8 Marş duruş sərgiləyirik: Gülnara Mehdiyeva saxlanıldı

Поделиться
HTML-код
  • Опубликовано: 10 сен 2024
  • Ötən 8 mart tarixindən bu günə qədər ölkəmizdə qadınların mərkəzi mövqe tutduğu bir sıra hadisələr baş verib. Biz patriarxal təzyiqlərə, zorakılıqlara, təqiblərə, maneələrə rəğmən hələ də var olmağa və mübarizəmizə davam etmişik!
    Builki 8 mart protestimiz varlığıyla patriarxal sistemə meydan oxuyan hər kəsin əməyini dəyərləndirmək və repressiyalara duruş sərgilədiyimizi bəyan etmək məqsədi daşıyır. Biz evdə, məktəbdə, iş yerlərində, küçədə, nəqliyyatda, kiberməkanda - bir sözlə, qadınların və kuirlərin olduğu hər yerdə bacılıq və dostluğumuzla, bir-birimizə həmrəylik və dəstəyimizlə uzun bir keçmişə dayanan mübarizə tariximizi miras alaraq iyerarxiyaya, bərabərsizliyə, ayrı-seçkiliyə, zorakılığa, homofobiyaya, transfobiyaya, şüşə tavanlara və patriarxatın dayadığı hər şeyə DURUŞ SƏRGİLƏYİRİK.
    Bu bəyanımız 8 mart 2024 tarixində Xurşudbanu Natəvan heykəlinin qarşısında da davam edəcəkdir. Biz birlikdə toplaşacağıq və rifahımızın təmin edilməsini tələb edən bəyanatlarla çıxış edəcəyik. Bu çıxışımız ənənəvi olaraq kollektiv şüarlarla, mübarizəmizi əks etdirən plakat və simvolikalarla müşayiət olunacaqdır. Piket yekun şüarlarla sona yetəcəkdir.
    Bu il bizim əsas simvolikalarımızdan biri qırmızı dodaq boyasıdır. Arzu edənlər dodaq boyasını özləri ilə gətirə bilər.

Комментарии • 2