Ədəbiyyat "6" Mirvarid Dilbazi "MÜƏLLİMİM"

Поделиться
HTML-код
  • Опубликовано: 12 сен 2018
  • MÜƏLLİMİM
    O elə şəfqətli, elə gözəldi,
    Yox idi gözümdə heç bərabəri.
    O, bir arzu idi, xoş bir əməldi,
    Yaşayır könlümdə illərdən bəri...
    Necə məlahətli, qəşəngdi səsi
    Axan saf suların təranəsitək;
    Necə də istiydi doğma nəfəsi,
    Necə də böyükdü köksündə ürək!
    Qarlı qış axşamı soyuq küləklər
    Körpə ürəklərə gətirəndə qəm,
    Onun bir sözüylə açar çiçəklər,
    Nura qərq olardı elə bil aləm!
    Min nəğmə gələrdi qulağımıza
    Daim çiçəklənən könül bağından.
    Elə bil çıxırdıq təzə bir yaza
    Soyuq, cansıxıcı qış otağından.
    O bizim şəfqətlə sığallayanda
    Hərdən başımızı bir ana kimi
    Onun ətrafında biz də bu anda
    Olardıq nur görmüş pərvanə kimi.
    Heyif ki, əl çatmaz o gözəl günə,
    Aradan keçmişdir neçə qış, bahar!
    Ancaq saçlarımın üstündə yenə
    Sanki o əllərin hərarəti var.
    Ah, ey uşaqlığın gözəl günləri,
    Əziz müəlliməm, hardasınız siz?
    O məktəb illərim dönsəydi geri,
    Önündə hörmətlə indi çöküb diz -
    Deyərdim: - Bu şeirim, sənətim üçün
    Həmişə, həmişə borcluyam sənə.
    Şərəflə keçirib ömrünü bütün,
    Nəsillər böyütdün doğma vətənə.
    Sözü inci kimi düzdün dilimə,
    Öyrətdin düşünüb cümlə qurmağı.
    Qələmi bir dayaq edib əlimə,
    Çox usta çıxartdın uca bir dağı.
    Coşqun bir çay kimi, bir bulaq kimi
    Sən həyat eşqilə coşdun, çağladın,
    Mümkün olsa idi açmaq qəlbimi
    Görərdin orada həkk olub adın.
    Sən uşaq könlümün eşqi, ilqarı,
    Andıydın, ustadım, dostum, yoldaşım!
    Bununçün bu adı daşıyanların
    Önündə hörmətlə əyilir başım.
    Mirvarid Dilbazi

Комментарии • 15

  • @sadiqkerim3588
    @sadiqkerim3588 4 года назад +22

    Müəllim baş tacıdı keşke onunla hemişe qalam😔

  • @aidasadixova4715
    @aidasadixova4715 3 года назад +11

    👍🏻 çox gözəl səsləndirilib

  • @slimehraliyeva4896
    @slimehraliyeva4896 4 года назад +15

    Təşəkkür edirik ❤😘🤗

  • @sesliderslik
    @sesliderslik  Год назад +4

    Səhifəmizə abunə olmağı və şagird yoldaşlarınızla paylaşmağı unutmayın!

  • @naaberams
    @naaberams 2 года назад +4

    Allah rahmet eylesin mekanı cennet olsun

  • @mhmmdzeynalov4490
    @mhmmdzeynalov4490 4 года назад +10

    Bu seiri kim seslendirib

  • @XadicaHusaynly
    @XadicaHusaynly Год назад +5

    Arxa fon musiqisini nece tapa bilerem

  • @user-sg2mx6tx7h
    @user-sg2mx6tx7h 9 месяцев назад

    Çox sağ olun müəllimə Allah razı olsun ❤❤💖💖💖💗💗♥️♥️♥️♥️♥️💙💙❤️❤️💙❤️💔❤😍🤩

  • @Aylin_world
    @Aylin_world 4 года назад +12

    Men bunu mp3formatinda vr ya ses yazisi kimi nece yukleye bilerem?

  • @tovuztovuzlu1796
    @tovuztovuzlu1796 2 года назад +4

    Mənə bu şeir verilib son zəngə

  • @mobiworld897
    @mobiworld897 3 года назад +6

    Men ibtidadi muellimimi gorsem bunu ona ferehle danisaram

  • @dml314
    @dml314 Год назад +1

    Hbbb