Faciəvi şəkildə ölən Azərbaycanlı məşhurlar - Boğazı kəsilən, çomaqla başından vurulan... - Müəmma!

Поделиться
HTML-код
  • Опубликовано: 15 апр 2024
  • TV11 faciəvi şəkildə dünyasını dəyişən məşhurları təqdim edir.
    Azərbaycanın mədəniyyət tarixində nakam tale yaşamış xeyli sənətkar olub. Amma aralarında elələri də var ki, onlar faciəli ömür yolu ilə bərabər, faciəli ölüm də yaşayıblar.
    Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub.
    Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı. Oğlu Bəxtiyar Məmmədov hazırda diplomatiya sahəsində çalışır. Xanəndə Firuz Səxavətin böyük qardaşıdır.
    Müğənni Nəzakət Məmmədova. Bu xanım müğənni qısa ömür yaşadı. Buna baxmayaraq bir çox ölkələrdə Azərbaycanı layiqincə təmsil etdi. Özünə xas səhnə davranışları, ifa zamanı ötürdüyü müsbət enerji onu hamının sevimlisinə çevirmişdi. Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı bir erməni kökənli həkimə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəydi. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi - bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb oldu. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişdi. Səriştəsiz “həkim” isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum edildi.
    Cazmen Rafiq Babayev. Azərbaycan musiqisində özünəməxsus dəsti-xətti olan, xüsusən də caz janrının inkişafında az qala Vaqif Mustafazadə qədər iş görən Rafiq Babayev də faciəli şəkildə dünyasını dəyişən sənətkarlar sırasındadır. O, 1994-cü il martın 19-da erməni ekstremistlərinin Bakı metrosunda təşkil etdiyi qanlı terrorun qurbanı oldu. Metroda törədilmiş partlayış nəticəsində Rafiq Babayev həyatla vidalaşdı.
    Müğənni Xeyransa Məmmədova. Cəmi 29 yaşında vəfat edən bu xanım müğənni qısa həyatında özünü yaxşı mənada fərqləndirməyi bacardı. Ondan daha böyük nailiyyətlər gözləyirdilər. Amma gənc xanım ailə həyatını daha üstün tutdu. Şəkər xəstəliyinə görə həkimlər ona ana olmağa icazə vermirdilər. Amma o, ana olmağa üstünlük verdi və uşaq dünyaya gətirən zaman vəfat etdi.
    Aktyor Ələsgər Ələkbərov. Hər zaman ağır xarakterli, ciddi görkəmli dramatik rolların ifaçısı kimi tanınan aktyor Ələsgər Ələkbərovun kinodakı son işi Rüstəm kişi obrazını canlandırdığı “Böyük dayaq” filmi oldu. “Böyük dayaq” filminin adını çəkməyimiz təsadüfi hal deyil. Deyilənlərə görə, filmin son kadrlarının çəkilişi zamanı baş verən xoşagəlməz hadisə sonradan aktyorun dünyadan köçməsinə səbəb olub. Qeyri-rəsmi məlumata görə, “Lal Hüseyn-Rüstəm kişi davası” çəkilərkən Ələsgər Ələkbərovun başına gerçəkdən dəyənək zərbəsi dəyir. Və aldığı xəsarət sonradan onun həyatdan köçməsinə səbəb olur.
    O zaman böyrəklərindən də ciddi əziyyət çəkən aktyora filmi görmək də qismət olmur.
    Aktyor Kamil Məhərrəmov. “Evlənmək istəyirəm” (“Papaq”) filmindəki dilsiz-ağızsız tütək çalan Hüseyn, “Dərviş Parisi partladır”da Qəmbər, “Yol əhvalatı”nda Paşa obrazlarını canlandıran aktyor Kamil Məhərrəmov da çox qəribə bir ölümlə bu dünyaya vida deyib.
    Teatrın avtobusu hamını evinə düşürüb, Kamil Məhərrəmov avtobusda necə yuxuya gedibsə, sürücü onu oyada bilməyib. Buna görə də avtobusun qapısını açıq qoyur ki, oyananda durub evinə getsin. Səhər gəlib görürlər ki, elə oturacaqda dünyasını dəyişib. 52 yaşında vəfat edən aktyorun həyatında faciəli məqamlar çox oldu. Təbii ki, burada onun öz sağlamlığından çox içkini sevməyi də əsas rol oynayırdı.
    Aktyor Ağadadaş Qurbanov. Gənc Tamaşaçılar Teatrının yaradıcılarından biri, SSRİ xalq artisti Ağadadaş Qurbanov da ani bir səhvin üzündən dünyasını dəyişib. Xalq artisti Gülxar Həsənovanın həyat yoldaşı, aktrisa Gülşən Qurbanovanın atası olan qocaman aktyorun ölümünə səbəb eyvan olub. “Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda olub. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar faciəli şəkildə ölüb.
    Ağadadaş Qurbanovun aktyor oğlu Hamlet Qurbanov da faciəli ölümlə üzləşib. Uzun müddət xərçəngdən əziyyət çəkən istedadlı aktyor ölümü ərəfəsində çox az adam tərəfindən xatırlanıb. Aktyorun özü də, ətrafı da tez bir zamanda onun öləcəyini bilirdilər. Lakin ölümünə yaxın üzləşdiyi şiddətli ağrılardan xilas olmaq üçün əksər hallarda lazım olan iynə və dərman preparatları belə, ona çox görüldü.
    Deyilənə görə, dəhşətli ağrılar içində qovrulan Hamlet yaxınlarına yalvarırmış ki, “mənə iynə vurun ki, ölüb acılardan xilas olum”. Aktyor elə-beləcə 1995-ci ildə ağrı içində faciəli şəkildə vəfat edib.
    Davamı videomaterialda...

