Kişilərin Başının Bəlası - PROSTAT XƏSTƏLİYİNİN MÜALİCƏSİ

Поделиться
HTML-код
  • Опубликовано: 30 июл 2024
  • Uroloq-Androloq Ramiz Abdullayev
    Tel: (+994 50) 208 08 80
    Facebook: uroloq_ramiz_abdullayev
    Facebook: Uroloq-Androloq Cərrah Op.Dr. Ramiz Abdullayev
    Sayt: Urologiya.az
    Dünyada prostat vəzinin xərçəngi ilə xəstələnmə halları xüsusən yaşlı kişilər arasında ilbəil artmaqda davam edir. Hazırkı dövrə qədər, xəstəliyin əmələgəlmə səbəbləri, hələ də dəqiq şəkildə müəyyən edilməmişdir.
    Həkimlər xəstəliyin əmələ gəlməsində bir sıra əsas risk (təhlükə) faktorlarının olduğunu qeyd edirlər: - yaş faktoru; ən əsas faktor hesab edilir; kişinin yaşı nə qədər çox olarsa, prostat vəzinin xərçənginin inkişaf etməsi təhlükəsi bir o qədər də artmış olur; - kişi cinsiyyət üzvlərinin uzun müddət ərzində mövcud olan müxtəlif iltihabi və digər xəstəlikləri; - piylənmə; - irsiyyət; - zərərli istehsal sahələrində işləmək; - zərərli adətlərin olması (siqaret çəkilməsi, spirtli içkilərin qəbul edilməsi və s.) Digər, əksər xərçəng şişləri kimi, prostat vəzinin xərçəngi də xəstəliyin ilkin dövrlərində özünü heç bir əlamətlə büruzə vermir. Müəyyən müddətdən sonra şiş ölçülərinin getdikcə artması səbəbindən sidik kanalının sıxılması baş verir. Bu isə öz növbəsində sidik ifrazının çətinləşməsinə, sidiyin sidik kisəsində ləngiməsinə, sidikdə qan qarışığının olmasına səbəb olur. Bəzi hallarda sidiyi saxlaya bilməmək kimi əlamət də yarana bilir. Bu zaman gün ərzində olan sidik ifrazı 15-20 dəfəyə çatır (normada gün ərzində 4-5 dəfə və gecə 1 dəfə), onlar güclü sidiyə çağırış hissiyyatı və ağrı ilə müşayiət olunurlar. Şiş toxum kisəciklərinə sirayət etmiş (yayılmış) olarsa, potensiya qabiliyyətində müəyyən problemlər də baş verə bilər. Şiş daha böyük ölçülərə çatmış olduqda, xəstələrdə qəbizlik, defekasiyanın (nəcis ifrazı) ağrılı olması, nəcisdə qan olması kimi əlamətlər də yarana bilər. Prostat vəzinin xərçəngi sonrakı dövrlərində limfatik düyünlərə, sümüklərə, ağ ciyərlərə, qara ciyərə də metastaz verə bilər. Müayinə zamanı həkim uroloq-androloq prostat vəzinin bərkliyini aşkar etmək üçün düz bağırsaqdan olmaqla barmaqla onun müayinəsini aparır. Bu zaman bərklik müəyyən edilmiş olarsa, xüsusi rektal ultrasəs müayinəsi (USM) və qanda prostat-spesifik antigenin (PSA) müəyyən edilməsi təyin edilir. PSA yalnız prostat vəzi xərçənginin spesifik göstəricisi deyil. Belə ki, qanda onun səviyyəsinin artması prostat vəzinin müxtəlif iltihabi proseslərində, prostat vəzinin adenoması zamanı, cinsi əlaqədən sonra və orqanizmə olan müxtəlif müdaxilələr zamanı da artmış ola bilər. Ancaq əksər hallarda qanda PSA-nin səviyyəsinin yüksəlməsi, prostat vəzidə xərçəng xəstəliyinin olmasına şübhə yaradan yeganə əlamət olur.
    Bundan sonra prostat vəzinin biopsiyası aparılır. Bu isə prostat vəzi xərçəngi diaqnozunu təsdiq etmək üçün əsas üsul hesab edilir. Prostat vəzinin biopsiyası əksər hallarda USM nəzarəti altında aparılır. Bu zaman xüsusi alətin köməkliyi ilə düz bağırsaqdan olmaqla, hüceyrə quruluşunun müayinəsi üçün prostat vəzinin müxtəlif sahələrindən bir neçə mikroskopik (çox kiçik) tikə vəzi toxuması götürülür.
    Xərçəng diaqnozu təsdiq edildiyi halda çanaq üzvlərinin KT (kompüter tomoqrafiyası), MRT (maqnit-rezonans tomoqrafiyası) müayinəsi və həmçinin sümüklərdə metastazların olmasını istisna etmək üçün xüsusi müayinə keçirilir.
    Prostat vəzi xərçənginin müalicə üsulunu seçərkən həkim xəstəliyin inkişaf mərhələsini, kişinin yaşını, fəsadların baş vermə təhlükəsini və s. bu kimi xüsusiyyətləri nəzərə alır.
    Prostat vəzi xərçənginin əsas müalicə üsulları aşağıdakılardır:
    1. Gözləmə taktikası. Bu üsul ağır yanaşı xəstəlikləri olan yaşlı kişilərdə tətbiq edilir. Bu zaman xəstəyə heç bir müalicə yazılmır. O ancaq daimi həkim nəzarətində olur. Mütəmadi olaraq qanda prostat spesifik antigenin (PSA) səviyyəsi təyin edilir və prostat vəzinin USM-i aparılır; 2. Cərrahi müalicə - prostat vəzinin xaric edilməsi - prostat vəzi xərçənginin əsas müalicə üsuludur. Hazırkı dövrdə kişinin həm cinsi funksiyasını və həm də sidiyi normal saxlamaq xüsusiyyətini qoruyan cərrahi əməliyyatın texniki cəhətdən icra edilməsi üsulu işlənilib hazırlanmışdır; 3. Şüa ilə müalicə - radiasiyadan istifadə etməklə bədxassəli şişin dağıdılması. Bu zaman şüalanmaya məruz qalan hüceyrələrin DNK quruluşu pozulduğu üçün onlar çoxalma xüsusiyyətlərini itirmiş olur, qocalaraq məhv olurlar; 4. Krioterapiya - bədxassəli şiş toxuması hüceyrələrinin aşağı temperaturun təsiri ilə məhv edilməsi; 5. Hormonal terapiya - bu zaman kişi cinsi hormonlarının təsirini təcrid edən dərman preparatlarından istifadə edilir. Hormonal terapiyadan, digər üsullardan heç birinin tətbiq edilməsi mümkün olmadıqda istifadə edilir.

