MİLLİ QƏHRƏMANIN RUHU ŞADDIR

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024
  • Qubadlının işğaldan azad olunması onlar üçün yalnız doğma torpağa yox, həm də bu torpaq uğrunda canından keçən ən əziz, doğma insanın məzarına qovuşmaq deməkdir. Milli qəhrəman, Qubadlının ən cəsur övladlarından biri Əliyar Əliyevin ailə üzvlərinin sevinci ikiqat artıqdır.
    1957-ci ildə Qubadlının Qəzyan kəndində anadan olan Əliyar Əliyev birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiə üçün vuruşub. 1992-ci ilin oktyabrında Laçın uğrunda gedən döyüşlərdə həlak olan qəhrəman doğulduğu Qəzyan kəndində torpağa tapşırılıb. İndi şanlı Azərbaycan Ordusu həm də milli qəhrəman Əliyar Əliyevin məzarını düşmən tapdağından azad edib.
    Əlyar Əliyevin özü bu günkü zəfərlərimizi görməsə də, onun oğlu Emin Əliyev torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak edir. Qubadlıya ilk ayaq basan qəhrəmanlarımızdan biri məhz Emin Əliyevdir.
    Qubadlıda çox gənclər məhz Əliyar Əliyevi örnək götürərək hərb sahəsini seçiblər. Bir neçə gün əvvəl Qubadlı uğrunda döyüşlərdə həlak olan Milli Qəhrəman Şükür Həmidov da Əliyar Əliyevin tələbələrindən biri olub. İndi döyüş meydanında onun yolunu davam etdirən generallar da var.
    Həmin gün isə uzaqda deyil.

Комментарии •