Cəlilabadda maqnit yol

Поделиться
HTML-код
  • Опубликовано: 24 май 2017
  • Cəlilabadda maqnit yol
    Cəlilabad rayonunda bir yol var ki, bu yolda avtomobil işə düşmədən də hərəkət edir. Buna el arasında insanlar maqnit yol deyirlər.
    Cəlilabad-Yardımlı avtomobil yolunun Pərdi kəndindən keçən, təxminən 1 kilometrlik hissəsində avtomobillər mühərriki çalışdırmadan bir istiqamətə, naməlum səbəbdən hərəkət edir. Sürücülərin sözlərinə görə mühərrik söndürülmüş halda, sürət qutusunun isə neytral vəziyyətdə qaldığı zaman, sanki bir qüvvə avtomobilləri bir istiqamətdə, şərqə doğru çəkərək hərəkətə gətirir.
    Belə vəziyyətdə avtomobillərin əyləcindən istifadə olunmazsa sürət getdikcə artaraq 60 km/saat-a çatar. Maraqldır ki, eyni yerdə maşınlar əks istiqamətə yəni qərbə doğru hərəkətdə də çətinliklə üzləşirlər. Hər hansı bir texnika burada lazımı sürəti çox gec yığır. Kənd sakinləri yolun bu hissəsində maqnit sahəsi olduğunu deyirlər.
    Bundan başqa sözügedən ərazidə mobil telefonların istifadəsində də çətinlik yaranır. Sakinlərin sözlərinə görə, mobil cihazlarda şəbəkə maksimum göstərsə də, əksər vaxtlarda burada telefonlara zəng çatmır.

Комментарии • 5

  • @BOLT02820
    @BOLT02820 Год назад +1

    Salam,yalan deyil,o hissede ocaq var

  • @yaqubovsenan
    @yaqubovsenan Год назад

    Maraqlıdır bəs həmin yerdə, yoldan 100m kənarda da həmin vəziyyətdirmi?

  • @arzualiyeva5557
    @arzualiyeva5557 7 лет назад +2

    salamlar.belke hemin hissede "Ocaq" var?

  • @azerbaki4660
    @azerbaki4660 6 лет назад

    Boş deyil

  • @turalismayilov3827
    @turalismayilov3827 6 лет назад

    Bos sobetdir inanmayin