Комментарии • 159

  • @faraczad.i.7075
    @faraczad.i.7075 Месяц назад +6

    Ümümiyətlə, bütün Azərbaycan xalqinin həyati başdan ayağa faciədir.

  • @user-hk5on4lm4d
    @user-hk5on4lm4d 3 месяца назад +5

    Allah dünyasını dəyişən bütün məşhurlara rəhmət eləsin inşallah

  • @CeyhunKazimov-gg4ch
    @CeyhunKazimov-gg4ch 3 месяца назад +15

    Aııah rehmet eıesin. Ruhlari şad olsun.Amin.

  • @edileeflaki6152
    @edileeflaki6152 3 месяца назад +12

    Allah Sənətkarlara Rəhmət eləsin.
    Eyvaz Həsənovla Gürcüstana Toya gedən Mən Əməkdar artist xanəndə Ədilə Əflaki bu faciənin şahidi olmuşam.

  • @SerdArt
    @SerdArt 3 месяца назад +13

    Allah rəhmət eləsin hər birinə.

  • @mehmanb.1242
    @mehmanb.1242 3 месяца назад +10

    ALLAH hamısına rəhmət eləsin... 🤲🤲

  • @liyevatahir9169
    @liyevatahir9169 2 месяца назад +3

    Allah hamısına rəhmət eləsin Məşədibaba yazıq yandırmayaydı özünü gərək heyif😢😢😢

  • @tamerlantemirov
    @tamerlantemirov 3 месяца назад +7

    Allah Sizlere rehmet elesin gozel Senetkarlarimiz...

  • @AliMusayev-sl9kq
    @AliMusayev-sl9kq 3 месяца назад +6

    Allah rehmet elesen Saģ ellere sezen baseveza ay delenci metleb pullatem zeheren olsun amin

  • @narsamsung1654
    @narsamsung1654 3 месяца назад +10

    ALLAH RƏHMƏT ELƏSİN SİZƏ

  • @heyderaliyev2711
    @heyderaliyev2711 3 месяца назад +7

    Çox sağ olun ki yada salırsız, Allah rəhmət eləsin .

  • @user-pw5ry3hk7u
    @user-pw5ry3hk7u 3 месяца назад +7

    Allah rehmet etsin🤲🤲Sizdende Allah razi olsun🙏

  • @sureyyaahmadova9058
    @sureyyaahmadova9058 3 месяца назад +6

    Allah hamısına rəhmət eləsin

  • @valiyeff4554
    @valiyeff4554 3 месяца назад +20

    ALLAH RƏHMƏT EYLƏSİN HƏR BİRİNƏ🙏🙏🙏

  • @errorexe1313
    @errorexe1313 2 месяца назад +3

    Аллах рехмет етсн меканлары ченнет олсн ИншАллах...

  • @renacebiyeva156
    @renacebiyeva156 3 месяца назад +7

    Allah hamısına rəhmət eləsin!

