Namazdan sonrakı zikrlər necə edilir? Sayı, qaydası, mənaları | tövbəzamanı

Поделиться
HTML-код
  • Опубликовано: 11 окт 2024
  • Əziz İzləyicilər! Bu videoçarxımızda Namazdan sonrakı zikrlərin necə edilməsi, sayı, mənaları haqqında danışacağıq.
    Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
    [Əstəğfiru-l-lahə (üç dəfə)! Allahummə ən­tə-s-sələmu va minkə-s-sələmu təbəraktə yə zə-l-cələli va-l-ikrami]
    «Allahdan bağışlanma diləyirəm!» (üç dəfə). «Allahım! Salam Sənsən və əmin-aman­lıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan».
    [Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləhu. Ləhu-l-mulku va ləhul-həmdu va huvə alə kulli şeyin qadir. Allahummə, lə məniə limə ə'taytə va lə mu'tiyə limə mənə'tə va lə yənfəu zə-l-cəddi minkə-l-cəddu]
    «Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hör­məti fayda ver­məz».
    [Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləhu. Ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qadir. Lə havlə va lə quvvatə illə billəhi. Lə iləhə illə-l-lahu, va lə nə'budu illə iyyəhu. Ləhu-n-ni'mətu va lə­hu-l-fədlu va ləhu-s-sənəu-l-həsənu. Lə iləhə illə-l-lahu muxlisınə ləhu-d-dinə va lov kəri­hə-l-kəfirunə]
    «Allahdan başqa məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadir! Allahdan başqa mə­bud yoxdur. Biz yalnız Ona ibadət edirik. Nemət Onun­dur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edi­rik!»
    [Subhənə-l-lahi, va-l-həmdu lilləhi, va-l-­lahu əkbər (otuz üç dəfə)! Lə iləhə illə-l-­ləhu vahdəhu lə şərikə ləhu. Ləhu-l-mulku va ləhu-l-həmdu va huvə alə kulli şeyin qa­dir]
    «Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allah Böyükdür!» (otuz üç dəfə). «Allahdan başqa məbud yox­dur, O təkdir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Ona­dır! O hər şeyə Qadirdir!»
    Hər (vacib) namazdan sonra: (əl-İxlas, əl-Fələq və ən-Nas surələrini bir dəfə) oxumaq.
    əl-İxlas surəsi:
    Bismilləhi-r-rahmənir-rahim.
    1.Qul huvəllahu əhəd, 2.Əllahu-s-saməd, 3.Ləm yəlid və ləm yuləd, 4. Və ləm yəkul ləhu kufuvan əhəd. (əl İxlas, 1-4).
    əl-Fələq surəsi:
    Bismilləhi-r-rahməni-r-rahim.
    1. Qul əuzu bi rabbi-l-fələq, 2. Min şərri mə xaləq, 3. Və min şərri ğasiqin izə vaqab, 4. Və min şərri-n-nəffəsəti fi-l-uqad, 5. Və min şərri həsidin izə həsəd. (əl Fələq, 1-5).
    ən-Nəs surəsi:
    Bismilləhi-r-rahməni-r-rahim.
    1. Qul əuzu bi rabbi-n-nəs, 2. Məliki-n-nəs, 3. İləhi-n-nəs, 4. Min şərri-l-vasvasi-l-xannəs, 5. Əlləzi yuvasvisu fi sududuri-n-nəs, 6. Minə-l-cinnəti va-n-nəs. (ən Nəs, 1-6).
    Hər (vacib) namazdan sonra Ayətul Kursi ayəsi­ni (əl Bəqərə, 255) oxumaq.
    Əuzu billəhi minə-ş-şeytani-r-racim, (Lənətlənmiş şeytandan Allaha sığınıram).
    "Əllahu lə iləhə illə huvə-l-həyyu-l-qayyum. Lə tə'xuzuhu sinətun valə nəvm. Ləhu mə fi-s-səməvati vamə fi-l-ard. Mən zəlləzi yəşfəu indəhu illə bi iznihi. Yə'ləmu mə beynə əydihim vamə xalfəhum. Valə yuhitunə bişeyin min ilmihi illə bimə şəə vasi'ə kursiyyuhu-s-səməvati va-l-ard. Valə yəuduhu hifzuhumə va huvə-l-aliyyu-l-azim". (əl Bəqərə, 255).
    Mənası: Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.
    [Lə iləhə illə-l-lahu vahdəhu lə şərikə ləhu, ləhu-l-mulku va ləhul-həmdu, yuhyi va yumiytu va huvə alə kulli şeyin qadir]
    «Allahdan başqa məbud yox­dur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Ona­dır! Dirildir və öldürür. O hər şeyə Qadir­dir!» Bu zikri məğrib və sübh namazla­rın­dan sonra on dəfə oxumaq Sünnədir.
    [Allahummə, inni əs'əlukə ilmən nəfiən va rizqan tayyibən va amələn mu­təqab­bilən]
    «Allahım! Səndən faydalı elm, təmiz ruzi və məqbul əməl diləyirəm!» Bu dua sübh na­mazının salamından sonra oxunur.
    Namazın qılınma qaydası | kişi və qadın namazı | tövbəzamanı ibadət
    • Namazın qılınma qaydas...
    Dəstəmaz almağın qaydası. Dəstəmazı nə pozur? | tövbəzamanı ibadət
    • Dəstəmaz almağın qayda...
    Qüsl necə alınır | Qadın və kişi qüslü | tövbəzamanı ibadət
    • Qüsl necə alınır | Qad...
    Bizi sosial şəbəkələrdən izləməyi unutmayın:
    Sayt: sunna.az
    RUclips: tovbezamani.com
    Instagram: / tovbezamani
    Facebook: / tovbezamanicom
    Telegram: t.me/tovbezamani
    #TövbəZamanı #TövbəZamanıİslamFiqhi #Namaz

