LiderXeber.com - Rusiyada inanılmaz zarafat

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Rusiyanın Çelyabinsk şəhərində belə bir gizli çəkiliş həyata keçiriblər.
    LiderXeber.az xarici mətbuata istinadən xəbər verir ki, taksi şirkətlərindən biri öz müştəriləri ilə zarafat edib. Taksiyə və müxtəlif məkanlara gizli kameralar quraşdırılıb. Sərnişinlərə bildirilir ki, yolboyu 3 səyahət növündən birini seçməlisiniz: Romantik, sürətli və macəra. Müxtəlif sərnişinlərdən hərəsi bir variantı seçir.
    - "Romantik" səyahəti seçən xanımı az sonra işıqfor fasiləsində yolun ortasında içki süfrəsinə dəvət edirlər. Qız gördüklərinə inana bilmir. Onları hətta skripka ifası da müşayiət edir)
    - "Sürətli" səyahəti seçən adam özünü bir anlıq ralli yarışlarında hiss edir.
    - Ən dramatik səyahət isə "macəra" variantındadır. Sərnişin gözlənilmədən silahlı hücuma məruz qalır. O, böyük qorxu altında sürücü ilə birgə qaçmağa başlayır.
    Nəhayət sonda düz gəlib çəkiliş qrupunun otağına çıxanda məlum olur ki, bu sadəcə kamera zarafatı imiş.

Комментарии •