"Mən xidmətdən üzərimə nəşi gəlsin deyə təkbaşıma övlad böyütməmişdim..."

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • Hürnisə Kərimova tənha anadır. Tək övladı aprel döyüşlərində şəhid olub. Kərimova tənhalığını ondan sonra daha da dərindən hiss edib. Deyir ki, övladı şəhidlər xiyabanında dəfn edilməyib və ötən illər ərzində də şəhid anası olaraq diqqətə layiq görülməyib. Bütün bunlara baxmayaraq, ananın istəyi övladının ondan sonra da yaşamasıdır. Buna görə də hər hansı bir məktəbə adının verilməsini istəyir. Bildirir ki, yaşadığı Sabunçu rayonu üzrə icra hakimiyyəti başçısı ilə görüşüb, problemlərini dilə gətirmək istəyərkən başçı onu dinləməyib və qəbuldan qovub. Şəhid anası Azərbaycan Respublikası Prezidenti və vitse prezidentindən kömək istəyir.
    © KANAL11 AZERBAİJAN TV - yə məxsus videolar başqa hesaba yükləndikdə şikayət olunacaq.

Комментарии • 2