İlk Azərbaycan filmidi ki kinoteatrda baxmışdım. Birinci və ikinci pərdəyə baxandan sonra baxmaq qərarına gəlmişdim. Peşman da deyiləm. Sonra dedilər Emil Quliyev film sahəsindən uzaqlaşıb. Azərbaycan kinosundan yenidən ümidimi üzdüm. Amma bu paylaşımdan sonra bir daha həvəsləndim. Xülasə, Emil bəy, Azərbaycan filminin sizə ehtiyyacı var. Xahiş edirik bizi filmsiz qoymayın)
Bu film pulun insanlar, insanlıq, mənlik, sədaqət, və şərəf üzərində olan gücünün gostəricisidir. Belə möhtəşəm iş ərsəyə gətirdiyiniz üçün sizə təşəkkür edirəm Emil bəy.
Eynilə, cəmiyyətin iç üzü. Şeytan rolunda olan, yaxşı hümanist oglanlar, sakit, heç kimin isinə qarışmayanlar. Bir də ki, heç nədən aradan gedənlər. Eynən bir cənub məhəlləsinin ic üzü. Uğurlar! Əla.
Filimdə ən sevdiyim məqam ağsaqqallar oğullarını təhqir etsə belə , oğlanlar atalarının üzünə qayıtmamağıdır. Qorqud və Emin burada yüksək əxlaq örnəyini təbliğ edirlər.
Случайно узнала об этой трилогии. Посмотрела все три фильма. Они очень непростые, серьезные, но без назидательности, плакатности, без указания легкого пути... Про необходимость делать выбор в жизни - не на бумаге, не словами, а поступками. Выбор между добром и злом, в том виде, в каком они являются человеку, борются в нем и за него... Вечная тема. Сильное кино. Другое кино. Достойно абсолютно любого экрана. И актеры играют без фальши. Режиссера поздравляю, и с уважением к нему.
Buna kinoteatrda baxmishdim) cox gec paylasildi niyese .Yenede ela bir film. amma perde 2- ye hec biru chata bilmez) Emil Quliyev sizden daha cox filmler gozleyirik mutleg.
Зашла, думала, начну смотреть, а продолжк утром. Не могла оторваться. Сильно. Честно. Тяжело. Больно... Почему да так... Почему люди дошли до такого. Всем, кто работал над фильмом - респект. Сколько любви и боли к своим людям и проблемам общества, сколько желания достучаться, изменить что-то. Спасибо вам. Актеры играют невероятно.
Film o qədər dəyərlidir ki film bitəndə sonda filmin ərsəyə gəlməsində əməyi olan insanları oxumayıb keçdiyimiz hissəni belə izlədir... (Təşəkkürlər Emil Quliyev, Orxan Zeynallı və filmdə əməyi keçən hər kəs ❤️)
Emil bəy Oskar, Grammy, dünyada hansı mükafat varsa hamisina layiqsiz!!! 3 hissəni birdən baxdım. Çox təsirlidir. Əfsuslar olsun ki, bu dünya belədir... Düzələn zibil deyil
Ən xoşuma gələn Pərdə. Həyatın həqiqəti budur "pula satanlar və satılanlar".... Uğurlar diləyirəm sizə. Növbəti filminizi görmək ümidilə. P. S. Elə bilirdim bizdə aktyor qalmayıb. Maşallah uşaqlar çox gözəl rol oynayıblar
Çox dərin və real! Orxandan soundtrack isə subtitrləri sona qədər oxumağa vadar etdi! Emil, Orxan və bütün film heyətinə Kanadanan Sevgilər və Salamlar.
Məktəb vaxtı qartopu oynadığımız o stadion.Usaqligimizdan,məktəbli vaxtlarımızdan bizə qalan xatirələr.Film çox dərin mənali,çox gözəl.Eyni əvvəlkilər kimi.
Yaradıcı heyəti, Rejissoru ürəkdən təbrik edirəm Atallar və oğullar mövsunda maraqlı yanaşma. Fərqli aktyor ansamblı (Nofəl və Əzizə respekt! ) Təbii ki cəmiyyətin dərin böhranı.
Каждая часть это реальная история людей.Атмосфера как всегда на высоте!!! Это эталлон Азербайджанского фильма.Браво Команде Режиссера!!! Я остался очень доволен,жду 4 части
Sizin müsahibənizi dinlədim sonra bu filmə baxmağa qərar verdim .1 və 2 pərdəyə baxmişdım.Bu mənim daha çox xoşuma gəldi.Onlar bunun yanında hecnədir.super.Xoşuma gəldi.Uğurlar.
