ATƏŞ ALTINDA YAŞAYANLAR OBYEKTİV TV-DƏ

Поделиться
HTML-код
  • Опубликовано: 15 окт 2024
  • İyunun 5-də Azərbaycanda hər kəsi sarsıdan bir xəbər yayıldı: Qazax rayonunda 5 əsgərimiz şəhid olub. Ermənistanın diversiya qrupunun mövqelərimizə növbəti hücumunun qarşısı alınıb, ermənilər ağır itki verərək qaçmağa məcbur olublar. RATİ əməkdaşı İdrak Abbasov cəbhə xəttində baş verənləri və burada yaşayan insanların vəziyyətini yerində araşdırmağa cəhd edib.
    Əsgərlərimizin şəhid olduğu Quşçu Ayrım kəndinin yuxarısındakı Qəlyan başlıq və Para yüksəkliklərindəki erməni mövqeləri ilə yaşayış evlərin arasında 300-400 metr məsafə var. Yerli əhali isə ermənilərdən qorxmur. Kənd təsərrüfatı işləri ilə məşğuldurlar, mal qara saxlayırlar. Amma problemləri də az deyil. Məzəm kəndindən 350 ailənin yaşadığı Quşçu Ayrım kəndinə qalxan yola yol demək mümkün deyil. İnsanları isə yolların yararsız olmasından çox milyonlarla gəliri olan ölkənin müharibə və atəşkəs dövrünün atışmaları nəticəsində yararsız hala düşmüş evlərinin damının dəyişdirilməsi və təmiri üçün yardım maraqlandırır. Sözsüz ki, tez-tez atəşkəsin pozulması və 18-19 yaşlı, xüsusilə kasıb balalarının həlak olması barədə ürək ağrısı ilə danışırlar.
    Sakinlərin dediyinə görə son hadisədə ermənilərin diversiya-kəşfiyyat qrupu posta daxil olub və qazmaya qumbara ataraq 5 əsgərimizi şəhid edib, ikisini isə yaralayıb. Bu hadisədən bir gün əvvəl isə Tovuz istiqamətində ermənilərin diversiyasının qarşısı alınmış, 3 yaraqlı öldürülmüş, 6-sı isə yaralanmışdı.
    Buna baxmayaraq səngiməyən atəş səsləri və ölümün gözlə-qaş arasında olduğu bu ərazidə həyat davam edir. Quşçu Ayrım kəndinin sakini Nuru Hacıyevin evinin damı ermənilərin açdığı atəş nəticəsində sıradan çıxıb.
    Qazaxlılar hakimiyyətin yuxarı eşalonlarında təmsil olunan şəxsləri erməni nişangahında olan bu cənnət məkana dəvət edirlər. Onlar vətənpərvərliyin yalnız gözəl kabinetlərdə oturub ütülənmiş bəyanatlarla yetərlənməsini istəmirlər.

Комментарии • 3