Sənaye mühəndisliyi ixtisası (UTECA ixtisasları ilə tanışlıq)

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Sənaye mühəndisliyi ixtisası I qrup üzrə yerləşir. İxtisası uğurla bitirənlər aşağıdakı əsas peşə kompetensiyaları əldə edirlər:
    • riyazi metodlardan və riyazi proqramlaşdırmalardan istifadə etməklə mühəndis məsələlərini həll etmək
    • sənaye müəsisələrində texnoloji prosesləri idarə etmək, sənaye resurslarından qənaətliliklə istifadə etmək və istehsal edilən məhsulların əsas keyfiyyət göstəricilərini yüksəltmək
    • sənaye müəsisələrinin texnoloji avadanlıqlarının iş prinsiplərinə, konstruktiv xüsusiyyətlərinə, istismar xarakteristikalarına əsasən onların texniki qulluğu və təmiri ilə bağlı işləri təşkil etmək
    • İKT-dən istifadə etməklə ALS ilə texnoloji layihələndirməni həyata keçirmək və fəaliyyət nəticələrini proqnozlaşdırmaq
    • kollektivə rəhbərlik bacarığı
    Bu ixtisası bitirən bakalavrlar istənilən hasilat və emal sənayesi müəsisələrində mühəndis, istehsalatların maşın və avadanlıqları üzrə mexanik fəaliyyəti göstərə bilərlər. İxtisasın məzunları istehsalın təşkili və idarə edilməsi biliklərinə yiyələnməklə ilkin emal zavodlarında və digər xalq istehlakı malları istehsal edən müəssisələrdə işləyə, keyfiyyət eksperti, gömrük ekspertizası, əmtəəşünas kimi də iş karyerası qura bilərlər. Elmi-tədqiqat, laborator-yoxlama kimi sahələrdə, eləcə də peşə təhsili məktəblərində müəllim (peşə təlimi və texnologiya fənni üzrə) fəaliyyəti sözügedən ixtisasın iş imkanları sırasındadır.

Комментарии • 6

  • @elamrmuhumayev7356
    @elamrmuhumayev7356 Год назад +1

    tam olaraq menim ixtisasimdir ancaq nolsun hara gedirem deyirler tucrube ve yaxud praktikan varmi onu deyen insanlarda vaxri ile kemdense yada haradansa praktika yada loru dilde desek uçenik kimi oyrenib sonra o is uzre mutexesis olublar meni praktikan kimi goturmeyenden sonra yada oyretmenden sonra menim o isde nece bacariğim olsun sen komeklik elemelisenki men o isde mutexesis olsum . Sozum Azerbaycan masinqayrima terkibinde olan zavadolar ve ona aid olan basqa zavod ve fabrikler siz eger tecrubeli bir mutexesis isteyirsinizse bizlere nelerise oretmeliski biz o isde mutexesis veya muhendis olaq

  • @mayilmovlayev1205
    @mayilmovlayev1205 3 месяца назад

    Salam buranı bitirdikdən sonra iş tapmaq olur?

  • @djfrankyt2567
    @djfrankyt2567 2 года назад +2

    Maaş?