Эмиль благодарю Вас за ваши 3 фильма! Браво!!! Вы показали пороки нашего общества: Ложь, лицемерие, измены, предательство. Пусть будет больше таких фильмов! Согласна с вашими словами, а зачем начинать свою семейную жизнь с измены? Вся жизнь вранье? Лицемерие? Удачи Вам в ваших новых начинаниях!!!
1. 2. pərdələrə baxanda da çox tanış idi dialoqlar, rollar, sonra öyrənəndə ki rejissor da bu zonada yetişib, dedim burdan uzaq olan çətin ki bu dərəcədə detaylı içdən film çəkə bilər. Hər zonada minuslar var sözsüz, amma Sabunçu mənə görə 1 bataqlıqdır və insanın yetişməsində bioloji faktordan sonra sosial mühit əsas məsələdi, belə sosial mühiti görmək dəhşətdir. Təhsilsiz, savadsız işsiz olmaq olar, amma insanlıq vicdan mənəviyyat etika mütləqdir. Bir də ki karantindən öncə çəkilsə də sonra baş verənlər canlanıb bir az, bu zona da karantin düşdükdə yumurta çörək oğurluğu başladı, pis vərdişlərsə əvvəldən vardı və daha da artdı. Tanrı aclıqla deyil acgözlüklə sınamasın... Rejissor və bütün zəhməti keçənlərə təşəkkürlər🌹
Лично мне нравится, особенно то, что он продолжает лучшие традиции Азербайджанского киноискусства, в частности, традиции Р.Ибрагимбекова ... «В этом южном городе» ... Очень жизненно, колоритно и глубоко индивидуально !!!
O stadionu biz seliqeye saldiq.varotani duzeltdik.bayramin butqasindan top alib oynayirdiq.heqiqeten super vaxtlar idi.herden ortan kecirem stadiona baxiram ureyim agrayir
Все было настолько гармонично и прекрасно,что кроме этого комментария слов не нахожу,как бы описать тот осадок,оставшийся в закромках души после этого произведения кинемотографии.Это было восхитительно.Удачи вам в ваших дальнейших проектах.
Mən digər iki filmə də baxmışam. "Üçüncü pərdə"yə də baxdım. Doğrusu film gözlədiyimdən zəif alınıb. Burada tipik olmayan münasibətlərin "pərdə" metaforası ilə çəkilən filmə konu edilməsi bir o qədər uğurlu alınmayıb. Aktyor işi eladır. Ssenari isə çox zəifdir. Filmin kadr rəngi və fokuslama superdir. Burada rejisorun ustalığı daha çox filmin formal tərəflərində özünü göstərir. Bütün bunlara baxmayaraq filmi ünsiyyətin, jestlərin təbiiliyi baxımından uğurlu iş hesab etmək olar! Bütün yaradıcı heyətə uğurlar arzulayıram!
Hele aylar önce izlemishdim "Sonuncu Perde"ni. Ferqli ssenari, yüksek aktyorluq numayishleri ve mükemmel rejissor ishi ile böyük alqisha layiqdir bu film. Eziyyetiniz yerde qalmayib, ushaqlar! Ugurlariniz davamli olsun! Удачи и море успехов, Эмиль! 🖤
1:16 kim kimi bağışlasın hər kəsin günahın var,günahlar şəhərin hərkəsin Allahı pənahı var,səndə böyük günahkar məndə böyek günahkar ümumi baxsan görərsən bəndə böyük günahkar..İlahi ədaləti görürük yaşadığca,kimi peşman olduğca kimi kama çatdığca..
İnsanin ac qalmaq qorxusu və susmağı bəzən onu əqidəsindən, bəzən, doqru bildiyi yoldan bəzən də ədalətlı olmaqdan ,durust olmaqdan ali qoyur. Və yaaa kiminsə, ac qalmagi və susmağı kiminsə komfortlu və şahşahali həyat yaşamasına bais olur.
Azərbaycan mənşəli təzə filmlərə baxmırdım xüsusən seriallar . Ancaq bu filmləri götəndən sonra baxıram . Əqrəb serialını 2 günə baxdım və ardından Pərdə lər çox yaxşı alınıb . Hətta deyərdim ki , Pərdələr Əqrəb Mövsümündən daha yaxşı real çəkilişdir. Əhsən
на одном дыхании посмотрела все 3 фильма . сумасшедшие эмоции , оголенный стыд за происходящее , за то , что мы смеем называться " человеками " трижды браво каждому из участников этого невероятного проекта .