Комментарии • 127

  • @rizvann.aliyev
    @rizvann.aliyev Год назад +36

    Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və selemin üzərinə

    • @anaralasgarov5221
      @anaralasgarov5221 Год назад

      Bu yazdıgınızı araşdırmısız ki, bu dediyiniz dogrudu ya Allaha iftiradı ?

    • @gozelbudagova2397
      @gozelbudagova2397 Год назад

      Azzeba×:g

    • @rizvann.aliyev
      @rizvann.aliyev Год назад

      @@anaralasgarov5221 niyə iftiradiki?

    • @anaralasgarov5221
      @anaralasgarov5221 Год назад

      @@rizvann.aliyev salavat deyilən bir şey yoxdu dində, sən dediyin salavat əhzab surəsi 56 cı ayətdə di ki, Allah və mələkləri peygəmbərimizə yardım edərlər mənasındadı, orda söz olaraq yox iş olaraq əmr edilir bir işin edilməsi bizdən istənilir. Tövbə surəsi 103, əhzab surəsi 43 cü ayələrdə də o söz kecir və orda yardım etmək, dəstək vermək mənasındadı.
      Allah sənə əmr edir səndə sözdə Allaha deyirsən ki, özün dəstək elə. Necə ki Quranın başqa ayələrində də Allahın mələklərə döyüş zamanı yardım etdiyi göstərilir Quranda.

    • @anaralasgarov5221
      @anaralasgarov5221 Год назад

      @@gozelbudagova2397 anlamadım ? 🤔

  • @kenanhebibli8621
    @kenanhebibli8621 Год назад +15

    MaşAllah BərakAllah

  • @elvincbraylov5711
    @elvincbraylov5711 Год назад +20

    Allah səndən razı olsun gözəl qardaş

  • @nazimmeherremov8718
    @nazimmeherremov8718 9 месяцев назад +6

    Salam Aleykum Əmi mənim 15 yaşım var çox şeylər öyrəndim sizdən Allah sizdən razı olsun İnşallah Əlhəmdulillah İnşallah Allah mənim yaşıdlarımada nəsib etsin namaz qılıb zikir etməyi❤❤❤❤❤🕋🕋🕋🕋🕋☝️☝️☝️☝️☝️

  • @Ahfer-h9h
    @Ahfer-h9h Год назад +17

    ALLAH sizə bərəkət versin qardaş

  • @talehabbasli5384
    @talehabbasli5384 Год назад +15

    Allah sizdən razı qalsın

  • @anzao6965
    @anzao6965 Год назад +15

    Salam ALLAH sizdən razi olsun .ALLAH elminizə bərəkət versin . Amin

  • @Gasanov-v5r
    @Gasanov-v5r Год назад +9

    АЛЛАhУ АКБАР.❤ 🤲 ☪️ 🌹🌹🌹 🇦🇿

  • @Raminhuseynoglu
    @Raminhuseynoglu Год назад +8

    Allah Razı olsun

  • @visaemirates9391
    @visaemirates9391 Год назад +10

    Allah razi olsun. Chox faydalidir

  • @yusifqdirov185
    @yusifqdirov185 Год назад +11

    Allah sizdən razı olsun

  • @DannyWylde-ql9nq
    @DannyWylde-ql9nq Год назад +9

    ALLAHU AKBAR☝️

  • @vaqifloda
    @vaqifloda Год назад +3

    Allah razı olsun

  • @ismaylzadexyal7665
    @ismaylzadexyal7665 Год назад +3

    ALLAH Razı olsun.

  • @rahibyuzbashov1112
    @rahibyuzbashov1112 Год назад +7

    Maşallah

  • @yaqutmamedova2175
    @yaqutmamedova2175 Год назад +4

    Allah razı olsun.

