Mena Aliyev ft Terlan Novxani LiderTV Fortuna ( 08.06.2018 Tam veriliş)

Поделиться
HTML-код
  • Опубликовано: 14 июн 2018
  • Hər cümə günü saat 23:00-da, Təkrarı bazar günü saat 14:00 da LiderTv də yayımlanır.
    Tamaşaçıların asudə vaxtının əyləncəli keçməsi məqsədilə hazırlanan veriliş iki iştirakçının Gürcüstana pulsuz istirahət etmək uğrunda mübarizəsindən bəhs edir. Veriliş boyunca Bakı şəhərinin müxtəlif ərazilərində, iştirakçıların yaşayış mənzillərində və Heydər Əliyev Hava Limanında çəkilişlər aparılır.
    1 saat boyunca yayımlanan verilişin çəkiliş prosesində 2 qrup iştirak edir. Qrupun hər biri 1 aparıcı, 1 operator və 1 sürücüdən ibarətdir. Çəkilişdə Lider kanalının avtomobillərindən istifadə olunur.
    Hər iki qrup eyni vaxtda çəkilişə başlayır. Aparıcıların hər biri Bakı şəhərinin təsviri olan xəritəyə ox ataraq, iştirakçı axtarışının sahəsini təyin edir. Bundan sonra təyin olunmuş əraziyə yollanan qruplar, şəhər sakinləri və şəhərin qonaqları arasında xarici pasporta malik olan və müsabiqədə iştirak etmək istəyənlərin axtarışına başlayırlar. Çəkilişdə iştirak edən hər bir qrup, müsabiqənin formatına uyğun olan bir şəxs seçərək, onun yaşadığı ünvana yollanır. Orada iştirakçının əşyalarını toplayaraq, çəkiliş qrupu dərhal hava limanına yola düşür. Hava limanına birinci çatan qrup qalib elan olunur və iştirakçı şəxs üç gün Gürcüstanda pulsuz istirahət etmək hüququ qazanır.
    Verilişin yaradıcı heyəti:
    Layihə rəhbəri: Aqşin Kazımoğlu
    Aparıcılar: Aqşin Kazımoğlu, Nərgiz Mahmudzadə
    Rejissor: Şafiq Xəmmədov
    Produsser: Şafiq Xəmmədov,Xəyalə İsmayılova
    Montaj: Elnur Memmedov
    Operatorlar : Elnur Məmmədov, Elşad Mətləboğlu
    Redaktor: Aqşin Kazımoğlu
    İdeya : Lider Tv
    Proqramla bağlı fikiri olanlar və efirimizdə reklam yerləşdirmək istəyənlər əlaqə saxlaya bilərlər.
    Bizimlə əlaqə: 051 633 69 72
    055 808 76 47 ( Whatsaap)

Комментарии • 5