Yekdarda bir gün - Burada qışda da iş var, yayda da - APA TV

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • #APATV #quba #Rustov #kəndhəyatı #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
    Yekdarda bir gün - Burada qışda da iş var, yayda da - APA TV
    Qubanın Rustov kəndinin Yekdar yaşayış məntəqəsi rayon mərkəzindən 30 km aralıda yerləşir. Dağlarla, meşələrlə əhatə olunan bu kənd füsunkar təbiəti və zəhmətkeş insanları ilə tanınır. 24 evdən ibarət yaşayış məntəqəsinin sakinləri əsasən tərəvəzçilik, əkinçilik və heyvandarlıqla ilə məşğul olurlar.
    Qonağı olduğumuz Rüstəmovlar ailəsi bildirir ki, kənddə iş heç vaxt bitmir. İlin bütün fəsillərində zəhmət çəkməsən kənddə yaşamaq olmur.
    Yayda əkin biçin işləri çox olsa da, qışda əsasən kənd sakinlərinin günü mal-qaraya qulluq etməklə və digər təsərrüfat işlərini görməklə keçir.
    Səhər-günorta və axşam mal-qaranın qarşısına ot qoyulur. Bu ot isə, elə kənd ətrafındakı biçənəklərdən toplanır.
    Kənd sakinləri söhbətimiz əsnasında iqlim dəyişikliyindən və onun ağır nəticələrindən gileylənirlər. Sakinlər deyir ki, ötən ilin bu günlərində dizə qədər qar yerlərdə indi mənzərə fərqlidir.
    Çəkiliş apardığımız zaman həyətdəki it narahat olur, hürməyə başlayır. Bu zaman həyətə çağırılmamış qonağın gəldiyini görürük. Rüstəmovlar bildirir ki, həyətə gələn bu it illər öncə onların iti olub, onu böyüdüblər, daha sonra başqa adama veriblər. Uzun zamandan sonra vəfalı heyvan yenidən öz köhnə sahibinin yanına qayıdıb.
    Vəfalı dostla məşğul olmağa çox vaxt yoxdur. Çünki, hələ odunları doğramaq lazımdır ki, evdə soba daha gur yansın. Yekdarda sakinlər yanacaq kimi odundan istifadə edirlər.
    Yekdar yaşayış məntəqəsindəki qış günlərinin birində görülən işlərin bir qismini lentə ala bildik. Elə sakinlərin dediyi kimi: kənddə iş heç vaxt bitmir...
    Cəfər Talıb, APA TV, Quba.
    ✅ Rəsmi saytımız: apa.tv
    ✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
    ✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
    ✅ Rəsmi X səhifəmiz: / apatvofficial
    ✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
    ✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
    Copyright © APA TV
    Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
    REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Комментарии • 20