  • @QarakishiEsgerli
    @QarakishiEsgerli Год назад +3

    Allahummə bərik

  • @AbdullahAbdullah-go9zy
    @AbdullahAbdullah-go9zy Год назад +4

    Əssəlamu əleykum əxi
    Məncə hər müsəlmana müsəlman qalası lazımdı oxusun və əməl etsin
    Allah sizdəndə razı olsun

  • @elmangulmaliyev619
    @elmangulmaliyev619 Год назад +2

    جزاك الله خيرا

  • @ГюньдузСадиев
    @ГюньдузСадиев Год назад +3

    Allah sizdən razı olsun sizin sayənizdə namaz qılıram

    • @muhmmdhsn2365
      @muhmmdhsn2365 Год назад +2

      Allah sizdəndə razı olsun gözəl qardaş .Allah sabit etsin

  • @naileagayeva9394
    @naileagayeva9394 Год назад +2

    Allah sizdən razı olsun.Amun

  • @zaraqarayeva3682
    @zaraqarayeva3682 Год назад +4

    Allah sizdən razı olsun, Hocam.

  • @zaurzaur59851
    @zaurzaur59851 Месяц назад

    Allah razı olsun. Amin

  • @RahilaQurbanova-l4l
    @RahilaQurbanova-l4l 15 дней назад

    Salam Allah köməyn olsun 🤲🤲 Amin

  • @akifgulmalyev9418
    @akifgulmalyev9418 Год назад +4

    Allahu Akbar

  • @movlanmemmedov3315
    @movlanmemmedov3315 Год назад +5

    Assalamu aleykum qardas.Allah sizden razi olsun.faydali derslerdi.Zaqataladan siz kanala baxiriq.Allah sizin bu dünyanzi ve axiretnizi xeyirli bereketli etsin Amin ecimein.Ölkemiz üçun bir neymetsen xeyire devet üçun.

  • @denizel78
    @denizel78 Год назад +2

    Allah elminə bərəkət versin!

  • @javidaliyev8219
    @javidaliyev8219 Год назад +4

    Allah sizdən razı olsun!

  • @adilqarayev6643
    @adilqarayev6643 Год назад +4

    BərakALLAHU fiykum,ey bu videoda əməyi olanlar!

  • @yaqut3043
    @yaqut3043 Год назад +3

    Allah böyükdür.

  • @chichakyagubova3352
    @chichakyagubova3352 Год назад +3

    Və əleykumassalam və rahmətullahi və bərakətəhu. ALLAH razı olsun.

  • @abubakrsiddikumarusmanalia2492
    @abubakrsiddikumarusmanalia2492 Год назад +4

    Салам алейкум рехметулахи баракату Саратов

  • @bakcellplecellsel8186
    @bakcellplecellsel8186 Год назад +1

    Allah razı olsun. Siz dediyiniz zikrləri namazın beş vaxtında deyirəm. Amma sübh namazından sonra çalışıram çox zikr edirəm həddən çox zikr edirəm.

  • @maraqlmlumatlar2585
    @maraqlmlumatlar2585 Год назад +7

    👍👍👍👍👍

  • @nigarabiyeva3619
    @nigarabiyeva3619 Год назад +1

    Allah sizdən razı olsunn çox sag olun

  • @ResulCefer2323
    @ResulCefer2323 Год назад +3

    Allahu Əkbər .

  • @rubabeeminova8067
    @rubabeeminova8067 Год назад +1

    Salam Allahu Akber Elhemdullilah Subhanaallah 33defeni tesbehle edirik duzdum

    • @Abdullah_1446
      @Abdullah_1446 Год назад

      Aleykum salam. videoda izah edildiyi kimi barmaqlarla edilməsi gözəldir.

  • @Abdullah-u3e5m
    @Abdullah-u3e5m Год назад +3

    Allah sizləri sevsin.

  • @unimacunimac626
    @unimacunimac626 Год назад +3

    👍

  • @mammadli114
    @mammadli114 Год назад +6

    Namazdan sonra salavat duasını oxumaq lazımdır əhzab surəsinin 56-cı ayəsini, dahasa sonra təsbihat deyilməlidir 34 dəfə Allahu Əkbər, 33 dəfə Əlhəmdulillah, 33 dəfə Subhənallah daha sonra da Fərəc duasını da oxumaq lazımdır bu oldu gözəl iş❤

    • @aslanaslan5987
      @aslanaslan5987 Год назад

      Salam qardaş bu vidyonu dinlədiz axıra kimi?

    • @mammadli114
      @mammadli114 Год назад

      @@aslanaslan5987 aleykum salam qardaş, xeyr dinləmədim biz belə dua edirik

    • @mammadli114
      @mammadli114 Год назад +1

      @@user-ui6rb7ez5i Dəlil Hz. Muhəmməd Mustafadır (sallallahu aleyhi və alihi və səlləm)!

