🟣 Şaftalı şirniyyatının ən gözəl, ən dadlı və ən yumşaq resepti.

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • 💕 Xəmiri üçün;
    🔹️ 250 qr kərə yağı(yumşalmış)
    🔹️2 stəkan şəkər tozu
    🔹️3 yumurta
    🔹️ 1stəkan qatıq
    🔹️ yarım ç.q soda
    🔹️ 1 paket vanel
    🔹️1 paket qabartma tozu
    🔹️ 8 stəkan un (az və ya çox gedə bilər)
    💕 İçlik üçün;
    🔹️ Bişmiş qatılaşdırılmış süd
    💕 Üzəri üçün;
    🔹️ sarı və qırmızı qida boyasl
    🔹️ şəkər tozu
    💕 Hazırlanması;
    Yumşalmış yağla şəkər tozunu qarışdırırıq. Üzərinə vaneli və yumurtanı əlavə edib qarışdırmağa davam edirik. Daha sonra qatığın üzərinə sodanı əlavə edib köpürdürük və qarışımın içərisinə əlavə edirik. Ən sonda qabartma tozunu və unu əlavə edib ələ yapışmayan xəmir əldə edirik.
    Xəmirdən 50qramlıq kündələr götürüb forma verib bişməyə qoyuruq. Bişdikdən sonra içərisin qaşıqla ovub bişmiş qatılaşdırılmış süd qoyub birləşdiririk.
    2 ayrı qabda suya sarı və qırmızı qida boyası tökürük və hazır olan şaftalıların 1 tərəfini digər tərəfini qırmızı boyaya batırıb ən sonda şəkər tozuna bulayırıq.
    Bu qədər, hazırlayacaq olan hər kəsə indidən nuş olsun 🤗🌹

Комментарии • 25