Şamlıdakı Vahid ovdanı
HTML-код
- Опубликовано: 1 ноя 2024
- 12 Fevral 2023-cü il tarixində, Qobustan və Ələt qəsəbələri ərazisində yerləşən, Şamlı obasına səfər etdik. Şamlı obasına bu birinci səfərimiz deyil. İlk dəfə 2018-ci ildə burda təsadüfən qeydiyyatı olmayan abidə tapdıq. Bu, ovdandır. Ovdanın girişinə nəzər yetirsək, tarixinin hicri 1333 yəni miladi 1915-ci ili göstərdiyini deyə bilərik. Bundan başqa kitabəsində bəzi yazıları Şamlı və tikdirənin Vahid ibn Kərbəlayi... oxuya bildim.
Girişinin düzbucaqlı olması, ovdanın "cavan" olmasının göstəricisidir. Ovdan bir neçə dəfə təmir edilib. Üzərində sementli suvağın izləri və dəmir borular görünür.
Yağış suları ilə qidalanırmış və uzun müddətdirki, istifadə olunmur. Şamlı obasının camaatı isə Qobustan qəsəbəsinə yaxın eyni adlı yerdə məskən salmışdırlar.
Təəssüf hissi ilə bildirmək məcburiyyətindəyik ki, Şamlı obası yaxınlığından keçən yeni yolun təmiri zamanı ovdan ərazisində də torpağın yerdəyişməsi müşahidə olunmuşdur. Əlbəttəki, bu abidənin taleyi barəsində narahatlıq yaradır...
Allah razı olsun sizlərdən.
Çox sağolun, cümləmizdən.
Allah razı olsun qardaş.Bura mənim ulu babalarımın məskənidir.Tikdirən Kərim oğlu Vahiddir.
Allah hamımızdan razı olsun. Allah əcadadınıza rəhmət eləsin. Ruhlarına hörmət olaraq abidənin də qayğısına qalın, xahiş edirəm.
@@UzeyirMikayil Allah razı olsun qardaş
İstəsən gəl məlumat verəy.
Salam, təşəkkür edirəm. Məlumatı abidənin yanında lövhədə yazsaydınız və abidəni müntəzəm olaraq yoxlayıb, qayğısına qalsaydınız daha gözəl olardı. Axı bu vətən bizim hamımızındır.
Tariximiz Cox qocadir, ama bize bunu unutmaga calisirlar ((((
*qədimidir, *unutdurmağa zəhmət olmazsa. Əlbət, tariximizi və kimliyimizi araşdırmaq kimi yazılmamış öhdəliyimiz vardır, bunu vicdanla yerinə yetirib, gələcək nəsillərə ötürmək lazımdır.
@@UzeyirMikayil bey salam ələykə.Kurdemir rayonu karrar kendi erazisinde xoruzlu piri olmalıdır.Men görmemişem.Amma çox maraqlanıram.Ora yolunuz düşse zehmet olmasa çekiliş edib bizim üçün melumat verersiniz
Baş üstə
@@UzeyirMikayil teşekkur edirem müellim!
Önəmli iş görürsüz, ayağınıza sağlıq.
Təşəkkür edirəm. Minnətdaram!
Nə vaxta kimi neft quyuları su ovdanları kimi qələmə veriləcək? Hələ çar dövründə Bakıya gələn rus mühəndisi Voskoboynikov bu quyuları görüb, qayıdanda patent alıb "колодезный способ добычи нефти".
Yeni kənardan gələn görür bu quyular nə üçündür, özümüz görmürük
Salamlar, elminizə şübhə salmaq istəmirəm lakin, qeyd olunan quyulara Qırməkidə rast gələ bilərsiniz.
Qaqas oralara yaxsi bax yeralti xezinelere qeden yol olar birden😂
Bu ovdan, mənim üçün ən dəyərli xəzinədir. Milli kimliyimdir.
BƏYƏNDİM .. AMMA O BƏLƏDİYYƏ DEYİLƏN
PARAZİT BİR QURUM VAR Kİ ....O ERMƏNİ EDƏNİ EDƏCƏK BURADA ....
BELƏ PUL QAZANMAĞIN İSULU......TORPAQ SATMAQ ....MƏHLƏ EVLƏRİNƏ...
Doğru buyurursunuz, abidələrin mühafizəsi ilə digər dövlət qurumları məşğul olur.