  • @samirsamirzade2714
    @samirsamirzade2714 3 месяца назад +3

    ALLAH bütün sənətkarlarmıza Rəhmıt eləsin AMİN onlarda birdaha olmayacaq

  • @Partizan-bh8oz
    @Partizan-bh8oz 3 месяца назад +13

    Allahnhamisina rehmet etsin.

  • @xosbextmemmedov1283
    @xosbextmemmedov1283 3 месяца назад +3

    Allah rəhmət eləsin hamısına
    Hanı o vaxt ki sənətkarlar

  • @Partizan-bh8oz
    @Partizan-bh8oz 3 месяца назад +17

    Allah rəhmət eləsin.
    Yaxşı vidyodu. Teşekkur edirik.

  • @tahirzimova8549
    @tahirzimova8549 3 месяца назад +19

    Ən çox üreyim Hamlet Qurbanova yandı, hamısına Allah rəhmət eləsin, Amin.

  • @SemidIsgenderov
    @SemidIsgenderov Месяц назад +2

    Mən eşitmişəm o kənd toyundan gedərkən avtomobil qəzasında vəfat edib bu aran rayonları tərəfdə olub

  • @NargizShabanova
    @NargizShabanova 3 месяца назад +6

    ALLAH HAMISINA REHMET ELESIN MEKANILARI CENNET OLSUN 🤲🤲🤲😢😢

  • @nrmnrza7939
    @nrmnrza7939 3 месяца назад +7

    Allah rəhmət eləsin

  • @Carait
    @Carait 3 месяца назад +5

    Aparəcının öz üzərində bir az işləməsi pis olnazdı.Ancaq səsi xoşdur.

  • @gulnarnehmetova85
    @gulnarnehmetova85 3 месяца назад +4

    Allah her birini rehmet elesin mekanlari cennet olsun

  • @naileeliyeva3649
    @naileeliyeva3649 3 месяца назад +5

    Allah hamsina rehmet elesin 😢😢😢😢😢

  • @nerminhsnova6699
    @nerminhsnova6699 3 месяца назад +13

    Azərbaycanın qaymaq sənətkarları,heyf sizdən! Allah sizə rəhmət eləsin!

    • @user-kb9jh9lh8q
      @user-kb9jh9lh8q 3 месяца назад +4

      Amin,indikilerde pis deyil steykdiler ölke deyil ha muqenni qayirma zavodudu

  • @cerkezabdullayeva1943
    @cerkezabdullayeva1943 2 месяца назад +2

    Allah hamisina rehmetvetsin. Hamisina xusisi hormetim olub. Mekanlari cenbet olsun.😢😢

  • @user-pf3gz9ic5b
    @user-pf3gz9ic5b 3 месяца назад +6

    Аллах сизи рехмет етсин

  • @user-oh5xh3yo2f
    @user-oh5xh3yo2f 3 месяца назад +4

    ALLAH HAMISINA REHMET ETSIN MEKANI CENNET OLSUN ❤❤❤❤❤

  • @user-ek3rg9gk8h
    @user-ek3rg9gk8h 3 месяца назад +7

    Sesiniz çoook gözeldi siz şerh elemeseź qulax asmax olmaz sesinize qüvet

  • @user-rx4my2nt6e
    @user-rx4my2nt6e 2 месяца назад +2

    Аллах рахмат еласин гозал санаткарлар

  • @user-he2ln7lr9v
    @user-he2ln7lr9v 3 месяца назад +4

    Аллах рехмет елесин хамысна

  • @sevilverdiyeva4029
    @sevilverdiyeva4029 2 месяца назад +2

    Allah rehmet elesin dayimin toyunda istirak eliyibdu sexavet memmedov

  • @KAMRAN_ZEYNALOV
    @KAMRAN_ZEYNALOV 9 дней назад

    ALLAH RƏHMƏT ELƏSİN

  • @user-oh7zp3zo3i
    @user-oh7zp3zo3i 3 месяца назад +6

    Allah Rafiq Babayevə rəhmət eləsin.Metronu partlatmaq sifarişin verən onu icra edən satqinlarin allah bəlasin versin

  • @nrmnrza7939
    @nrmnrza7939 3 месяца назад +5

    Maraqlıdı😮

  • @user-hl3um5yh9m
    @user-hl3um5yh9m 3 месяца назад +3

    Hamısı Azərbaycanın sənətkarlarıdır

  • @Partizan-bh8oz
    @Partizan-bh8oz 3 месяца назад +18

    Səxavətin baş daşı hələ də Bakıda qalıb görəsən???

