 2 года назад +1

    Faiq bunu 2013 də yox 2003də oxuyub

  • @movlacim
    @movlacim Год назад +2

    Mahninin mohurunu haqqini Faiq vurub, odeyib. Faiq shedevr ifa edib

  • @alimusaev1954
    @alimusaev1954 11 месяцев назад +1

    Faiq oxumur, çəpiş kımı bəyırır