Uşaqlarda əmgəyin bitişməsi

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • Uşaqlarda əmgək hansı hallarda gec bitişir?
    Əmgək tez bitişirsə, nə baş verə bilər?
    Əmgəyin “döyünməsi” normaldır?
    Klinikamızın uşaq nevroloqu Dr. Rima İbadova "Uşaqlarda əmgəyin bitişməsi" haqqında danışır. Mövzuyla bağlı sualınız olarsa, qeyd edə bilərsiniz.
    #ArtıqGüvəndəsiniz #DrRimaİbadova #UşaqNevroloqu #Nevroloq #UşaqlardaƏmgək
    📞 Çağrı Mərkəzi: (012) 959
    📧 E-mail: info@guvenklinik.az
    🌐 Web: www.guvenklinik.az
    📍 Ünvan: AZ1108, Atatürk pr. 3078, Bakı.

Комментарии • 48

  • @ShamoHuseynov
    @ShamoHuseynov Час назад

    Salam həkim.1 yaş 2 aylıqdı əkizlərim.Birində 1 yaşınacan tam bağlandı,o birində bağlanmayıb böyükdü ölçüsü.Hər ay yoxladırıq baş ölçüsü normaldı.Gec bağlanması narahat edir məni

  • @xanimmusayeva6742
    @xanimmusayeva6742 10 дней назад

    Salam doktor, mənim oğlum 40 günlükdü əmgəkdən aşağıya doğru başın aşağı hissəsinə kimi spicka dənəsi qalınlığında tam əmgək boşluğu kimi boşluq var həkimə apardım dedi D vitamini çatışmazlığından olub narahat olacaq bir şey deyil, sizcədə problem olmaz?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  10 часов назад

      Salam. Baş dairəsi artımına nəzarət və müayinə məsləhətdir.
      (Dr. Rima İbadova, Nevroloq)

  • @nilaysukur7653
    @nilaysukur7653 7 дней назад

    Salam hekim oglum 8 ayliqdi tez tez el ve ayaqlarini yerinde firladlir nelce izah edlim bilimirem ele bili oyniyir elleri ile ayaqlarinin penceden firladir nevrloloji ola bilermi bu hereketi agliyanda da gulendde edir

    • @hb_guvenklinik
      @hb_guvenklinik  10 часов назад

      Salam. Həmin hərəkətləri Videogörüntüləmə edib müayinəyə yaxınlaşın.
      (Dr. Rima İbadova, Nevroloq)

  • @taleh-oh1od
    @taleh-oh1od 4 месяца назад +1

    Salam xahiş edirəm cavab yazınn. Uşağım yeni doğulub başı uzunsovdur. Həkim ciddi problemin olmadığını söylədi. Yenə də qorxuram. Normaldımı?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  4 месяца назад

      Salam. Digər inkişafında hər hansı bir problem yoxdursa, normaldır.
      (Dr Rima İbadova, Nevroloq)

  • @nermin-bn6of
    @nermin-bn6of 29 дней назад

    Salam xais edirem cavab yazardz emgeyin balaca olmagi ne derece tehlukelidir?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  21 день назад

      Salam. Klinik inkişaf və baş dairəsi normaldırsa problem deyil.
      (Dr. Rima İbadova, Nevroloq )

  • @NihadMəmmədov-t1o
    @NihadMəmmədov-t1o Месяц назад

    Salam həkim mənim qız 1 yaş 3 ayiliqdi hələ emgeyi birləşməyib birdə emgey dayanmadan tərpənir oda usaqi qoymur yatmağa o tərpənmə nədən olar hər an tərpənir yatanda tərpənir

    • @hb_guvenklinik
      @hb_guvenklinik  28 дней назад

      Salam. Əmgəkdə Pulsasiya ola bilər, normaldır. Baş ölçüsü və digər göstəricilər normaldırsa, bağlanmamağı da normal ola bilər.
      (Dr. Rima İbadova, Nevroloq )

  • @vasifmemmedov2391
    @vasifmemmedov2391 Год назад

    Salam.hekim xais edrem cabav uazardiz oglum 9 ayliqdi emgeyi berkeyib zererlidimi

  • @SehriyarSirinov-wj4rt
    @SehriyarSirinov-wj4rt 2 месяца назад +1

    Salam xaiş başı çıxanlar məlumat versin 10 günlük uşağım emgeyi atmır neden olar

    • @hb_guvenklinik
      @hb_guvenklinik  2 месяца назад

      Salam. Əmgək pulsasiya etməyə bilər, normaldır.
      (Dr. Rima İbadova, Nevroloq)

