Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölçüyəgəlməz işlər - “ağıllı şəhər”, “ağıllı kənd”, alternativ enerji layihələri həyata keçirilir. Sözsüz, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək.
Hərkəs bir ağac əksə, diyarımız daha da gözəlləşər. Bağlar, xiyabanlar laləzara çevrilər, əsl istirahət guşəsi olar, küçələr, yollar abadlaşar. Yaxşı olar ki, hər bir müəssisə üçün ağac əkiləcək sahə ayrılsın. Birinci sinfə qədəm qoyan uşaq məktəbin həyətyanı sahəsində bir ağac əksin və təhsilini başa vurana kimi ona qulluq etsin. Ağac əkmək xeyirxahlıqdır. Bu elə bir hisdir ki, hamımızda vardır. Hərə bir ağac əksə, özünə də, torpağa da zinət bəxş etmiş olar.
Məlum olduğu kimi, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bundan əlavə, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölçüyəgəlməz işlər - “ağıllı şəhər”, “ağıllı kənd”, alternativ enerji layihələri həyata keçirilir. Sözsüz, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək.
Hərkəs bir ağac əksə, diyarımız daha da gözəlləşər. Bağlar, xiyabanlar laləzara çevrilər, əsl istirahət guşəsi olar, küçələr, yollar abadlaşar. Yaxşı olar ki, hər bir müəssisə üçün ağac əkiləcək sahə ayrılsın. Birinci sinfə qədəm qoyan uşaq məktəbin həyətyanı sahəsində bir ağac əksin və təhsilini başa vurana kimi ona qulluq etsin.
Ağac əkmək xeyirxahlıqdır.
Bu elə bir hisdir ki, hamımızda vardır.
Hərə bir ağac əksə, özünə də, torpağa da zinət bəxş etmiş olar.
Obaaa yaşıl dünya haqqında hesne bilmirdim Ne maraqlıdı və raharadicidi❤❤❤❤
❤❤❤
Afərin...
Çox sağ olun
ƏLA