    • @mehmanb.1242
      @mehmanb.1242 3 месяца назад +8

      20 - ildən artıq saxlanılırdı həyətindəki qarajında. Amma sonralar onu götürülüb təhvil verdilər. Çünki ata - anası, uşaqları hər dəfə görəndə o baş daşını pis vəziyyətə düşürdülər. ALLAH rəhmət eləsin o əvəzsiz xanəndə, vətənpərvər səxavətli şəxsiyyət olan Səxavət Məmmədov sənə🤲🤲

    • @alimzizov7560
      @alimzizov7560 2 месяца назад

      Sonradan geri qaytarıblar

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy 3 месяца назад +3

    Allah rəhmət eləsin.

  • @gulxarismaylova8845
    @gulxarismaylova8845 3 месяца назад +3

    Àllah jamısını rəhmət eləsin 5 il nəditki etmənoyə veriblər

  • @amirxan909
    @amirxan909 3 месяца назад +8

    Nəzakət Məmmədovani Tamerlan Qarayev Güllələdi 👆

    • @user-ov7gn6jq9e
      @user-ov7gn6jq9e 2 месяца назад +2

      Bəs ıməliyyat deyilir axi

    • @1fmva
      @1fmva 2 месяца назад

      ​@@user-ov7gn6jq9e ı heç tutulmadıda indi səfirdi tamerlan

  • @HikmetCabbarov
    @HikmetCabbarov 3 месяца назад +38

    Səxavətin ölümü bir sifariş idi,o Qarabağ üçün müəyyən şeylərdə kömək edirdi,ona görədə qəzaya saldılar vəssalam

    • @user-sv5yz3kj2e
      @user-sv5yz3kj2e 3 месяца назад +7

      Birinci arvadının ahı tutdu

    • @user-tb5mr2cz8x
      @user-tb5mr2cz8x 3 месяца назад +2

      Муаjjан шеjлар топлусундан бир бута! 😂😂😂

    • @AhmedAliyev-ho7io
      @AhmedAliyev-ho7io 3 месяца назад +4

      Nəzaket memmedovanın ölümüde sifariş olub NEZAKET MEMMEDOVA SESİ ƏN GÖZEL SES OLUB ONU ÇOXU GÖZÜ GÖTÜRMÜRDÜ ONU ÖLDÜRTENDE MÜĞENNİMİZ OLUB BİLİRSİZ KİM OLUB

    • @user-ru5fy5lc7i
      @user-ru5fy5lc7i 3 месяца назад

      Mende estimsek ki nazekiti zeyneb xanalar oldurub​@@hakimmammadov7916

    • @user-xv9jm6rw4w
      @user-xv9jm6rw4w 3 месяца назад

      Zeyneb X mence duz dedim men senetkar deyilem amma bele fikirlesirem nedense 😢

  • @herbiciesger7329
    @herbiciesger7329 3 месяца назад +6

    Bir aktrisa var iydi Ofelya Əfqanlı haqqında yazsaydız maeaglı olardı

  • @user-qc9ff7wr4y
    @user-qc9ff7wr4y 3 месяца назад +2

    Allah rehmet elesin hamisini

  • @azerazerli5998
    @azerazerli5998 3 месяца назад +6

    Meyxanacilari qeyd edirdinsə, gərək Nizamini ilk növbədə qeyd edərdin. Ustad olub, meyxananı tv ekrana gətirib.

  • @mehdisamsung1798
    @mehdisamsung1798 3 месяца назад +6

    Səxavət Məmmədov 1986 ya da 1987 ci ildə Qaradağ- Səngəçal istiqamətində avtomobil qəzasında həlak olub.

    • @Aydin_Xirdalanli
      @Aydin_Xirdalanli 3 месяца назад +4

      1991

    • @user-gy4ur4qn8t
      @user-gy4ur4qn8t 3 месяца назад +1

      91 чи илде 100 олмуюб сехв деиллер сиз дейен тарих уйгун гелир йер исе гарамерйем де олуб

    • @user-ku4vo1be8b
      @user-ku4vo1be8b 3 месяца назад

      1988 ci ildə atamın toyun aparıb. Sən nə danışırsan

    • @user-rp8dx8xf4f
      @user-rp8dx8xf4f 24 дня назад

      1991-də İsraildə avtomobil qəzasına düşüb

    • @Aydin_Xirdalanli
      @Aydin_Xirdalanli 24 дня назад

      @@user-rp8dx8xf4f xeyir İsraildə olmayıb

  • @firdovsiabdullayev6880
    @firdovsiabdullayev6880 3 месяца назад +2

    😢😢😢Həyatın yazılmamış qanunu...