    • @ssmm5206
      @ssmm5206 Год назад

      Vəli düz deyirsiniz

  • @HesenHesenov-g8s
    @HesenHesenov-g8s 17 дней назад

    Allah günahlarınızı, günahlarımızı bağışlasın

  • @zackfack816
    @zackfack816 Год назад +4

    Assalamualeykum

  • @MzahirMlikov
    @MzahirMlikov 7 месяцев назад +1

    ﷽❁ℓฉ iℓฉhฉ iℓℓฉ Аℓℓฉh❁﷽

  • @namiqhsnov9285
    @namiqhsnov9285 Год назад +1

    Salam övlad olması üçün handı duanı oxuyum xayiş

    • @abuammar3883
      @abuammar3883 Год назад

      Aleykum salam
      Allahdan bagışlanma diləməyi çoxaldın
      Əstagfirullahə və ətubu ileyhi və ya Allahummə gfirli və tub aleyyə innəkə əntə təvvabun gafur. Sənim qəlbdən Allahdan bagışlanma diləyin inşəAllah uca Rəbbimiz sizin üçün ən xeyirli olanı tədqir edər

  • @ulviyyemm
    @ulviyyemm Год назад +1

    Salam. Allah razı olsun. Surələri 3 dən çox desək olarml? Yoxsa 3 dəfəmi deyilir?

  • @bakcellplecellsel8186
    @bakcellplecellsel8186 Год назад

    Hər namazdan sonra 3 dəf ixlas 3 fəlq 3 Nas 3 ayətəl kürsünü oxuyuram ondan sona ovcuma oxuyub əzablarına məs edirəm.

    • @Abdullah_1446
      @Abdullah_1446 Год назад

      Dediyiniz yatağa girərkən edilir.

  • @fatmaekberova6407
    @fatmaekberova6407 Год назад +1

    Cəkilişdə zəhməti olanlara təşəkkür edirəm. Ərəb dilində yox, ancaq öz dilimizdə zikirləri desək olar?

    • @Abdullah_1446
      @Abdullah_1446 Год назад

      Xeyr. Çalışıb ərəbcə deyək. Çox asandır.

  • @ГюньдузСадиев
    @ГюньдузСадиев Год назад +2

    Salam mən ancaq namazda ixlas fələk birdə nəs surəsi oxuyuram bu düzgündürmü?

    • @Abdullah_1446
      @Abdullah_1446 Год назад +2

      Olar.amma imkan olduqca başqa surələr də oxumaq gözəldir

    • @igamovaigam5925
      @igamovaigam5925 Год назад

      @@Abdullah_1446quranda iyirmi xirda sureleri ezberlamak de savabdi

  • @dayanatgamidli940
    @dayanatgamidli940 Год назад

    Əziz Qardaş Türkiyə,Orta asiya ölkələrində və bizim məscidlərdə imam yüksək səslə zikr və Camaata edilən dualar sünnəyə xilafdır.Osmanilər vaxtındakı bidətlərdəndir doğrumu? Cavab verərdiz bizə

    • @tovbezamani
      @tovbezamani  Год назад +1

      Beli xilafdir. Amma osmanli dovrunde butun osmanli alimlerinin sunnete muxalif oldugunu demek duzgun olmaz. Orada imam Birqivi kimi, Qadizadeli kimi bidet ve şirkle mubarize aparan din xadimleri olub ki, hetta osmanli sultanlari onlari destekleyib

  • @farizbaksl4426
    @farizbaksl4426 4 месяца назад

    Namazdan sunra sadece la ilahe illallah zikrini çekmek olarmi?

  • @backstreak6937
    @backstreak6937 Год назад

    Salamu aleykum mənim suakln peyğəmbər hədislərin birində demişdir ki, kim 10 dəfə ixlas surəsin oxusa Allah ona cənnətə ev tikəcək və mən hər namazdan sonra 10 dəfə oxumaq istəyirəm bu düz olarmı?

  • @xayalaazizli4536
    @xayalaazizli4536 Год назад

    Və əleykum salam hər namazdan sonra fərzdimi zikir ?

