Zebt olunmush orush saheleri kendlilerin ixtiyarina verildi

Поделиться
HTML-код
  • Опубликовано: 14 окт 2024
  • Abone OL: goo.gl/W99fFm
    Copyright © ARB Şəki
    Sayt: goo.gl/NfKDu5
    Facebook: goo.gl/XVhVzG
    İsmayıllının bəzi kəndlərində örüş sahələri zəbt olunub. Bəzi təsərrüfatçılar şəxsi mülkü kimi sahələri mənimsəyib. Həmin yerlərdə özü üçün bostan məhsulları əkən də var, heyvanlarını otarmaq üçün ətrafı çəpərləyən də.
    İsmayıllı rayonunun Kürdmaşı kəndində 30 hektara yaxın örüş sahəsini bəzi kənd sakinləri qanunsuz şəkildə zəbt ediblər. Nəticədə digər kəndlilər 8 ildir ki, sözügedən sahələrdən istifadə edə bilmirlər. Hətta bəziləri örüş sahələri olmadığından heyvandarlıqdan əl çəkməli olublar. Narazı sakinlərin müraciəti əsasında İsmayıllı rayon icra hakimiyyətinin rəsmiləri sözügedən ərazilərə baxış keçirdi, sakinlərin haqlı olduğu üzə çıxdı. Qanunsuz şəkildə zəbt olunan ərazilərin çəpərləri söküldü, mal-qaranın örüş sahəsi kənd sakinlərinin ixtiyarına verildi. Amma Kürdmaşı analoji vəziyyətin yaşandığı yeganə kənd deyil. İsmayıllının Quşencə, Qalınçaq, Pirdinar kəndlərinin də ərazisində də illərdir eyni vəziyyətin hökm sürdüyü məlum olub. Sakinlərin müraciəti əsasında aidiyyatı qurumların müdaxiləsilə həmin kəndlərdə də zəbt olunmuş örüş yerlərinin çəpərləri sökülüb, maneə məqsədilə ətrafında qazılmış arxlar doldurulub. Bir sözlə, yalnız özünü düşünənlərin həmkəndlilərinə yaratdıqları çətinlik aradan qaldırılıb.

Комментарии • 4

  • @fatehnebiyev119
    @fatehnebiyev119 4 года назад

    Axrki sökdler bezi yerler var gölün qraqı sökseler yaxşı olar

  • @eminliyev9661
    @eminliyev9661 3 года назад

    hecne sokulmeyib.tezeden berpa olundu.hamisi.

  • @crazygirl2248
    @crazygirl2248 4 года назад

    Şəki? arb?

  • @salam5997
    @salam5997 4 года назад

    Zaqatala da da bu veziyet di