Комментарии • 66

  • @tahirrehmetov874
    @tahirrehmetov874 3 года назад +3

    Sağ ol .

  • @user-dz9zj8uh5g
    @user-dz9zj8uh5g 11 месяцев назад

    Salam Hekim siz hansı xəstəxanada işləyirsiz və harada yerləşir

  • @resadmusayev8387
    @resadmusayev8387 8 месяцев назад

    salam həkim. prosdat vəzini tam şəkildə xaric edib götürərlərsə nəticəsi nə ola bilər. prosdat vəzi olmadan insan yaşaya bilərmi.

  • @ilkinmustafayeff4033
    @ilkinmustafayeff4033 Год назад

    Salam həkim yoldaşım 33 yasi var cinsi zəiflik olur parastat vezi oluv olmadiqni bilmiriy onu aparta saldurmaq lazimdi

  • @xeyalxeyal5470
    @xeyalxeyal5470 Год назад +2

    Doxdur prastad kalsiantlarından əməlyatslz yaxa qurtarmaq olar? Deyillər uzun zaman aclıq kecorəndə bədən özü o daşları əridir sizcə düzdü bu?

    • @uroloq-androloqramizabdull316
      @uroloq-androloqramizabdull316  Год назад

      Salam. Gəlin baxım danışaq. Narahat olmayın

    • @eyyubeyyublue1993
      @eyyubeyyublue1993 11 месяцев назад

      Salam hekim men duz 11 ay bundan evel avarya duwdum pirasdat ve sidik kisesi desildi kanldan qan gelirdi berdeye hekime getdim derman yazdi ki qan axma olub kanalar tutulub helem acilmiyib kanalar men ne edim hekim cox gergin haldayam fikirlewmekden

    • @eyyubeyyublue1993
      @eyyubeyyublue1993 11 месяцев назад

      Sperman gelmir

  • @hafiz.9471
    @hafiz.9471 11 месяцев назад +2

    Həkim salam mülicədən danışın əməliyyat hər an etmək mümkündür.

