Yaşar Nuri "Mən düzələn zad deyiləm"

Поделиться
HTML-код
  • Опубликовано: 25 окт 2024

Комментарии • 5

  • @rsulpasazad4226
    @rsulpasazad4226 5 лет назад +3

    Allah sizə rəhmət eləsin,Yaşar müəllim.Cox darixiriq sizin ucun

  • @turantimurov8824
    @turantimurov8824 28 дней назад

    Allah rəhmət eləsin

  • @rsulpasazad4226
    @rsulpasazad4226 5 лет назад +2

    Deyirlərki əvəzolunmaz insan yoxdu .Məncə bu məsələdə istisnalar var.Ve Xalq artisdimizYaşar Nuri de bunlardandir

  • @eminshirinov8686
    @eminshirinov8686 3 года назад +2

    Rüfət Zəbioğlunun şeri

  • @nurettinbaygibi
    @nurettinbaygibi 8 месяцев назад

    DÜZƏLƏN-ZAD DEYİLƏM

    Mənə yastıqdı, döşəkdi, mənə yorğandı cibim,
    Köməyimdi o mənim, cürətim, arxamdı cibim,
    Böyüyüm, başbilənim, lap belə darğamdı cibim,
    Bu əqidəmdə əsirəm, qulam, azad deyiləm,
    Özünü yorma, kişi, mən düzələn-zad deyiləm.

    Sənə nə: biz nəyə gizlincə nə şeylər qatırıq?
    Sənə nə: biz nə üsul ilə nə şeylər satırıq?
    Səni allah götürsün yer üzündən, satirik,
    Adına rast gələndən gülmür üzüm, şad deyiləm,
    Özünü yorma, kişi, mən düzələn-zad deyiləm.

    Gözünün altı şişibdir, yuxusuzsan, yeri yat,
    Nə qədər tənqid olar, boşla, bu töhmətləri at.
    Bu agır yükləri heç fil çəkə bilməz, nə ki at,
    Sənə şahidmi, sənədmi gətirim: at deyiləm?
    Özünü yorma, kişi, mən düzələn-zad deyiləm.

    Nə səbəbdən gözünə,söylə,göründüm buğa mən?
    Sözünün məgzi nədir, bəlkə gedim pambığa mən?
    Necə qulluq edərəm, getməli olsam, bığa mən?
    Ölərəm, işləmərəm tarlada, arvad deyiləm,
    Özünü yorma, kişi, mən düzələn-zad deyiləm.

    Qələmi sındırıb at, başqa sənət haqda düşün,
    Belə getsə, iraq olsun, qalacaq yerdə leşin.
    Mənə baş qoşma nahaq, axırı yoxdur bu işin,
    Neçə mülküm çıxıb əldən, yenə bərbad deyiləm,
    Özünü yorma, kişi, mən düzələn-zad deyiləm.

    Qızışıb tez gələm axtarma. dayan, eylə səbir.
    Danışan şəxs qərəkdir ki, qulaq da asa bir,
    Babama şeir qoşub Mirzə Ələkbər Sabir,
    Sənə zatım ki tanışdır, deməli, yad deyiləm,
    Özünü yorma, kişi, mən düzələn-zad deyiləm.