Çağırın. Söz oduna qalanmışam bu gecə, Bəhmən kimi bir hikməti çağırın. Birdən çaşıb su tökərsiz üstümə, Alov dilli Sucaəti çağırın. Deyin Əyyub sözdən xalı toxusun, Yoxsa Yaqub qarışdırar yuxusun, Qardaşxanım ''göyçə gülü'' oxusun, '' Kərəmiyə'' Ədaləti çağırın. Həsrətimə gecəm yanar, dan ağlar, Köhnə saza dərdim təzə sim bağlar, Külə döndü, innən sora a dağlar, Ha boş yerə Məhəbbəti çağırın. Məhəbbət Kəlbəcərli.
....0 YANA... Ölüm yolu həsratinə qedərdi, Yol görünmür həsratindən o yana ! Səndən qaçdım, sən dayandın yolumda, Sən baxırsan, yön çevirsəm ha yana ! Duyammadım baxışların sirdimi, Boylandiğın o pəncərə pirdimi?! Məndən olsa ağartmazdım dərdimi, Gərək yaşım gözlərimdə dayana ! Allah oldun, saydığımı saymadın, Sevən vaxtı Məhabbəti duymadın. De nədir ki, bircə xalı qıymadın, Öz ömrünü yollarında qıyana?! 1988.
GÜNÜN BİRİNDƏ Olub-qopanımı verib dünyaya, Köçüb gedəcəyəm günün birində ! Ölüm şərabını çəkib başıma, İçib gedəcəyəm günün birində ! Son dəfə əlimə qəmli saz alıb, “Yoluma” bir az qar, bir az buz alıb. Qalan “çör-çöpü” də bir dəryaz alıb, Biçib gedəcəyəm günün birində ! Həsrətin toruyla hörüb könlümü, Ayın şöləsinə sərib könlümü. Göydə mələklərə verib könlümü, Keçib gedəcəyəm günün birində ! Qovruldım, qıvrılan yaralı simə, Eşqin “düyməsi” tək düşdüm tilsimə. Açılmaz sirləri, görəsən kimə, Açıb gedəcəyəm günün birində?! Zaman bir qasırğa, atdı içinə, Dərd düşdü ömrümün beşdən üçünə. Bir payız qoşulub durna köçünə, Uçub gedəcəyəm günün birində ! Dərddə Məhəbbət tək şəfasız kimi, Səfa görməmişəm, səfasız kimi... Məni qoyub qaçan vəfasız kimi, Qaçıb gedəcəyəm günün birində !
Var ol ay gözəl sənətkar.
Var ol sənətkar.
Mükəmməl.
Sagol aşıq Elburus,yaşa
Var ol.
MÌN YASA SÈNÈTKAR ❤
Çağırın.
Söz oduna qalanmışam bu gecə,
Bəhmən kimi bir hikməti çağırın.
Birdən çaşıb su tökərsiz üstümə,
Alov dilli Sucaəti çağırın.
Deyin Əyyub sözdən xalı toxusun,
Yoxsa Yaqub qarışdırar yuxusun,
Qardaşxanım ''göyçə gülü'' oxusun,
'' Kərəmiyə'' Ədaləti çağırın.
Həsrətimə gecəm yanar, dan ağlar,
Köhnə saza dərdim təzə sim bağlar,
Külə döndü, innən sora a dağlar,
Ha boş yerə Məhəbbəti çağırın.
Məhəbbət Kəlbəcərli.
....0 YANA...
Ölüm yolu həsratinə qedərdi,
Yol görünmür həsratindən o yana !
Səndən qaçdım, sən dayandın yolumda,
Sən baxırsan, yön çevirsəm ha yana !
Duyammadım baxışların sirdimi,
Boylandiğın o pəncərə pirdimi?!
Məndən olsa ağartmazdım dərdimi,
Gərək yaşım gözlərimdə dayana !
Allah oldun, saydığımı saymadın,
Sevən vaxtı Məhabbəti duymadın.
De nədir ki, bircə xalı qıymadın,
Öz ömrünü yollarında qıyana?!
1988.
GÜNÜN BİRİNDƏ
Olub-qopanımı verib dünyaya,
Köçüb gedəcəyəm günün birində !
Ölüm şərabını çəkib başıma,
İçib gedəcəyəm günün birində !
Son dəfə əlimə qəmli saz alıb,
“Yoluma” bir az qar, bir az buz alıb.
Qalan “çör-çöpü” də bir dəryaz alıb,
Biçib gedəcəyəm günün birində !
Həsrətin toruyla hörüb könlümü,
Ayın şöləsinə sərib könlümü.
Göydə mələklərə verib könlümü,
Keçib gedəcəyəm günün birində !
Qovruldım, qıvrılan yaralı simə,
Eşqin “düyməsi” tək düşdüm tilsimə.
Açılmaz sirləri, görəsən kimə,
Açıb gedəcəyəm günün birində?!
Zaman bir qasırğa, atdı içinə,
Dərd düşdü ömrümün beşdən üçünə.
Bir payız qoşulub durna köçünə,
Uçub gedəcəyəm günün birində !
Dərddə Məhəbbət tək şəfasız kimi,
Səfa görməmişəm, səfasız kimi...
Məni qoyub qaçan vəfasız kimi,
Qaçıb gedəcəyəm günün birində !