  • @AzrAzr-uf7rc
    @AzrAzr-uf7rc 3 месяца назад +2

    MƏŞƏDİBABA😢

  • @user-ks8cz8yp7s
    @user-ks8cz8yp7s 3 месяца назад +3

    Allah rehmet elesin. ❤

  • @yalcnrustmov2205
    @yalcnrustmov2205 3 месяца назад +1

    Bizim qonşu, Qəmbər kişi, çayxanada çay içən zaman dünyasını dəyişib.. müstəntiq araşdırma apardıqda dedi, boğazında qənd qalıb. amma bəzi mənbələrin verdiyi məlumata görə quru çay tufda olub.

  • @user-zz4jm3fz9c
    @user-zz4jm3fz9c 3 месяца назад +1

    Allah.hamsina.rehmet.elesin

  • @sadiqovasolmaz9966
    @sadiqovasolmaz9966 3 месяца назад

    Kamil Meherremov haqqinda cox yaxwi aktyor idi allah rehmet etsin

  • @user-wc3zn6wr6j
    @user-wc3zn6wr6j 3 месяца назад +3

    Öz aramizdi çox niyabet bir çekilişdi .😢

  • @TV11-azerbaijan
    @TV11-azerbaijan  3 месяца назад +11

    TV11-də hansı məşhurlar haqqında verilişlər görmək istərdiniz?

    • @nrmnrza7939
      @nrmnrza7939 3 месяца назад +4

      Eyyub Yaqubov haqqında süjet hazırlaya bilərsiz?

    • @testaccount8681
      @testaccount8681 3 месяца назад

      @@nrmnrza7939 👍

    • @billurverdiyeva7976
      @billurverdiyeva7976 3 месяца назад +4

      Baba Mahmudovu çox sevərdim onun həyatının efirdə olan görünən çox şeydən məlumatlıyam, yenə də nəsə istərdim bilmədiklərimdən.

    • @billurverdiyeva7976
      @billurverdiyeva7976 3 месяца назад +4

      Səməndər Rzayevdən danışın.

    • @billurverdiyeva7976
      @billurverdiyeva7976 3 месяца назад +2

      Sizi həmişə izləyirəm, danışığınıza görə, .

  • @islamkazimov122
    @islamkazimov122 3 месяца назад +2

  • @bakibaki7518
    @bakibaki7518 2 месяца назад

    Həmise özümüz özümüzü baltalamışıqda

  • @elcinford4771
    @elcinford4771 3 месяца назад

    Səxavət rəhmətliyin düşdüyü qəzanı mən gözümlə görmüşəm.Maz maşın jiqulinin üstünə çıxmışdı.Allah rəhmət eyləsin.

    • @kamilbekirov56
      @kamilbekirov56 3 месяца назад

      Rəhmətliyin nəşini də görmüsüz? Birdə hansi tərəfdə olmusdu qəza

    • @user-ku4vo1be8b
      @user-ku4vo1be8b 3 месяца назад

      ​@@kamilbekirov56Sabirabad rayonu surra mostu

  • @TV11-azerbaijan
    @TV11-azerbaijan  3 месяца назад +10

    Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabı istəyənlər bu nömrəyə yaza bilər: 0502917898

  • @user-de1lh3xz2h
    @user-de1lh3xz2h 3 месяца назад +4

    Ай кеда Фируз Сехавет реhметликден кичикдир.

    • @YarasaYarasa-ix4jy
      @YarasaYarasa-ix4jy 3 месяца назад +3

      A xiyar, deyir ki, Firuz Səxavətin böyük qardaşıdı. Haranla qulaq asırsan?

    • @user-de1lh3xz2h
      @user-de1lh3xz2h 3 месяца назад

      Хийар сенин неслинди сиким сенин варйохуну.​@@YarasaYarasa-ix4jy

    • @user-de1lh3xz2h
      @user-de1lh3xz2h 3 месяца назад +1

      ​@@YarasaYarasa-ix4jyСенин бойуйунин агзыны сиким мен не йаздыгымы билирем не йазмышам сен не сикими йейирсен бурада???

