Rəşid Behbudov - Yaşayır insan (Uşaqlığın son gecəsi)
HTML-код
- Опубликовано: 19 ноя 2024
- Rəşid Behbudov - Yaşayır insan
Tale ömür bəxş edir insana
O, könül verir eşqə, hicrana
Müqəddəs əməl ilə
Keçir qoca dünyadan
Yaşayır, yaradır, sevilir insan
O hər gün axtarır
Hər gün döyüşür
Gah sevinc tapır
Gah da ki qəmə düşür
Dəydikcə taleyin
Sərt zərbəsi
Nur olur ömrünün
Hər zərrəsi
Ayrılmır inamından
Ayrılmır arzusundan
Yaşayır, yaradır, sevilir insan
O hər gün axtarır
Hər gün döyüşür
Gah sevinc tapır
Gah da ki qəmə düşür
Kim deyir
O qocalır, yaşlanır
Təzə təzə
Ömürlər başlanır
Gələndə yer üzünə
Minlərlə uşaq, cavan
Yenidən qayıdır,
Yaşayır insan
O hər gün axtarır
Hər gün döyüşür
Gah sevinc tapır
Gah da ki qəmə düşür.
Film: Uşaqlığın son gecəsi (1968)
Kinopovest gənclər haqqındadır. Burada şəxsiyyətin formalaşmasından, həyata yenicə atılan gəncin çətinliklərə, həyatdakı mənəvi təzadlarla qarşılaşmasından, gənc yaşlarından əsl insan, prinsipal, məsuliyyətli
vətəndaş olmağın zəruriliyindən danışılır.
Rejissor: Arif Babayev
Ssenari müəllifi: Maqsud İbrahimbəyov
Operator: Zaur Məhərrəmov
Rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Polad Bülbüloğlu
Rollarda: Ənvər Həsənov - Murad, Səyavuş Şəfiyev - Rüstəm, Ətayə Əliyeva - Mənsurə, Törəxanım Zeynalova - nənə, Ələkbər Seyfi - İsmayıl, Xosrov Abdullayev - Məcnun, Tofiq Mirzəyev - Rüfət, Megi Kejeradze - Elya
Janr: dram,komediy, acinayət
İlk baxış tarixi: 16 iyul 1969
Dil: Azərbaycan dili
Ölkə: SSRİ
İstehsalçı qurum: "Azərbaycanfilm" kinostudiyası
Filmin növü: tammetrajlı bədii film
Rəng: ağ-qara
Vaxt: 89 dəq.
İl: 1968