  • @Mövhumatsızİslam
    @Mövhumatsızİslam Год назад +2

    *Tövhid haqda ayələr*
    Beqere 45,127,128,153,165,170,186
    El imran 151
    Nisa 36,48,116
    Maide 76,104
    Enam 17
    Eraf 29,30,55,180,194
    Enfal 9
    Yunus 18,29,106,107
    Hud 45,61
    Yusuf 40,106
    Red 14
    Nehl 20,21,86
    Isra 57
    Kehf 110
    Enbiya 66,67
    Hecc 62
    Muminun 117
    Suera 72,73,74,80
    Neml 62
    Enkebut 65
    Rum 13,33
    Logman 30
    Seba 23
    Fatir 14,22
    Zumer 3,38,43,49
    Mumin 60
    Ehqaf 5,28
    Cin 18,20
    Eleq 19
    *Dirilerle olan tevesul ayeleri,Olulerle deyil*
    Nisa 64
    Eraf 134
    Tovbe 99,103
    Yusuf 97,98
    *Sehabeler ve onlarln fezileti barede* *(Sehabeleri soymeyin)*
    Tovbe 20,40,100,117
    Feth 18,29
    Hedid 10
    Hesr 8,9,10
    *Peygember (sav) zovceleri momunlerin analarldlr*
    *Aiseni (ra) soymeyin*
    Nur 10-26 qrder
    Ehzab 6,57,58
    *Itaet Allaha ve Peygemberedir*
    *12 imama yox*
    Nisa 13,14
    Nur 54,56
    Muhemmed 33
    Mucadele 13
    Tegabun 12
    *Huseyn (ra) sehid olub bu Allahln qederidir*
    *Allahln qederine usyan etme*
    El imran 145,154
    Tovbe 51
    Yunus 49
    Hicr 5
    Muminun 43
    Ehzab 16
    Qemer 52,53
    Tegabun 11
    *Eli (ra) Maviye (ra) vurusub Maviye (ra) xeta edib*
    *ikiside momundur*
    Hucurat 9,10
    *Kebeni ziyaret*
    *(Pirleri Kerbelanl Mesedi) yox*
    Beqere 125,158,196
    Hecc 27,29
    *Quran diriler ucundur oluler ucun yox*
    Beqere 41
    Tovbe 9
    Rum 52
    Fatir 22
    Yasln 69,70
    *Allaha serik qosulan yerde Pirlerde Qebirlerde Qurban kesme Allahdan qeyrisine qurban kesilmez*
    Beqere 173
    Maide 3
    Enam 118,119,121,145
    Nehl 115
    Hecc 28,34,36
    *Namaz bes vaxtdlr,uc vaxt yox*
    Beqere 238
    Nisa 103
    Hud 114
    Isra 78
    Muminun 9
    Maun 4,5
    *Her ise Allahln adl ile basla Bismilleh de ya Eli ya Huseyn deyib yox*
    Eraf 180
    Hud 41
    Isra 110
    *Peygemberler vehide mesumdur dunya heyatlnda ise bezi xetalar edibler*
    *imamlar mesum ola bilmez*
    Beqere 128
    Enfal 67
    Tovbe 113
    Hud 47
    Taha 40,96
    Enbiya 87,88
    Suera 82
    Qeses 15,16
    Saffat 142
    Sad 24,25,34,35
    Qelem 48,49,50
    *Qeyb yalnlz Allaha mexsusdur Peygemberler qeybi bilmir imamlar nece bilsin*
    El imran 179
    Maide 116
    Enam 50,59
    Eraf 188
    Yunus 20
    Hud 31,123
    Neml 65
    Logman 34
    Cin 26,27
    *Dinimiz kamildir islama yenilik getirme bidet etme*
    Maide 3,67
    Hesr 7
    *Allah goydedir heryerde yox*
    Beqere 29
    El imran 55
    Nisa 158
    Eraf 54
    Yunus 3
    Hud 7
    Taha 5
    Furqan 59
    Sejde 4,5
    Mumin 36,37
    Fusilet 11
    Mulk 16,17
    Haqqe 17
    Merac 4
    *Allahln eli var ozune mexsus*
    Maide 64
    Sad 75
    Zumer 67
    *Allahln gozu var ozune mexsus*
    Taha 39
    Furqan 20
    Sura 11
    *Allahln ayagl var ozune mexsus*
    Qelem 42
    *Allahl goreceyik yalnlz qiyamet gunu bu dunyada yox*
    Yunus 26
    Qaf 35
    Qiyame 22,23
    *Denizden clxanlar halaldlr*
    Maide 96
    Nehl 14
    *Allahln izni olmadan heckes sefaet edebilmez oda yalnlz qiyamet gunu*
    Yunus 3,18
    Meryem 87
    Taha 109
    Suera 80
    Rum 13
    Seba 23
    Zumer 43,44
    Zuxruf 86
    Necm 26
    Mudessir 48
    *Oluler esitmir olulernen diriler eyni ola bilmez*
    Nehl 21
    Isra 85
    Enbiya 35
    Neml 80
    Rum 52
    Fatir 14,22
    Zumer 30
    *Imamlar peygemberlerden ustun ola bilmez*
    El imran 33
    Enam 83-87 qeder
    *Allahdan qeyrisine and icmek sirkdir*
    Enam 109
    Sad 82
    Tegabun 7
    *Saqqal saxlamaq vahabilik deyil*
    Taha 94
    *Ozune zulm etme*
    Tovbe 36
    *Musiqi haramdlr mekruh yox*
    Isra 64
    Logman 6
    Necm 61
    *Siqaret haramdlr mekruh yox*
    Beqere 195
    Eraf 31
    Isra 26,27
    *Le ilehe illellah Allahdan basqa ibadete layiq haqq mebud yoxdu*
    *Нет иного божьества достойного поклонения кроме единого Аллаха*
    *Islamln bes serti*
    1 Le ilehe illellah
    2 Namaz
    3 Zekat
    4 Ramazan Orucu
    5 Hecc
    *Le ilehe illellahln 7 serti*
    1 Elm
    2 Ixlas
    3 Tabe olmaq
    4 Sidq
    5 Qelbin dogrulugu
    6 Mehebbeti
    7 Emel tabe
    *Imanln sertleri*
    1 Allaha
    2 Peygemberlerine
    3 Kitablarlna
    4 Meleklere
    5 Axirete
    6 Qeza - Qedere
    *Allahln ad ve sifetlerine aid qayda*
    1 Isbat etmek
    2 Inkar etmemek
    3 Oxsatmamaq
    4 Keyfiyyetine varmamaq
    *Hedisin serti*
    1 Ravi hedisi revayetciden ozu esidmelidir
    2 Adil olmalidlr
    3 Hedisi qeyd etmeli ya yazmali yada hafizesinde yadda saxlamalidlr
    4 Basqa ravinin hedisine zidd olmamalidir
    5 Hedisde zeiflik olmamalidlr
    *Nesx ve onun uc novu*
    1 Aye qalib hokmu goturulub
    2 Aye goturulub hokmu qalib
    yeni recm ayesi
    3 Hokmude ayede goturulub

