Şair Elvin Ramizoğlu-"AYRILMAĞA BİR BƏHANƏ FİKİRLƏŞ"...

Поделиться
HTML-код
  • Опубликовано: 21 сен 2024
  • Söz -Elvin RAMİZOĞLU
    Qiraət- Elvin RAMİZOĞLU
    Ayrılmağa bir bəhanə fikirləş...
    Ayrılmağa bir bəhanə fikirləş,
    İşsizliyi, pulsuzluğu demisən.
    Evinizdə karantindi, görüşə
    Gələmmirsən, yolsuzluğu demisən.
    Ağ olmursan sən hicranın üzünə,
    Bəxtimizi ağ kəfənə bükürsən.
    Sənə olan ümidimi bəs nədən?
    Diri-diri, sağ kəfənə bükürsən.
    Bu ölkənin yoxdur qanun-qaydası?
    Ürəyimi alıb-satan azaddı.
    Sən sevməyi öyrədəsən birinə,
    Özgəsini sevə, zalım həyatdı.
    Telefondan şəkillərimi təmizlə,
    Ürəyindən siləmmirsən, nə gözəl.
    Sənöllərə, yalanlara inandım.
    Daha mənsiz öləmmirsən, nə gözəl.

Комментарии • 8