  • @beyrekqedirli7443
    @beyrekqedirli7443 Год назад +1

    Sizlə necə əlaqə saxlamaq olar hekim xaiş edirəm məlumat vererdizde

  • @mahitkrimli2202
    @mahitkrimli2202 Год назад

    Salam həkim . Yoldaşımın 38 yaşı varm prostatı var böyüyüb ağrı verir. Nə etmək olar

  • @nurlanaghayev4084
    @nurlanaghayev4084 2 года назад

    Prostat usm-i necə olur? Üzr istəyirəm barmaqla arxadan yoxlama deyirlər elə olur ya başqa yoluda var?

  • @raulmmmdov7592
    @raulmmmdov7592 Год назад +2

    Salam Hekim,prostat iltihabinda eğer cinsi yolla kecen infeksiya yoxdusa sidik kanalindan axinti gele biler?yoxsa axinti ancaq cinsi yolla kecen infeksiya zamani gelir?

  • @tarkanmusaev7462
    @tarkanmusaev7462 2 года назад +1

    Əməliyat neçəyə olur qiyməti

    • @uroloq-androloqramizabdull316
      @uroloq-androloqramizabdull316  2 года назад +1

      Salam ətraflı məlumat üçün zəhmət olmasa qeyd olunan nömrə ilə əlaqə saxlayın. Uroloq-Androloq Ramiz Abdullayev
      Tel: (+994 50) 208 08 80

  • @samireabbasova7111
    @samireabbasova7111 Год назад

    Salam həkim mənim atamın 76 yaşı var və 2 aydı prastatdan əməliyyat olunub.Ancaq hərdən sidiyini saxlaya bilmir.Zəhmət olmasa bizə bir məsləhət vererdiniz.

  • @user-ys1tp9kk7z
    @user-ys1tp9kk7z 4 месяца назад

    Salam hekim menim 26 yasim var sidiye tez tez çixiram bunun sebebi ve tebiyi yolnan mūalicesi varmi

  • @bekobeko2215
    @bekobeko2215 2 года назад +1

    Salam həkim prostatı bilmək üçün nə analizləri vermək lazımdır zəhmət olmasa deyərdiz

    • @uroloq-androloqramizabdull316
      @uroloq-androloqramizabdull316  2 года назад +1

      Salam. Qardaşım baxır hansı şikayətə və s. Gəlmədən, söhbət etmədən mümkün deyi.inşa ALLAH vaxt edib gəlin, həll edək

  • @prvizmmmdov5192
    @prvizmmmdov5192 2 года назад +2

    Prostat emeliyyati qiymeti neceyedfi

    • @uroloq-androloqramizabdull316
      @uroloq-androloqramizabdull316  2 года назад

      Salam ətraflı məlumat üçün zəhmət olmasa qeyd olunan nömrə ilə əlaqə saxlayın. Uroloq-Androloq Ramiz Abdullayev
      Tel: (+994 50) 208 08 80

  • @muslimgurses1298
    @muslimgurses1298 2 года назад

    Hekim arxa hissemde istilik var ve boyreklerimde istilik var bu neden olar ?

  • @asifceferov7087
    @asifceferov7087 2 года назад +1

    Prastatdan emelyat olunanda cinsi orqan zeifliyir?

