Döngələr- 1 seriya Rafiq Səməndər

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024
  • “Döngələr” Çoxseriyalı bədii televiziya filmi - Ssenari müəllifləri Rafiq Səməndər, İsmayıl Ömərov.
    Bu film 1980-ci illərin sonlarından başlayaraq 90-cı illərin əvvəllərinə qədər tarixin ekran yaddaşıdır. İctimai-siyasi proseslər nəticəsində cəmiyyətdə baş verən dəyişiklərin insan mənəviyyatına təsiri, yüksək mənəvi dəyərlərin naqisliklərə qalib gəlməsi filmin əsas ideyasıdır.
    80-ci illərdən başlayaraq, bu günlərə kimi yaşanan tariximizin kiçik bir ekran mənzərəsi. Ən yaxın tariximizin bədii bir parçası.
    Uzaq bir dağ rayonunda insanlar adi sovet həyatı yaşayır. Sevən sevir, işləyən işləyir. Rayonun 1-ci katibi partiyanın tapşırıqlarını vicdanla yerinə yetirir. 37-ni yaddan çıxarmır. Xalqını, torpağını sevir.
    Zaman keçir, demokratiya, istiqlal yelləri bu dağlara da gəlib çıxır. Və hər şey bundan sonra başlanır. 20 Yanvar, Qarabağ, meydan döngələri və daha nələr, nələr.
    Bu yollarda yaxşı yaxşı olaraq qalır, pis elə pisliyini davam etdirir. Çünki yaxşı adamı qovaraq, namərd eləmək istəsələr də, onun kökündə yaxşılıq varsa, heç vaxt pis ola bilməz. Pis isə heç vaxt yaxşı ola bilməz . “Döngələr” çoxseriyalı bədii filmin əsas ana xəttində məhz budur.
    Filmin ssenari müəlli Rafiq Səməndər, quruluşcu rejissoru Cavid Təvəkküloğludur. Filmin çəkilişləri Azərbaycanın müxtəlif rayonları, eləcə də xarici ölkələrdə -Türkiyə və Belarusda aparılıb. Filmdə baş rollarda Eldəniz Rəsulov, Abbas Qəhrəmanov və başqaları çəkilib
    #RafiqSəməndər #döngələr #film #serial #ssenari

Комментарии • 9