  • @nailaxmedov206
    @nailaxmedov206 5 месяцев назад

    Dualarımızı Namazı tam bitirdikdən sonra salam verdimdən sonra edirik?

    • @Abdullah_1446
      @Abdullah_1446 4 месяца назад

      Namazdan sonra dua etmək olmaz. Dua istəniıən vaxt edilir.
      Xüsusən namazlarda səcdələrdə 3 dəfə subhənə Rabbiyə aələ dedikdən sonra etmək ən gözəldir.

  • @aidqasmova5746
    @aidqasmova5746 8 месяцев назад

    Salam estafurullah bu sie ucundu yoxsa süni

    • @Abdullah_1446
      @Abdullah_1446 4 месяца назад

      Aleykum salam. Bu Peyğəmbərimizin ibadətidir.

  • @zeynalzeynalov6038
    @zeynalzeynalov6038 Год назад

    Salam Aleykum Siz Hənəfi Məzhəbindənsiz ?

    • @Abdullah_1446
      @Abdullah_1446 Год назад +1

      Aleykum salam qardaş. Əsasən Hənbəli olmaqla 4 məzhəbə tabe oluruq.

    • @rbbimelmimiartr488
      @rbbimelmimiartr488 11 месяцев назад

      Va Aleykumus-Sələm və Rəhmətullah gözəl qardaşim biz Əlhəmdulillah Sələfilik bu haqda bir az məlumat verim
      Sələf sözünün mənası "əvvəl gələnlər" deməkdir. Belə ki, bir şəxsdən əvvəl gələn onun üçün "sələf" sayılır. Dində "sələfi saleh" (yəni, əməli saleh əcdadlarımız) dedikdə, Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) vəsf etdiyi üç ən xeyirli nəsil nəzərdə tutulur: Peyğəmbəri (salləllahu aleyhi və səlləm) görmüş səhabələr (Allah onlardan razı olsun), onlardan sonra gələnlər (tabiinlər) və onlardan (tabiinlərdən) sonra gələnlər. (Bax: İbn Mənzur: "Lisanu-l-Arab", 6/330; İmam əs-Səffari: "Ləvamir əl-Ənvar əl-Bəhiyə", 1/20).
      Özlərini sələfi adlandıranlar, sələfi-salehin yolunu getdiklərini deyirlər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Mənim ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəmdə, biri isə cənnətdədir". Səhabələr: "Onlar kimdir?" deyə soruşduqda, o: "Onlar mənim və mənim əshabələrimin yoluna tabe olanlardır". (İmam Əhməd, 4/102; Əbu Davud, 2/503; ət-Tirmizi, 3/367; İbn Məcəh, 2/479).
      Uca Allah buyurur: "Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsarlara, həm­çinin yax­şı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razı­dır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ­ları hazırlamışdır. Bu, böyük uğurdur". (ət-Tovbə, 100).
      Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Ən xeyrli nəsl - mənim nəslimdir. Sonra isə onlardan sonra gələnlər, sonra isə onlardan sonra gələnlər". (əl-Buxari, 3651; Muslim, 2533).
      Həmçinin Uca Allah buyurmuşdur: "Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir". (ən-Nisa, 115). Uca Allah bu ayədə tabe olunması vacib olan yoldan söz açaraq, peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu təqib olunması ilə kifayətlənməyərək, buraya səhabələrin (Allah onlardan razı olsun) yolunu da əlavə etmişdir. Uca Allah buyurur: "...Mənə üz tutanların yolu ilə get..!" (Loğman, 15).
      İbn Əbu Cəmra (Allah ona rəhmət etsin) belə demişdir: "Alimlər, bu ayələrdə (ən-Nisa, 115; Loğman, 15) söhbətin səhabələrdən və müsəlmanların birinci nəslindən getdiyini bildirmişlər". (Bəhcətun-Nufus", 15).
      Həmçinin Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə demişdir: "Həqiqətən Uca Allah Öz qullarının qəlblərinə baxdı və Muhəmmədin qəlbini ən xeyrli qəlb olaraq seçdi, sonra isə onu Özü üçün seçdi və Öz risaləsi ilə göndərdi! Muhəmmədin qəlbindən sonra isə, qullarının qəlblərinə baxdı və onun səhabələrinin, bəndələrinin arasında ən xeyrli qəlblərin sahib olduqlarını gördü və onları Öz peyğəmbərinin köməkçiləri etdi!" (İmam Əhməd, 1/379; əl-Əcurri, 1204).
      Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən sizdən sonra uzun səbr günləri gələcəkdir və bu şəraitdə olaraq, sizin yolunuzu tutan şəxslər, sizlərdən əlli nəfərin mükafatı ilə mükafatlandırılacaqdır". Səhabələr: "Bəlkə onlardan əlli nəfərin (mükafatı ilə)?" - deyə soruşdular. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Xeyr, məhz sizlərdən!" (İbn Nəsr "əs-Sunnə", 33; ət-Tabərani "əl-Kəbir" 289).
      Sələf" də saleh sələflərin - Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun), səhabələr və onlardan sonrakı xeyirli nəsillər adlanır. Sələfi sözü də bu yol ilə gedənlərə deyilir

