“Texnikabank”ın rəhbəri “MTN işi”ndə dəhşətli faktları AÇIQLADI

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • #APATV #Texnikabank #MTN #MTNişi #MilliTəhlükəsizlikNazirliyi #HərbiMəhkəmə #MövlamŞıxəliyev #məhkəmə #cinayətişi #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
    Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
    APA TV xəbər verir ki, hakim Elbəy Allahverdiyev sədrliyi ilə keçirilən prosesdə Etibar Əliyev zərərçəkən şəxs qismində ifadə verib.
    O bildirib ki, “Texnikabank”ın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb: "6 mart 2012-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu tərəfindən saxlanılmışam. Heç bir əsas göstərmədən məni MTN-in İstintaq Baş İdarəsinə aparıblar. Əməliyyat qrupu məni idarə rəisinin müavini Təhsin Ağayevə və şöbə rəisi Vüsal Ələkbərova təhvil verib. Elə həmin gün barəmdə əsassız olaraq cinayət işi başlanıb və tutulmuşam. Həbs edilərkən məndən 300-500 milyon manat tələb edirdilər. Deyirdilər ki, bankdakı pulları bizə ver. İzah edirdim ki, bankın müxbir hesabındakı həmin pullar müştərilərindir, mənim deyil. Mənə saxta ittiham elan edib barəmdə həbs qətimkan tədbiri seçildi. Həbsdə olduğum vaxt Vüsal Ələkbərovun və Təhsin Ağayevin göstərişi ilə dəfələrlə təcridxanadan onların xidməti otaqlarına çağırtdırırdılar. Orada Vüsal Ələkbərov və Təhsin Ağayev məndən külli miqdarda pul tələb edirdilər. İş yerimdə aparılan axtarış zamanı digər sənədlərlə birlikdə həyat yoldaşım Esmira Bayramovanın adına olan, Həsən Əliyev küçəsində yerləşən beşmərtəbəli evin sənədlərini də götürmüşdülər. Vüsal da, Təhsin də deyirdilər ki, rəhbərliyin göstərişinə əsasən həmin evi onların dediyi adamın adına rəsmiləşdirilməliyəm. Sözlərindən belə başa düşdüm ki, evim Mövlam Şıxəliyevə çatır, guya əziyyət çəkib istintaq apardığına görə ona haqq kimi mənim evim verilməlidir. MTN-in nümayəndəsini banka göndərib idarəetməni ələ aldılar. Əmanətçilərin hesablardakı pullarını ölkə daxilində və xaricində olan, özlərinin istədikləri hesablara köçürdülər. Bankı talan elədilər, müflis duruma saldılar. Mənə də deyirdilər ki, evi dedikləri adama verməliyəm. Əks halda, oğlum Kəramətin də barəsində cinayət işi başlanacaq. Vüsalın və Təhsinin təklifini rədd elədim. Bundan sonra öyrəndim ki, onlar oğlum Kəraməti hər gün MTN-in İstintaq Baş İdarəsinə çağırıb incidir, psixoloji təzyiqlərə məruz qoyurlar".
    Zərərçəkən deyib ki, həmin günlərdə MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev onu qəbul edib: "Məni İstintaq Təcridxanasından Mövlam Şıxəliyevin kabinetinə apardılar. Orada təklikdə söhbət etdik. Mövlam Şıxəliyev yoldaşımın adına olan 5 mərtəbəli evi israrla onların dediyi adamın adına keçirməyimi tələb edirdi. Növbəti gün Təhsin Ağayev məni xidməti otağına gətizdirdi. Oğlum Kəramət, Vüsal Ələkbərov da otaqdaydı. Oğlum çox gərgin, sıxıntılı görünürdü. Fiziki cəhətdən çox zəiflədiyini gördüm. Başqa yolum qalmadı, evi verməyə razı oldum".
    Zərərçəkən deyib ki, razılıq verəndən sonra Vüsal Ələkbərov 6 saylı Notariat Kontorunun notariusu Ərəstun İmanovu təcridxanaya çağırıb: “Evin satılmasına etiraz etmədiyim barədə ərizəni və notariat kitabında qrafanı imzaladım. Sonralar vəkilin çatdırdığı məlumatlardan və Vüsal Ələkbərovun deməsindən bildim ki, həmin evi 3 milyon manata satıblar. Amma evin kimin adına alqı-satqı edilməsindən xəbəri olmadı. Həmin gündən etibarən oğlum Kəraməti daha MTN-nə çağırmadılar. Mənim özümü də 2012-ci il, noyabrın 16-da həbsdən azad etdilər".
    Zərərçəkən həbsdən azad ediləndən sonra bir neçə dəfə Mövlam Şixəliyevlə görüşdüyünü deyib: "Mövlam Şıxəliyevə dedim ki, evimi əlimdən almaqda düz iş görmədin. O da dedi ki, “mənlik deyil, nazirlə danışarsan, onun xəbəri var”.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 566