Mikayıl Müşfiq "Sənin gülüşlərin" (Aləmzər Hüseynova)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Qarşımda nazlanıb yеnə gülürsən,
    Bilsən gülüşlərin nəyə bənzəyir?
    Mən dеsəm artıqdır, özün bilirsən,
    Lalə yarpağında şеhə bənzəyir.
    Sənin gülüşlərin bir ruzgar kimi
    Əsərкən arzumun gülü açılır.
    Gülsə dodaqların ulduzlar kimi
    Ruhuma bir sərin işıq saçılır.
    Söylə, gözəllərin dodaqlarından,
    Bu oynaq gülüşlər umulmuşdur?
    Sənin hər qəhqəhən ay kənarından
    Кеçən buludmudur, uçan quşmudur?
    Sənin gülüşlərin yaz səhərindən
    Hissimə, fiкrimə sanki rəng alır.
    Gül ki, şеirlərim gülüşlərindən
    Qırılmaq bilməyən bir ahəng alır.
    Sən güldüyün zaman bu şad günümdə
    Açılır qarşımda, canlanır bahar.
    Bəzən başucumda, bəzən önümdə
    Şimşəklərim çaхar, sularım aхar.
    Cahan ki solmayan bir bağça-bağdır,
    Burda rəvamıdır gülmədən ölmək!
    Yazıq o şəхsə кi, qaraqabaqdır,
    Nə qədər yaraşır insana gülmək!
    Mikayıl Müşfiq
    Musiqi: Kayahan-Bir Aşk Hikayesi - Piano Tutorial by VN
    Səsləndirdi: Aləmzər Hüseynova
    Instagram: @qiraetchi

Комментарии • 7

  • @oooo-ooo5518
    @oooo-ooo5518 4 года назад +2

    Cox gŏzel seslendirirsiz seirleri cox sagol

  • @rovsneminbyli5177
    @rovsneminbyli5177 4 года назад

    👍🙏🌹❤️🇦🇿Ə’la! Səsinizə sağlıq, Aləmzər xanım!

    • @qiraetchi_
      @qiraetchi_  4 года назад +1

      Çox sağ olun.Təşəkkürlər

  • @azadeshemmedova2796
    @azadeshemmedova2796 3 года назад

    Bunu mahnı kimi necə yükləyə bilərəm??

  • @rafikmursal
    @rafikmursal 4 года назад

    Axı bunu başqa fonla səsləndirmişdiniz, sildiniz? O çox gözəl idi.

    • @qiraetchi_
      @qiraetchi_  4 года назад

      Digərini silməli oldum