  • @merhametli_allah
    @merhametli_allah Год назад +3

    Zikrləri ayaq üstə demək olar?

    • @tovbezamani
      @tovbezamani  Год назад +2

      Olar, amma oturub elemek daha yaxsidir

    • @merhametli_allah
      @merhametli_allah Год назад +3

      @@tovbezamani Allah sizdən razı olsun. Elə sizin sayənizdə namaz qılıram

    • @aslanaslan5987
      @aslanaslan5987 Год назад +1

      ​@@merhametli_allahUca Allah sabit etsin

  • @emilabbasov6219
    @emilabbasov6219 Год назад

    Salam aleykum varahmatullahi barakat. Əziz qardaş müsəlman qalası kitabında ixlas, fələq və nəs surələrini sübhdən sonra 10 dəfə təkrarlanmağı yazılıb, sonra Peyğəmbərə(s.a.s) salavat ondan sonra Ayətəl kursi və zikrlər. Mən kitabda yazılan kimi edirəm. Bu qəbahət deyil???

    • @aslanaslan5987
      @aslanaslan5987 Год назад +1

      aleykum salam neçənci səhifədədi?

    • @jibjibam
      @jibjibam Год назад

      Orda belə şey görməmişəm. Dəqiqləşdirin.

    • @aslanaslan5987
      @aslanaslan5987 Год назад

      @@jibjibam məndə görməmişəm ona görə soruşdum

    • @emilabbasov6219
      @emilabbasov6219 Год назад

      @@aslanaslan5987 çox, çox üzr istəyirəm müsəlman qalası yox, surə və duaları ilə dəstəmaz, qüsul və namaz kitabçasının 59 səhifəsindədir mən dediyim

    • @user-qt9ov9sb7y
      @user-qt9ov9sb7y Год назад

      Salam.Menim keçmisden qalan çoxlu qeza namazlarim var.Sadece fərzləri qilmaliyam hə? Bəs keçmiş sabah namazlarinin da sadece ferzini?

  • @xanimesgerova15
    @xanimesgerova15 Год назад

    Bu qardasin adi nedi bilen varsa yazsin xais edrem😊

  • @rustmkrimov7815
    @rustmkrimov7815 Год назад

    Möhrlə Namaz Bütpərəstlikdir.

  • @elmarsalmanov6790
    @elmarsalmanov6790 Год назад

    Yene yazacam deyeceyler beledir, axi ALLAH bize quranda biz size zikri endirdiy deyir yani quran oxumag zikirdir

    • @jibjibam
      @jibjibam Год назад +1

      Kim deyir ki, Quran zikr deyil? Və kim deyir ki, yalnız Quran zikrdir?

    • @elmarsalmanov6790
      @elmarsalmanov6790 Год назад

      Quran zikirdir!

    • @Qlmakademiya
      @Qlmakademiya Год назад +1

      Sad surəsi 18 deyir ki dağlar Allahı zikr edir. Zikr təkcə quran deyil peyğəmərin öyrətdiyi Allahı xatırladan söz zikrdir

    • @elmarsalmanov6790
      @elmarsalmanov6790 Год назад

      ALLAHI xatirlatan tenzih eden sozler ayelerdi, nur suresi 41 ayede quslar ALLAHI tesbih edir deyilir, odemeydiki quslar tehbeh alib ellerine zikir edirler. Yer uzunde nevar, canli cansiz allahi zikir edir, yani onun tekliyin, andan baska mebud olmadigin vs

    • @elmarsalmanov6790
      @elmarsalmanov6790 Год назад

      Ahzab 72 deyir biz qurani daglara teklif etdiy amma onlar buna yuklenmey istemedi, bunu insanlar yuklendi, ayedede qorulduyu kimi bize zikir olaraq quran verilib, baska birsey verilseydi baskacur deyerdik.

  • @ssmm5206
    @ssmm5206 Год назад +1

    Sən indi elə düşünürsən ki nəsə öyrətdin?