    • @YarasaYarasa-ix4jy
      @YarasaYarasa-ix4jy 3 месяца назад +2

      @@user-de1lh3xz2h Sen deyirsennki, a gədə, Firuz Səxavət rəhmətlikdən kiçikdi. Aparıcı da deyir ki, xanəndə Firuz Səxavətin böyük qardaşıdır.
      Sonra da mənə deyirsən ki, nə dediyimi bilirəm. Bilən bicbala niyə səhv yazsın? Ya bicbalasan, ya da bicbalasan.

    • @user-de1lh3xz2h
      @user-de1lh3xz2h 3 месяца назад +1

      @@YarasaYarasa-ix4jy Сен геhбенин оглу кейсен сиким сенин доганын агзыны.
      Сен номрени йаз бура сене баша салачам сиким сенин олмуйан шерефини.

  • @_polad_efendili_2007_
    @_polad_efendili_2007_ 3 месяца назад +5

    erməni qəsdən etmiş olardi Nəzakət xanimi

  • @rasimmmmdkrimov2763
    @rasimmmmdkrimov2763 3 месяца назад +2

    AY QARDAŞ SƏXAVƏT MƏMMƏDOB 1991 Cİ İL SENTYABRIN 30 DA AVTOMOBİL QƏZASINDA HƏLAK OLUB..ALLAH MUĞAM FATEHİNƏ TƏKRARSIZ XANƏNDƏMİZƏ RƏHMƏT ELƏSİN..QAZAXLI....

  • @rasimmmmdkrimov2763
    @rasimmmmdkrimov2763 3 месяца назад +1

    SƏNGƏÇAL -ZADNƏDİ QARDAŞ .86 -87Cİ İLLƏR NƏDİ NƏ DANIŞIRSINIZ?.SƏHVDİR..QARDAŞIM .

  • @QatarEhmeli
    @QatarEhmeli 3 месяца назад +4

    Məşədibaba harda məşhur olub ? O Pozğun ALKAŞ TƏRBİYƏSİZ KÜÇƏ UŞAĞI OLUB , ALLAH ONUN OLDUĞU QƏBİRSTANLIQDA OLANLARA ONDAN BAŞQA HAMISINA RƏHMƏT ELƏSİN ,

  • @mmmdlimmmdov6631
    @mmmdlimmmdov6631 3 месяца назад +2

    Bəs Hüzeyn Dərya??? Bəs Oktay Əliyev???

  • @user-wv8qn5rf9c
    @user-wv8qn5rf9c 2 месяца назад

    6:20 goz gore gore

  • @Iron_fist77
    @Iron_fist77 3 месяца назад +1

    Slyahıda Şəfa, Vüqar Biləcəri olmalı idi😐

  • @SahinSuleymanov-ej1pq
    @SahinSuleymanov-ej1pq 2 месяца назад

    Nəzakət Məmmədova barədə niyə düzgün məlumat vermirsiz

  • @trlanheybtov378
    @trlanheybtov378 2 месяца назад

    İndiki zamanda niye bele senetkarlar yetismir,
    Əxlaqsizlara veriller titullari

  • @user-cf9rz9bb2d
    @user-cf9rz9bb2d 2 месяца назад

    5.07 yaxsı adamdir yatdigi yerde ölübb

  • @user-ht4sc9cv5v
    @user-ht4sc9cv5v 3 месяца назад +1

    🎉

  • @nesimihuseynzade8196
    @nesimihuseynzade8196 3 месяца назад +6

    Zeyneb yeyib başını nazaketin 😂😂

    • @user-ru5fy5lc7i
      @user-ru5fy5lc7i 3 месяца назад +2

      Mende estimsek ki nazekiti zeyneb xanalar oldurub

  • @user-rp8dx8xf4f
    @user-rp8dx8xf4f 24 дня назад

    Avtobusun qapısını açıq qoymaqla adam ölür bəyəm?

  • @user-pd6sv6qr2b
    @user-pd6sv6qr2b 3 месяца назад +1

    Hasnin ölimine sebeb Zeyneb xuynarova olub. Isdemeyib ki kimse ondan öne kece.

  • @UlviyyaHasanova-xe4ig
    @UlviyyaHasanova-xe4ig 3 месяца назад +1

    Nezaketi Tamerlan öldurub,bunu butun Azerbaycan bilir,besdirin de nagil danisdiz

  • @1Yanvar2017
    @1Yanvar2017 3 месяца назад +1

    Özündə deyirsən ki həkim Ermənidi

  • @SerdArt
    @SerdArt 3 месяца назад

    *******

  • @naginovruzov5447
    @naginovruzov5447 3 месяца назад

    Tamerlan.òldùrùb.

