Prostat Böyüməsi və Sidiyə tez-tez getmə Probleminin TƏBİİ ÇARƏSİ

Поделиться
HTML-код
  • Опубликовано: 5 сен 2024
  • #BirBax #Azerbaycan #prostat
    #prostatit #prostal10
    Prostat böyüməsi geniş yayılmış sağlamlıq problemlərindəndir. Hər 2 kişidən 1-ində yaşla əlaqəli olaraq prostat vəzində böyümə başlayır. Buna tibbi dildə “xoşxassəli prostat hiperplaziyası” deyilir. Bəs prostatdakı bu cür böyümə təhlükəlidirmi? Onun prostat xəsrçəngi ilə fərqi nədir? Və prostat böyüməsini təbii yolla müalicə edə bilərikmi? Bəli, bu gün sizə təqdim edəcəyim qidalar prostatınızla bağlı yaşadığınız probemləri unutduracaq.
    Bəzən bu 2 problem eyniləşdirilir. Lakin aralarındakı fərqləri bilmək lazımdır. Xərçəng zamanı normal hüceyrələr, xüsusilə, mitoxondriləriniz xəsarət alırlar. Sonra asta-asta xərçəng hüceyrələrinə çevrilirlər. Prostat xərçəngi zamanı bu hüceyrələr orqanizmə yayılır, hətta insanı öldürə bilirlər. “Xoşxassəli prostat hiperplaziyası”nda isə böyümüş hüceyrələr orqanizmə yayılmır, xərçəngə çevrilmir, ölümcül deyil. Yəni qorxmağa dəyməz.
    Prostat xərçənginin əlamətləri bunlardır:
    -sidikdə qan müşahidə olunur;
    -sperma ilə birgə qan müşahidə olunur;
    -sidiyə getmə ağrılı olur;
    -ereksiya olmaq çətinləşir;
    -boşalma zamanı ağrılar olur;
    Bu simptomlar xoşxassəli prostat böyüməsindən çox fərqlidir. Xoşxassəli böyümə sadəcə sidik yollarına təsir edir. Məsələn; gecələr sidiyə getmək üçün yuxudan oyanırsınız. Tualetə gedirsiniz, amma sidiyə çıxa bilmirsiniz. Bütün gecəni sidiyə getmə ehtiyacı hiss edirsiniz. Bir sözlə, “xoşxassəli prostat hiperplaziyası” zamanı sidiyə getmədə müxtəlif problemlər yaşaya bilirsiniz. Çünki prostat vəzi sidik kisəsindən cinsi orqanınıza gedən sidik kanalının ətrafında yerləşir. Prostat böyüdükcə sidik kanalını sıxır, beləcə, sidik kisəsindən çıxmalı olan maye sidik kanalı ilə lazım olduğu qədər axa bilmir.
    İdeal prostat vəzinin ölçüsü qoz boydadır. Lakin sonradan böyüyür, müxtəlif formalara düşür. Prostat xərçəngində ən önəmli problem bitki qaynaqlı estrogenin orqana vurduğu zərərdir. Göyərtilərdəki və tərəvəzdəki bəzi birləşmələr estrogeni təqlid edirlər. Bunlar “bitki mənşəli estrogenlər” adlanır. Estrogen dominantlığının kişilərdə prostat xərçənginə, qadınlarda döş xərçənginə səbəb olduğu artıq məlumdur. Əkinçilikdə istifadə olunan kimyəvi dərmanlar, həşərat əleyhinə dərmanlar, bitkilərə vurulan dərmanlar, göbələk əleyhinə vasitələr və ağır metallar kimi ətraf mühit amilləri də estrogeni təqlid edə bilirlər. Həmçinin, onlar endokrin sistemin işini pozan faktor kimi də çıxış edirlər.
    Ümumiyyətlə, estrogen haqqında bəzi şeyləri bilməlisiniz. Bu bilgilərlə prostat böyüməsinin qarşını almaq olar. Yaxud prostat xərçəngi varsa, ilkin mərhələdədirsə, inkişafına mane olmaq mümkündür. III, IV və daha sonrakı mərhələdədirsə, bəzi şeyləri eləmək ehtiyat tələb edir. Çünki bəzi məqamlarda bitki mənşəli estrogenlər vəziyyəti daha da ağırlaşdırır.
    Videomuzun əvvəlində prostat böyüməsindən danışacağımı demişdim. Düşünürəm, bu qədər məlumatdan sonra mövzumuza qayıda bilərik. “Xoşxassəli prostat hiperplaziyası”nın əmələ gəlməsinə dair 2 əsas nəzəriyyə mövcuddur:
    Kişi yaşlandıqca testosteron səviyyəsi aşağı düşür. Bilirik ki, kişilər də, qadınlar da həm testosterona, həm də estrogenə sahibdirlər. Yəni testosteronun azalması ilə həmahəng estrogenin artması təbiidir. Nəticədə, estrogen dominantlığının yaranması labüddür. Yəni “xoşxassəli prostat hiperplaziyası”nın əmələ gəlməsində qocalma faktorlarının önəmi böyükdür.
    -estrogen dominantlığı prostat böyüməsinə gətirib çıxarır;
    -estrogen dominantlığı hipofiz vəzinin daha çox prolaktin hormonu istehsal etməsinə səbəb olur. Nəticədə, prostat vəzi böyüyür;
    Qocaldıqca insanın çəkisi də artır. Kilolar artdıqca paralel olaraq orqanizmdə yağ depolanır. Yağ miqdarının çoxluğu estrogenin də səviyyəsini yüksəldir. Testosteronu estrogenə çevirən xüsusi bir ifrazat vardır. Aromataz adlı bu ifrazat həm kişilərdə, həm də qadınlarda mövcuddur. Əgər qaraciyərdə azacıq da olsa, xəsarət varsa, qaraciyəriniz daha çox estrogen istehsal edir. Məsələn:
    -qaraciyəriniz iltihablanma ilə üz-üzədirsə;
    -qaraciyərdə yağlanma varsa;
    -sirroz və ya xəsarətli toxumalar mövcuddursa;
    Bu estrogen növləri orqanizmin fərqli bölgələrində kiçik reseptorlara bağlanırlar. Prostatın böyüməsinə səbəb olan estrogen yalnız E2-dir. Bitki mənşəli estrogenlər E1-in səviyyəsini artırır. Buna görə də, deyə bilərəm ki, bitki mənşəli estrogen prostat böyüməsinin əsl səbəbləri sırasına daxil olmur. Onlar “dolayı səbəblər” siyahısındadırlar. Bitki mənşəli estrogenlərin ən gözəl xüsusiyyəti odur ki, E2 reseptorlarına daxil olmağa, onu orada “həbs etməyə” çalışırlar. Əgər bacarsalar, orqanizmdə estrogen səviyyəsi aşağı düşməyə başlayır. Dolayısı ilə, prostat böyüməsi baş vermir.
  • НаукаНаука

Комментарии • 64