    • @Abdullah_1446
      @Abdullah_1446 Год назад

      732 bəyənmə var.
      Deyəsən sənin düşüncəndə darlıq var qaqa.
      Yəqin farsların şiə dinindəsən

    • @ssmm5206
      @ssmm5206 Год назад

      @@Abdullah_1446 dəqiq.

    • @Abdullah_1446
      @Abdullah_1446 Год назад

      ​@@ssmm5206kafirsən?

    • @ssmm5206
      @ssmm5206 Год назад

      @@Abdullah_1446 Baxır kimə görə.Bir də ki mən sənə heç bir şey yazmamışam.Mədəniyyt və islam əxlaqı yersiz və soruşmadan cavab verməyi caiz bilmir.

    • @rbbimelmimiartr488
      @rbbimelmimiartr488 11 месяцев назад

      ​@@ssmm5206Əssəlamu Aleykum islam əxlaqı haqda onu da bilməlisiz ki Xeyir verə bilmirsizsə..xeyir əməl edənə də mane olmamalısiz gözəl insan

  • @anaralasgarov5221
    @anaralasgarov5221 Год назад

    Ən böyük zikr, əzbərci zikr deyil, barmaqla zikr nə di, Allah quranda barmaqla zikr etməyi deyir yoxsa onlar ki qəlbən Allahı zikr edərlər, necə ki Quranda Allah deyir, Qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar.
    Allahın qəbul etdiyi zikr- yerlərin, göylərin, yaradılışı haqqında düşünmək və hər gördüyün şeyin yaradılışını düşünüb, dərk edib Allahı anmaqdı, necə ki Quranda Allah deyir onlar Allahın yaratdıqlarının yanından ötüb kecərlər hec düşünməzlər Allah bunları necə yaradıb, Allah quranda deyir olar dəvəyə baxmadılarmı biz onu necə yaratdıq, burda dəvə misaldı, gör Allah milyonlarla elə canlı ve başqa şeylər yaradıb və bunları düşünərək Allahı zikr etmək anmaq düşünmək lazımdı. Əzbərci təsbehi əlinə al, ya barmaqla düşünmədən zikr etməkdənsə bir dəfə düşünərək zikr edin.

    • @Abdullah_1446
      @Abdullah_1446 Год назад

      Barmaqla zikr etmək sayı tutmaq və Peyğəmbərin əmrinə uymaqdır.
      Sən ola bilsin yəhudilərin hədissiz "islam" planının qurbanısan. Hədis islamın özüdür.hədisi inkar edən kafirdir.

    • @Qlmakademiya
      @Qlmakademiya Год назад +1

      Zikri barmaqla saymaq peyğəmbər əfəndimizin təlimidir. Həm düşünərək həm də düşünüb etdiyin zikri barmaqla sayaraq edirik ki sayı da şəriətin dediyinə uyğun olsun
      Sad surəsinin 18 ci ayəsində deyilir ki dağlar gecə gündüz Allahı zikr edir. Görəsən düşünərək zikr edirlər?!

    • @anaralasgarov5221
      @anaralasgarov5221 Год назад

      @@Qlmakademiya 1 ci əfəndi sadəcə Allahdır, o aləmlərin əfəndisidi, peygəmbərə əfəndi demək olmaz, o sadəcə Allaha aiddir.
      2 ci dagları misal çəkdiz, bəli Rəhman surəsi 6 ulduzlarında, agaclarında Allaha səcdə etməyi yəni Allahın qoydugu qanunlara boyun əydiyini mənasına gəlir, sənin idda elədiyin agac əyilib səcdə eləmir nə də günəş, Sadəcə Allahın onlar ücün qoydugu qanunlara görə hərəkət edir. Bu onlara Allahın yazılmamış qoydugu qanunlarıdı yaratdıgı an Allahın qanunlarına tabe olaraq öz hərəkətlərini davam etdirirlər bu bir növ Allaha onların ibadətidi ki, Allahın qanunlarına boyun əyirlər amma insan ücün yazılmış və göndərilmiş qanunlar var bu da Allahın kitabı Qurandı ki orda Allah insanlara hər şeyi öyrədir, nəyi necə eləmək lazımdı sən insansan agac ya da günəş, bulud deyilsən.

  • @DarkMincreft6879
    @DarkMincreft6879 Год назад

    Tay bunu DEYIN ki men namaz qilmali in San deyiləm
    men namaz qiranda zikir etmirem zikir dependence süpehen Allah deyiləm başqa hec

    • @tovbezamani
      @tovbezamani  Год назад +3

      Niye ki, ezizim
      Namazi qil, namazdan sonra da vaxtin olsa zikrleri ele, qelbin rahatlayacaq

  • @rustmkrimov7815
    @rustmkrimov7815 Год назад

    Şiyələr Anlamaz bunları😂😂😂😂😂😂😂😂

  • @eltonhesenov2930
    @eltonhesenov2930 Год назад +1

    Allah sizdən razı olsun

  • @gulucebiyeva6628
    @gulucebiyeva6628 Год назад +1

    Allah razı olsun