Bextiyar Ashiq ft Elşən Masallı - Esgerlerimiz Yep yeni ( 2021 )

Поделиться
HTML-код
  • Опубликовано: 19 окт 2024
  • Aldı torpaqları əsgərlərimiz şanı ilə.
    Yazdılar bir şah əsər Şəhidlər öz qanı ilə
    Otuz ildir bu ləkə alnımıza qarə idi,
    Hər ili bu kədərli ürəyimizə yarə idi.
    Qanı qan ilə yumaq,yarəmizə çarə idi,
    Qandı dərmanı,sağalmaz yara dərmanı ilə.
    Başına düşmənin bu dünyanı dar eylədilər
    Məhv edib düşməni 44 günə xar eylədilər,
    Allahın ismini dillərdə şüar eylədilər,
    Getdilər axıra dək , hər biri imanı ilə.
    Mərd oğullar yetişdiribdi bizim doğma diyar,
    Bu diyarda hər kəsin,bu torpağa sevgisi var.
    Deyəndə Azəribaycan edirik biz iftixar,
    Fəxr edir millətimiz Azəribaycanı ilə.
    Ölməyib , sağ qalaraq ölüm anından keçdi,
    Qırpmadı gözlərini güllə yanından keçdi,
    Neçə min qardaşımız əziz canından keçdi,
    Dedilər bəsdi barışdıq vətən hicranı ilə,
    Vətən eşqiylə coşub,çağladı köksündə ürək,
    Dillərdə xeyir dua , ürəklərdə arzu dilək.
    Kimisi su gətirdi,kimisi də ki, əldə çörək
    Dayaq oldu xalqımız büs-bütün imkanı ilə.
    Qarış qarış gəzərək Qarabağın torpağını,
    Fət edibdir Şuşanin o, Sıldırım dağlarını,
    Yalın əllə alaraq doğma Şuşa oylağını.
    Səs salıbdı dünyaya ordumuz ad, sanı ilə.
    Söz: Bəxtiyar Aşiq
    Mus: Elşən Masallı
    Aranjman: Vuqar İslam
    Mixmaser: Turan Teyfuroglu

Комментарии • 20