  • @Qifar891
    @Qifar891 23 дня назад

    👍👍👍👏👏🙏🙏🙏🙏

  • @nihattalibov9992
    @nihattalibov9992 3 года назад +1

    Ay hekim nolarki bele gozel hekimsiz nomrenizide bu vidyoya qeyd edinde

    • @uroloq-androloqramizabdull316
      @uroloq-androloqramizabdull316  2 года назад +1

      Salam ətraflı məlumat üçün zəhmət olmasa qeyd olunan nömrə ilə əlaqə saxlayın. Uroloq-Androloq Ramiz Abdullayev
      Tel: (+994 50) 208 08 80

  • @mysterioustaletr
    @mysterioustaletr Год назад +1

    Salam həkim mənim 16 yaşım var amma prostatım var sidiyi tuta bilmirəm 15 20 dəqiqədən bir sidiyə çıxıram pulda yoxdu dərmana həkimə görünməyə mənə kömək edin nolar

    • @uroloq-androloqramizabdull316
      @uroloq-androloqramizabdull316  Год назад +2

      Salam. Gəlin baxım

    • @hafiz.9471
      @hafiz.9471 11 месяцев назад

      Prostat ücün 11m TULOZİN AL İC VƏ BORANI YAGI, TUMUNDAN İSTİFADƏ ET KECİB GEDƏCƏK. SOYUQ YERDƏN SOYUQ İCKİLƏRDƏN UZAQ OLUN.

  • @user-xe9ir1bs2j
    @user-xe9ir1bs2j 8 месяцев назад

    Salam xaiş edirəm oğlum 26 yaşı var prostatdı xaiş edirəm bir məsləhət verin

  • @lamiyemurtuzayeva9784
    @lamiyemurtuzayeva9784 2 года назад +1

    Atamda bu elametler var.Sidik qaliqi 5 mldi.qaninda PSA 7 di ama mualiceden sonra 2 oldu.Uzide ama konturlari nahamar cixib birde duyunler var xirda

    • @uroloq-androloqramizabdull316
      @uroloq-androloqramizabdull316  2 года назад +1

      Salam. Yaxşı olar gətirin baxaq. Yüksək olması səbəbi dəqiqləşməlidir

    • @vuqar.sgrov.1580
      @vuqar.sgrov.1580 2 года назад +1

      @@uroloq-androloqramizabdull316 SALAM DOKDUR NƏTƏRSİZ
      İCRA EDİRƏM.
      MƏNDƏ XƏYAMDA AQRI VAR.
      SİYMƏK ZAMANIDA OLANDA 5.10 SANİYƏ CÖLƏ GƏLIR.NƏ OLA BİLƏR. 5 GÜNDÜ BELƏ OLMUŞAM.
      XAYİŞ NE OLAR BU.

  • @prisankrimli2036
    @prisankrimli2036 Год назад

    Salam həkim bəs 22 yaşda niyə yaranır?

    • @uroloq-androloqramizabdull316
      @uroloq-androloqramizabdull316  Год назад

      Yarana bilər da

    • @hafiz.9471
      @hafiz.9471 11 месяцев назад

      Prostat soyuq yerdə oturmaq soyuq qidalar ,və hərəkətsizlikdən Bunların hamısı prostatı zəiflədir

  • @yasarsukurov2651
    @yasarsukurov2651 Год назад

    Bunan qabağ niyə buqədər bu xəsdəliy yoxuydur

  • @beyrekqedirli7443
    @beyrekqedirli7443 Год назад +1

    Salam Hekim siz hansı xestexada isleyirsiz sizin qəbulunuza necə düşmək olar? Xaiş edirem ətraflı məlumat vererdiz Prostata göre narahat edecem sizi zehmet deyilse

  • @nusuqaraev955
    @nusuqaraev955 Год назад

    Салам емелйатдан сонра кишиеин ушагы ола билир

  • @hmdovfxrddin1273
    @hmdovfxrddin1273 Год назад

    Salam həkim deyirlər postatdan əməliyyat olandan sonra.kişilikdən düşürsən.

    • @uroloq-androloqramizabdull316
      @uroloq-androloqramizabdull316  Год назад

      Salam. Xeyir

    • @user-wo7cl1rt7f
      @user-wo7cl1rt7f Год назад

      Sperm olmur prostatı göturəndə.

    • @hafiz.9471
      @hafiz.9471 11 месяцев назад

      Yalan deyirlrlər. Prodtatı isti saxlamaq lazımdır. Və müalicə olunmaq. Əməliyyatın cinsi zəifliyi ilə əlaqəsi. Yoxdur

  • @sabirveliyev5234
    @sabirveliyev5234 Год назад

    Salam

  • @yasarsukurov2651
    @yasarsukurov2651 Год назад

    Gündə birşey çıxarılar heçnəyində efekdi yoxdur