Emin Sabitoğlu - "Özgə ömür" (Vüsal Süleymanov)

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • Salam, videonu izlədiyiniz üçün öncədən təşəkkürlər! Kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın.
    Hörmətlə: Vüsal Süleymanov (Pianoclasss)
    Social Media: Instagram: / vusal.suleymanov_piano...
    Film institut rektorunun ikili həyat yaşamasından bəhs edir. Çəkilişlər Bakıda və Moskvada aparılmışdır.
    Filmin qəhrəmanı Fariz Əmiroviç Rzayev (Aleksandr Kalyagin) institut rektorudur. Yalnız sevgilisii Lilyanın (İrina Kupçenko) yanında olanda özünə rahatlıq tapır. Bir gün elə onun qolları arasında da qəflətən vəfat edir. İkili ömür yaşayan Fariz Əmiroviç əslində insanlar arasında özünü tənha hiss edirdi. Elə bu dünyadan da köçəndə tənha idi… Film insanlar arasında qarşılıqlı münasibətlərin vacibliyindən söhbət açır.
    İnstitutun hörmətli rektoru ictimaiyyətin və ailəsinin bildikləri həyatdan əlavə, gizli məhəbbətlə dolu başqa bir ömür yaşayır…
    İş elə gətirir ki, sevgilisi Farizin (Aleksandr Kalyagin) həyatında ona ən yaxın adam olur. O institut rektorudur. İş yerində həmişə gərginlik, evdə hər şeydən narazı olan həyat yoldaşı, öz dünyalarında yaşayan uşaqları. Bütün bunlar onu çox yorur və əsəbiləşdirirdi. Ürəyində problemləri olan Fariz yalnız sevdiyi qadın olduğu üçün taleyinə minnətdar idi.
    Film rus dilində çəkilmişdir. Azərbaycan dilində dublyaj edilmiş və səsləndirilmişdir. Azərbaycan variantında titrlər azərbaycan dilində və kiril əlifbasındadır. Lakin filmdə dialoqlar rus dilində aparılır. Bunun da səbəbi baş rolun və bir neçə köməkçi rolların ifaçılarının rus aktyorları olmasıdır.
    1987-ci ildə film Moskvada ilin ən yaxşı filmləri siyahısına daxil edilmişdir.
    Əsədovun otağında radioda Xan Şuşinski oxuyur.
    Rasim Ocaqovun "Özgə ömür" filmində qəhrəman geriyə doğru inkişaf etməyə başlayır, ikiləşir. O, özünü cəmiyyətdən qoruyur, qılaflanır. Onun artıq keçmişi yoxdur. Doğulub böyüdüyü məhəllənin küçələri onu tanımır.
    "Ad günü", "Bağlı qapı", "Özgə Ömür", "Park", "Ölsəm… Bağışla", "Həm ziyarət, həm ticarət…" və bir də "İstintaq" filmləri müasirlərimizin əsl obrazını yaratmaqla bizi ətrafımıza diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır.
    80-ci illərdən başlayaraq Azərbaycan kinosunda tənqidi pafos artır, ictimai müdaxilə getdikcə güclənirdi. Biz artıq sovet miflərinin məhvini, illüziyaların tədricən dağılmasının şahidi oluruq. Bunları "Bağlı qapı", "Özgə Ömür", "Şeytan Göz Qabağında", "Təxribat", "Sahilsiz Gecə", "Lətifə" və s. filmlərdə müşahidə edirik.
    Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
    Quruluşçu rejissor: Rasim Ocaqov
    Quruluşçu operator: Kənan Məmmədov
    Quruluşçu rəssam: Rafiz İsmayılov
    Bəstəkar: Emin Sabitoğlu
    Rollarda:
    Aleksandr Kalyagin - Fariz Əmiroviç Rzayev
    Fəxrəddin Manafov - Tahirbəyov
    Muxtar Maniyev - Əfəndiyev
    Mübariz Əlixanoğlu -Dadaşov
    İrina Kupçenko - Lilya
    Liya Axecakova - Roza
    Şükufə Yusupova - İmanova Sofa
    Hacı İsmayılov - Həsənov
    Nuriyyə Əhmədova - Minə
    Hamlet Xanızadə - Əmənulla Sürücü
    Filmi səsləndirənlər:
    Aleksandr Kalyagin - Həsənağa Turabov
    Fəxrəddin Manafov - Fəxrəddin Manafov
    Muxtar Maniyev - Muxtar Maniyev
    Mübariz Əlixanoğlu - Ədalət Məmmədov
    İrina Kupçenko - Nəcibə Hüseynova
    Liya Axecakova - Əminə Yusifqızı
    Şükufə - Şükufə Yusupova
    Hacı İsmayılov - Hacı İsmayılov
    Nuriyyə Əhmədova - Nuriyyə Əhmədova
    Hamlet Xanızadə - Hamlet Xanızadə
    Larisa Xələfova - Həmidə Ömərova
    Emin Sabitoğlu (doğum adı: Emin Sabit oğlu Mahmudov; 2 noyabr 1937, Bakı - 18 noyabr 2000, Bakı) - Azərbaycan bəstəkarı və ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2000). Bir sıra məşhur mahnıların müəllifi, çoxsaylı Azərbaycan filmləri musiqilərinin bəstəkarıdır.
    Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956-1961).
    Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.
    1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər,Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.
    O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.Bəstəkar 2000-ci ildə vəfat etməsinə baxmayaraq,hələ də əsərləri ilə yaddaşlarda qalıb.
    #ÖzgəÖmür

Комментарии • 18