Nemətsə də gözəl şer, Şair olan qəm də yeyir. Ömrü keçir bu adətlə, Uğurlu bir səadətlə. Görən məni nədir deyir: Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən! Dünən mənə öz əlində Gül gətirən bir gəlin də Gözlərində min bir sual Heykəl kimi dayandı lal… O bəxtəvər gözəlin də Mən oxudum gözlərindən: Şair, nə tez qocaldın sən! Ovçuluğa meyil saldım, Gecə - gündüz çöldə qaldım, Dağ başından enib düzə Bir ox kimi süzə - süzə Neçə ceyran nişan aldım; Cavab gəldi güllələrdən: Şair, nə tez qocaldın sən? Bəzən uca, bəzən asta, Ötür sazım min sim üstə. Andı yalan, eşqi yalan, Dostluğu da rüşvət olan, Ürək yıxan bir iblis də Üzəvari deyir hərdən: Şair, nə tez qocaldın sən! Saç ağardı, ancaq ürək Alovludur əvvəlki tək. Saç ağardı, ancaq nə qəm! Əlimdədir hələ qələm… Bilirəm ki, deməyəcək Bir sevgilim , bir də Vətən: -Şair, nə tez qocaldın sən!
Bu səslərin qədrini bilməliyik. Musiqi anlayışı olanlar üçün MÖHTƏŞƏM bu qədər.
Mükəmməl ifa, bənzərsiz tembr.
Möhtəşəm👏👍
Ne deyesen bele ifalara mûkemmel❤
Insanin duwuncelerini uzaqlara aparan ifa......Sagolun yawayin ve yaradin👏👏👏👍🔥
Mədəniyyətimizin incisiniz Ramil bəy
Gözəl ifa...Çox tesekkur edirem bele gözəl əsərləri işıqlandırdığınız üçün...
Böyük sənətkar var olasız.
👏👏👏
Çox gözəl ifadı .
👏👏👏👏👏👏👏👏👏
❤
🎉🎉
bəh bəh gozəl ifa var var Ramin Müəllim
Təbrik edirəm 👏👏👏
Nemətsə də gözəl şer,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!
Dünən mənə öz əlində
Gül gətirən bir gəlin də
Gözlərində min bir sual
Heykəl kimi dayandı lal…
O bəxtəvər gözəlin də
Mən oxudum gözlərindən:
Şair, nə tez qocaldın sən!
Ovçuluğa meyil saldım,
Gecə - gündüz çöldə qaldım,
Dağ başından enib düzə
Bir ox kimi süzə - süzə
Neçə ceyran nişan aldım;
Cavab gəldi güllələrdən:
Şair, nə tez qocaldın sən?
Bəzən uca, bəzən asta,
Ötür sazım min sim üstə.
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvət olan,
Ürək yıxan bir iblis də
Üzəvari deyir hərdən:
Şair, nə tez qocaldın sən!
Saç ağardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm…
Bilirəm ki, deməyəcək
Bir sevgilim , bir də Vətən:
-Şair, nə tez qocaldın sən!
🫠🫠🫠