Tofiq Quliyev haqqında radioveriliş | 1963-cü il | Video: Firudin Həmidli

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Böyük bəstəkarımız, estrada musiqimizin banisi Tofiq Quliyev barədə Dövlət Radiosunda 1963-cü ildə efirə getmiş veriliş.
    Verilişdə aparıcılar Tofiq Quliyevin yaradıcılığı barədə danışırlar. Habelə bəstəkarın əsərlərinin əvəzsiz ifaçısı, görkəmli müğənni Rəşid Behbudov, habelə yaradıcılıq sahəsində onunla yolları kəsişmiş ədəbiyyat nümayəndələri - şair Ənvər Əlibəyli və yazıçı, ssenarist, rejissor Həsən Seyidbəyli bəstəkarla dostluqları, əməkdaşlıqları barədə çıxış edirlər.
    Verilişdə Rəşid Behbudovun ifasında bəstəkarın "Neftçilər mahnısı", "İlk bahar", Dövlət Radio və Televiziyasının Kişi Xorunun ifasında "Coş, dənizim" ("Möcüzələr adası" filmindən) adlı mahnıları, eləcə 4 və 8 nömrəli estrada miniatürləri (İfa: Tofiq Əhmədovun rəhbərliyində estrada orkestri) səslənir.
    Verilişdəki xüsusilə maraqlı məqamlardan biri də budur ki, Tofiq Quliyev özünün sondakı çıxışında "Əhməd haradadır" filminə musiqi yazdığını söyləyir. Halbuki həmin məşhur filmin musiqilərinin müəllifi digər görkəmli bəstəkarımız Rauf Hacıyevdir. Görünür, sonralar filmin hazırlıqları zamanı filmə Tofiq Quliyevin yox, məhz Rauf Hacıyevin musiqi yazmağına qərar verilib.
    Verilişin müəllifi: Firuz Əhmədli.

Комментарии • 14

  • @gulbenizmemmedova922
    @gulbenizmemmedova922 Месяц назад +1

    Möhtəşəm ifa möhtəşəm mahnı👍👍🌷🌷❤❤

  • @EzimCabarov
    @EzimCabarov 2 месяца назад +1

    Allah Rəhmət Eləsin Bizim Kəndin Xalqın Sevimlis Tofiq Qulyev əziz Olsan.

  • @Rios1407
    @Rios1407 7 месяцев назад +1

    Allah hamısına rəhmət etsin! Necə də gözəl Azərbaycanca danışırlar

  • @serxanmehyeddinov1597
    @serxanmehyeddinov1597 2 года назад +2

    👏👏👏👏👏

  • @birfilm6176
    @birfilm6176 2 года назад +1

    Fantastika! Rəşidin səsi təkrarolunmazdı! Tarixboyu belə səs gələn deyil bir daha! Çoxsağolun Firudin!

  • @sevilrustamova2574
    @sevilrustamova2574 2 года назад +2

    👍👍👍👏👏👏🌟🌟🌟💐💐💐

  • @Nazim1959
    @Nazim1959 2 года назад +1

    💯 🙏

  • @mameda1i
    @mameda1i 2 года назад +2

    Kayf ❤️

  • @ixtiyarsirinov8730
    @ixtiyarsirinov8730 10 месяцев назад +1

    👍👍👍👍👍

  • @amilsafarli
    @amilsafarli 2 года назад +1

    Çox gözəl paylaşımdı.Uğurlar olsun 😊🤍

  • @retrovinylcollection.az.
    @retrovinylcollection.az. 2 года назад +1

    İlk mahnı mənim üçün əvəzolunmaz sıralardadır. Lakin düşünürəm ki, həmin mahnının ən gözəl ifası Yaşar Səfərova məxsusdur. Əməyinizə sağlıq 🙏❤️

    • @firudinhəmidli
      @firudinhəmidli  2 года назад +1

      Təşəkkür edirəm 🙂 Bəli, Yaşar Səfərovun ifası da xüsusilə gözəldir.