  • @userrr02340
    @userrr02340 18 дней назад

    Salam doktor mənim mənim 20 günlük nəvəm oğlandı gücənmə var.xaiş edirəm yazardız nədən olur birdə normaldırmı ya yox

    • @hb_guvenklinik
      @hb_guvenklinik  10 часов назад

      Salam. Normal ola bilər. Müayinə ilə daha dəqiq bilinər.
      (Dr. Rima İbadova, Nevroloq)

  • @aygunmuradzade6801
    @aygunmuradzade6801 Год назад

    Salam dokdur siz hansı kılinikada oturursuz bilməy olar🙂

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Nevroloq Dr Rima Ibadova HB Güven klinikasında pasiyent qəbul edir.
      Tel: (012) 959,
      (012) 436 14 96,
      (050) 646 77 64
      Nömrələri ilə əlaqə saxlayaraq Dr Rima İbadovanın qəbuluna yazıla bilərsiniz.

  • @nushabaxagan4900
    @nushabaxagan4900 4 месяца назад

    Salam. Mənim qızım 2 aylıqdır və gecələri narahat yatır, tez tez başını sağa sola hərəkət etdirir, dilini çölə çıxarır, pediatrı dedi ki uşağın kəllədaxili təzyiqi var ona görədir, həmçin əmgəyi balacadır, yəni tez bitişməyə başlayıb, veroşpiron, lidofen, unodrops adlı dərmanlar yazdı bu səbəbdən və D vitaminini əksik etməməyimi dedi, sizcə bu dərmanların hamısını 2 aylıq körpəyə versəm bir problem olmaz və sizcə həqiqətən uşaqda təzyiq problemi ola bilər?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  3 месяца назад

      Salam. Bu uşağa müayinə məsləhətdir. Çünki kəllədaxili təzyiq və əmgək balacadır, bu biraz keçmişdən qalma diaqnozdur. Bu qədər dərmana düşünürəm ki, ehtiyac yoxdur. Amma təbii ki, müayinədən sonra daha dəqiq bilinər.
      (Dr. Rima İbadova, Nevroloq)

    • @GunayZeynalova-vs6gs
      @GunayZeynalova-vs6gs Месяц назад

      Bu yazılan dərmanların heç birini vermeyin 6 ayina qədər gözləyin ümumiyyətlə yeni doğulanlar dərman vermək ziyandi

  • @NiseGunel
    @NiseGunel Месяц назад

    Menim oglum 9ayindadir ve demek olarki emgek artiq baglanib bir sey yazardizda xahis

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Месяц назад

      Salam. İnkişaf göstəriciləri normaldırsa, normaldır.
      (Dr. Rima İbadova, Nevroloq)

  • @XeyalMemmedli-nr3oh
    @XeyalMemmedli-nr3oh 5 месяцев назад

    Salam doxdur menm qizim 3ayliqdi emgeyi hele baglanmayb 4barmaq olcusundedi deyrler normal deyl badinda yekelik var deyrler amma bas olcusu ayn uygun39du

    • @hb_guvenklinik
      @hb_guvenklinik  5 месяцев назад

      Salam. Əmgəyin ölçüsü önəmli deyil. Əgər uşağın inkişafı normaldırsa, onun elə bir kliniki əhəmiyyəti yoxdur. Yəni ölçü fərqli ola bilər.
      (Dr Rima İbadova, Uşaq Nevroloqu)

  • @SehriyarSirinov-wj4rt
    @SehriyarSirinov-wj4rt 2 месяца назад

    Salam doktor xais melumat vererdiz 10 gunlik usagin emgeyi atmir neden olar

    • @hb_guvenklinik
      @hb_guvenklinik  2 месяца назад

      Salam. Əmgək pulsasiya etməyə bilər, normaldır.
      (Dr. Rima İbadova, Nevroloq)

    • @SehriyarSirinov-wj4rt
      @SehriyarSirinov-wj4rt 2 месяца назад

      @@hb_guvenklinik çox sağolun 🥰

  • @NuraneHuseynova-yo3ln
    @NuraneHuseynova-yo3ln 3 месяца назад

    Salam mənim qızım 3 aylıq dı. Kəllə daxili təzyiq dedilər. Başını ağlayanda dala atlr. Tez tez sağa sola çevirir bəzən başına əl dəyəndə belə ağlayır. Gündüz yuxusu heç yoxdu. Telefonda sakitləşdirici lay lay qoyduqda yatlr biraz. Yoxsa özü yatmır heç. Əmgəyidə elə bil balacadı. Nə edə bilərik.

