Ən dadlı BADIMCAN İKRASI/KÜRÜSÜ 😋

Поделиться
HTML-код
  • Опубликовано: 4 сен 2024
  • chat.whatsapp....
    Ərzaqlar
    6 kq badımcan
    2 kq kök
    2 kq soğan
    3 kq pomidor
    500 qr yaşıl şirin bibər
    1.5 kq qırmızı şirin bibər
    1l duru yağ
    3 xq duz
    Hazırlanması
    Soğan və kökdən başqa bütün tərəvəzlər közlənir, təmizlənir. Sonra bütün ərzaqlar ət maşınından keçirilir. Pomidor və bibərləri bir çəkdim maşından. Qazana yağ əlavə edilib soğanlar qovrulur. Sonra sırası ilə kök, badımcan və ppmidor-bibər qarışımı əlavə edilir. Duzunu dadına baxaraq əlavə edin. Soğanları yüksək , digər ərzaqları əlavə etdikdən sonra orta atəşdə bişirdim. Ümumi 4 saata bişirdim. Tez-tez gedib gəlib qarışdırmaq lazımdır ki, dibi tutmasın. Altını aşağı xoda qoyaraq bankalara yığıram. Qapaqlar yeni və qaynar suda sterilizə olmalıdır. Bankaların ağzını bağlayıb 10 dəq qaynadıram. Sonra qapaqların yaxşı bağlandığından əmin olub tərs çevirirəm. Üstünü qalın süfrə ilə örtüb, özünün soyumasını gözləyirəm. Soyuduqdan sonra qaranlıq, sərin yerə köçürürəm. Əziyyətli olsa da inanın səmimiyyətimə o qədər ləzzətli alındı ki 😍 əziyyətimə dəydi. Məni uşaqlığıma qaytardı 🥹 Mütkəq bişirin, nuş edin. Allah hər kəsin ruzisini bol etsin 🤲🏻 Videomu bəyəndinizsə abunə olmağı və ❤️ə toxunmağı unutmayın 🌹 Hələlik
    #ikra #badımcanikrası #badımcankürüsü #patlıcanhavyar #икра #баклажан #баклажаннаяикра #badımcan #qışahazırlıq #qışhazırlığı #qıştədarükləri #kışhazırlıkları #kışahazırlık

Комментарии • 12