Xocalının Ballıca kəndinə ilk köçdə 27 ailə evlə təmin edilib

Поделиться
HTML-код
  • Опубликовано: 7 фев 2025
  • Xocalı rayonunun Ballıca kəndinə ilk köç karvanı yola salınıb
    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Xocalı rayonunun yenidən qurulan Ballıca kəndi də öz daimi sakinlərini qəbul etməyə hazırdır.
    Ballıcaya ilk köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə kəndə 27 ailə - 152 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
    Xatırladaq ki, Ballıca kəndinə köçürülən 27 ailə arasında vahid aylıq müavinətlə bağlı maarifləndirmə tədbiri keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı haqqında hazırlanmış videoçarx məcburi köçkünlər üçün nümayiş etdirilib. Qeyd edilən video çarx, mediada mütəmadi olaraq yayımlanır.
    #sonxeberler #tecilixeberler #sonxeberler #yenievler #mənzillər #kochen

Комментарии • 22

  • @amilhuseynov2842
    @amilhuseynov2842 Месяц назад +1

    Yaşasn. İıham❤❤❤❤

  • @ЭйвазМамедов-з3р
    @ЭйвазМамедов-з3р Месяц назад +3

    Halal olsun ilham eliyev esil babekdi

  • @ГалибАмиров
    @ГалибАмиров Месяц назад

    Ханкенди Азербайджан Турк торпахыдыр ❤❤❤

  • @ЭйвазМамедов-з3р
    @ЭйвазМамедов-з3р Месяц назад +1

    Allah xoshbext elesin

  • @ЭйвазМамедов-з3р
    @ЭйвазМамедов-з3р Месяц назад +1

    Men Rusiyada bele shey gormedim

  • @ЭйвазМамедов-з3р
    @ЭйвазМамедов-з3р Месяц назад +2

    Bundan yaxshi ne ola bilet

  • @РашидШукуров-у8ц
    @РашидШукуров-у8ц Месяц назад

    Гарабах ета Азербайджан 🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿💓💓💓💓💓💓💓💪💪💪

  • @user-wc8ec6ng7e
    @user-wc8ec6ng7e Месяц назад

    Allah o topraqlar ugrunda qaninan canina kecen butun wehidlermize rehmet elesin qebirleri nurla dolsun saglamliqini itiren qazilermize uzun omur versin haqinizi hallal edin wehidlerimiz qazilerimiz

    • @TalehSukurov-s1s
      @TalehSukurov-s1s 6 дней назад

      O şəhidlər canlarınan keçdilər onlar kasıbların övladlarıydı dünən gedib baxmışam orada köçüb yaşayan sürünəcək qadağalar çoxdu keflə yaşayacax imkanlı və polislər vəsalam

  • @gsvdgdhdhsvdgd2184
    @gsvdgdhdhsvdgd2184 Месяц назад +1

    Üzlerinde heç sevinc yoxdu bunlarin

  • @mamedmamedov9988
    @mamedmamedov9988 Месяц назад +4

    Uğurlar. Əkin tökün. Zəbt etdiyiniz evləri könül xoşluğu ilə sahiblərinə qaytarın

  • @srdarsettarov6114
    @srdarsettarov6114 Месяц назад +1

    Səni yaşadan Allahdı ay yazıx

  • @nureddinzulfuqarov8219
    @nureddinzulfuqarov8219 Месяц назад +1

    Beli bürün evler gözel şeraitle techiz olunub ama kaşki işde vererdiler ac qalmazdi

    • @missQaRaCa
      @missQaRaCa Месяц назад

      Üsdü bezek altı tezek

  • @nureddinzulfuqarov8219
    @nureddinzulfuqarov8219 Месяц назад +1

    Bes evleron kupçalarin kim verecek

  • @YusifDavud
    @YusifDavud Месяц назад

    Gözəl villalardır,yaşayın,əkin,biçin,mal qara saxlayın,dolanın.Xeyirli olsun.

    • @AyselƏliyeva-v7l
      @AyselƏliyeva-v7l Месяц назад

      Üsdü bəzək altı təzək nə bilirsən gözəl villadı

    • @YusifDavud
      @YusifDavud Месяц назад

      @AyselƏliyeva-v7l Bəs sən nə bilirsən altı təzəkdir?

    • @AyselƏliyeva-v7l
      @AyselƏliyeva-v7l Месяц назад

      @@YusifDavud qohumlarımız ordadı

    • @YusifDavud
      @YusifDavud Месяц назад

      @@AyselƏliyeva-v7l Vətəndən evin əyər əksiyinə görə imtina etməzlər,könlü istəyənə balaca daxma da villa kimi görünər.

  • @nureddinzulfuqarov8219
    @nureddinzulfuqarov8219 Месяц назад

    Millet acindan ölür oraıarda men getdim gptdüm heç kim iş tapa bilmir .sagolsun dövletimiz gözel evlerle temin edib ama millet acindan ölür işsizlikdir