    • @hb_guvenklinik
      @hb_guvenklinik  3 месяца назад

      Salam. Əslində hər əmgəyi balaca olan uşaq da, hər başını geri atan uşaqda kəllə daxili təzyiq yoxdur, olmur. Ona görə müayinə lazımdır. Müayinə edib ona görə qərar vermək lazımdır.
      (Dr Rima İbadova, Nevroloq)

  • @EminRustmov-rb2bn
    @EminRustmov-rb2bn 6 месяцев назад

    Salam həkim uşaqım 6 ay 4 günlükdür əmgeyi berkiyib bu uşaqa ziyan olar?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  6 месяцев назад

      Salam. Əgər uşağın inkişafı normaldırsa, baş ölçüsü normaldırsa, heç bir problemi yoxdur. Əgər uşağın inkişafı 6 ayına uyğun deyilsə, yaxud da baş ölçülərində problem varsa, o zaman müayinə məsləhətdir.
      (Dr Rima İbadova, Nevroloq)

  • @user_ilaheaziz
    @user_ilaheaziz 6 месяцев назад

    Usagda bugun aprdim hekime baxdi baglanib dedi 7bay ayin 9 tamam olur sizce narahatcilig varmi?

    • @hb_guvenklinik
      @hb_guvenklinik  6 месяцев назад

      Salam. Əgər uşağın inkişafı normaldırsa, 3 aylığında da bağlana bilər əmgək, 2 yaşında da.
      7 ayında əmgəyi bağlanıb və əgər baş ölçüsü normaldırsa, uşağın heç bir problemi yoxdursa, narahatçılığa əsas yoxdur.
      (Dr. Rima İbadova, Nevroloq)

    • @user_ilaheaziz
      @user_ilaheaziz 6 месяцев назад

      @@hb_guvenklinik Salam beli vaxtı vaxtında D Vita verilir çəkisi hər ay artım olur boyu da həmçinin inkişafı yaxşıdı meyvə tərəvəz kasa verilir yeməyində normal yeyir ana südü də verilir .amma özüm baxdım azca qalıb tam bağlanmayıb sadece saçı var deyə çoxda hiss olunmur .coxsagolun doktor cavab verdiyiniz üçün təşəkkür edirəm 🌹❤️

    • @NovruzovaNovruzova
      @NovruzovaNovruzova 2 месяца назад

      Salam Hekim qızım bir yaş bir aylıqdı əmgəyi tam birləşməyib çekisi 8 kq dı

  • @nuranveliyeva6563
    @nuranveliyeva6563 Год назад +1

    Salam necəsən həkim uşag

  • @ayselqasimova5508
    @ayselqasimova5508 Год назад +2

    Yeni doğulub,əmgəyi heç atmır bağlıdı nə edə bilərik

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Müayinə lazımdır. Əgər əmgək bağlıdırsa, baxırıq, metabolik xəstəliklərdən də ola bilər, mikrosefaliyalardan (kiçik, baş ölçüsü artmayan) da ola bilər.
      Amma baş ölçüsü normal artırsa, problem olmaz. Müayinə olunsa, daha dəqiq bilinər.
      (Dr. Rima İbadova, Nevroloq)

    • @ayselqasimova5508
      @ayselqasimova5508 Год назад

      @@hb_guvenklinik çox sağolun

    • @SenanResulov-vw3yb
      @SenanResulov-vw3yb Год назад

      @@hb_guvenklinik usagim 3ay tamam oldu emgeyi cox boyukdu normaldi?

    • @xeyalelekberov7264
      @xeyalelekberov7264 Год назад

      Aysel xanim ne etdiniz?

    • @ayselqasimova5508
      @ayselqasimova5508 Год назад

      ​@@xeyalelekberov7264mənim ilk uşağım idi vəsvəsə etmişəm,atırmış əmgəyi,həkimə göstərdim açıqdır dedi

  • @ilhammemmedov5175
    @ilhammemmedov5175 Год назад

    Salam aleykum hekim

    • @ilhammemmedov5175
      @ilhammemmedov5175 Год назад

      Salam aleykum hekim qəbula yazılmaq isteyrem

    • @hb_guvenklinik
      @hb_guvenklinik  Год назад

      Salam. Nevroloq Dr Rima İbadovanın həkim qəbuluna yazılmaq üçün tel: (012) 959, (012) 436 14 96, (050) 646 77 64 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

  • @sakinaart
    @sakinaart 6 месяцев назад

    Bes bir cox hekimler 2yasa qeder baglanmalidir deyirler adam.bilmir kime inansin

    • @hb_guvenklinik
      @hb_guvenklinik  6 месяцев назад

      Salam. Əgər uşağın inkişafı normaldırsa, 3 aylığında da bağlana bilər əmgək, 2 yaşında da.
      (Dr. Rima İbadova, Nevroloq)