  • @mehmanb.1242
    @mehmanb.1242 3 месяца назад +5

    S❤Ə❤X❤A❤V❤Ə❤T
    M🖤Ə🖤M🖤M🖤Ə🖤D🖤O🖤V
    💔💔💔💔💔💔💔💔💔💔💔💔
    🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

    • @user-sv5yz3kj2e
      @user-sv5yz3kj2e 3 месяца назад +2

      Birinci arvadının ahı tutdu onu

    • @MelahetYusifova-ks2oe
      @MelahetYusifova-ks2oe 3 месяца назад

      ​@@user-sv5yz3kj2eBilmədiyiniz bir şeyi yazmayın,xahiş edirəm.Rəhmətliyin birinci xanımı onun haqqında bir kimsəyə izin vermirdi nəsə artıq əksiy deməyə.Eyni zamanda rəhmətlik birinci xanımına da,qızına da çox diqqətcil idi....
      ALLAH RƏHMƏT ELƏSİN.....BÖYÜK SƏNƏTKAR İDİ....

    • @mehmanb.1242
      @mehmanb.1242 3 месяца назад +4

      Həyatdı , hər bir insanın öz taleyi var. Yəqinki buda belə qismət imiş. ALLAH rəhmət eləsin 🤲

  • @YarasaYarasa-ix4jy
    @YarasaYarasa-ix4jy 3 месяца назад +26

    Bu meyxanaçılar ne vızqırdır sənətkarların arasında????

    • @behremcabarov6171
      @behremcabarov6171 3 месяца назад +11

      Agzuva geleni danisma

    • @fexifexiyev-wv7wv
      @fexifexiyev-wv7wv 3 месяца назад +11

      Meyxananı beyenmiyəm elə özü bəyənilməyən adamdı! (Meyxana ustası Məşədibaba)

    • @fexifexiyev-wv7wv
      @fexifexiyev-wv7wv 3 месяца назад +2

      @@ayxan-w8d komentlərində yoxa çıxdı.herneysə

    • @fexifexiyev-wv7wv
      @fexifexiyev-wv7wv 3 месяца назад +2

      @@ayxan-w8d sildim məndə

    • @fexifexiyev-wv7wv
      @fexifexiyev-wv7wv 3 месяца назад +2

      @@ayxan-w8d halalın olsun.elə məndədə elədi eybiyox 😊

  • @fransuz471
    @fransuz471 23 дня назад

    Azerii hekimleri yox idi ermeni hekime ozun buchag altina atdi

  • @rovshendadashov436
    @rovshendadashov436 3 месяца назад

    Nəzakəti Tamerlan Qarayev öldürüb niyə yalannan yazırsız

  • @TP-jy1th
    @TP-jy1th 3 месяца назад +3

    Nəzakət qəhbə olub da 😂

    • @tahirzimova8549
      @tahirzimova8549 3 месяца назад +6

      Ayıb olsun sizə,yanında olmuşam,yazdıgına fikir ver.

    • @user-ut8xw5ty4r
      @user-ut8xw5ty4r 3 месяца назад +6

      Yeqin anannan bir yerde gezibler ona gore bele deyirsen

    • @user-oh7zp3zo3i
      @user-oh7zp3zo3i 3 месяца назад

      😂​@@user-ut8xw5ty4r

    • @user-de1lh3xz2h
      @user-de1lh3xz2h 3 месяца назад

      Сен чохуна фикир верме анасы йоллулары мудафие еденлер чыхачаг.
      Сен hегигети йазмысан.

  • @gaffarzafer6734
    @gaffarzafer6734 3 месяца назад

    Nəzakəti hamı bilir ki kim öldürüb

  • @fuadsafiyev3224
    @fuadsafiyev3224 2 месяца назад

    Allah rəhmət eləsin

  • @dunyaqopur..8646
    @dunyaqopur..8646 3 месяца назад +2

    Allah rehmet elesin hamisina..

  • @serdaramin1910
    @serdaramin1910 3 месяца назад

    Allah rəhmət eləsin.

  • @kmmkmm8660
    @kmmkmm8660 3 месяца назад

    Allah hamısına rəhmət eləsin

  • @ferecovbextiyar4950
    @ferecovbextiyar4950 3 месяца назад

    Allah rəhmət eləsin