Kinoteatra gedib bu kinoya həzz alaraq baxdım. Amma təkrar baxmaqa şərait yaraddıqınız üçün təşəkkür edirəm. Bu film youtube-da mütləq olmalıydı. Emil bəy, yeni işlərlə sevindirin bizi. Aclıqdı....
Mehman uğurların bol olsun. Emilbəy 20 Martda getdim kinoteatra "Pərdəarxası" filminizi izlədim çox bomba kino idi. Davam edin sizə və sizin kimi insanlara kinomuzun ehtiyyacı var. Aktyorlarada təşəkkürlər!!!
Не воздержусь тоже от комментариев по поводу данного фильма и всех других фильмов из серии "Perde". Это поистине сильные картины, которые отражают актуальные проблемы, неприглядную изнанку нашего общества, после просмотра которых невозможно остаться равнодушным ни к тому, что в них происходит, ни к персонажам. Как по мне, это фильмы мирового уровня. Горд за такой азербайджанский кинематограф.
Emil Quliyevin filmlərini çox bəyənirəm. Amma hər filmini izlədikdən sonra çox pis oluram. Çünki bilirəm ki, bu filmlər bugünkü reallığı göstərir. Çox təəssüf ki, bu belədir
SUPER ALINIB SURƏNİ SƏHV OXUMAĞI ÜMUMİYYƏTCƏ OXUYA BİLMƏMƏYİ DÜZGÜN DEYİL. BU DÖVÜR ÜÇÜN ÇƏKİLİBSƏ BU KİNO BU DÖVÜRDƏ QURANI MÜKƏMMƏL QİRAƏTLƏ OXUYAN İLAHİYATÇILARIMIZ ÇOXDUR
Filmin sonunda ozunuzu coninin yerine qoyun ... Ve filmin məgzini budur... Neceki 2ci perde filmindeki sonluq kimi... Allah butun valideyinlere can sagligi versin...vaxtinda Valideyinlerimizin qedrin bilek...onlari sevincli gormek milyonlara beraberdi... Ela film davami gelsin insallah👏her 3 filim ucun təşəkkür 👏👏👏
O cür atanı öldürmək? Çox təsirli səhnə idi, gözlərdəki qorxu və vahiməni hiss etdim. Fərsiz övlad, vicdanlı ata, aranı qarışdıran İblis.... Bu filmdə hər bir obraz çox yadda qalan alınıb, ata mərsiyəsi də....
Pərdə , İkinci pərdə kinoteatrda baxa bilməsəmdə , bu filmə kinoteatrda baxdım nə yaxşıki 👍🏻... Emil bəy sizin filmlərinizi gözləyirik . Siz bu işi bacarırsınız . Davam edin . Uğurlar sizə .
Ne yaxsi ki, Azerbaycan kinematoqrafi olmeyib, yasarir.Bu cur menali filmler sayesinde.Kinolenti erseye getiren butun ekibe TESEKKURLER ! Ugurunuz davamli olsun !
спасибо за фильм. Не смогла посмотреть без слез. супер фильм,как и остальные 2. О навшей жизни,о лоюдях,об их нравах. Очень понравилось переклик с теми фильмами- Ибиш пришел на йас. Спасибо за фильм всем авторам ! будем ждать новых классных работ от вас ! Удачи,и спасибо!!!! ✌
Pərdə filmlərindən ən möhtəşəmi bu idi ancaq bir yerində boşluqlar var. Ortada 2 ölüm 1 yaralı işi varsa polis bu məsələni bu qədər müddət boş buraxa bilməzdi. Johnny adi bir insan kimi başa düşür ki, 3 nəfəri vuran qatili görməmək mümkün deyil. Yaralı deyir arxadan vuruldğu üçün qatili görə bilmədim ancaq ekspert baxan kimi müəyyən edə bilərdi ki güllə arxadan yox öndən girib. Nərimanla olan münqaişələrini öyrənib 1 gün içində qatili tapa bilərdilər. Hər şey bir yana, oğru heç vaxt mağazanı yarmaq üçün tüfəng ilə 3 nəfər öldürmür. Hələ bu böyük supermarket də deyil, kiçik bir məhəllə dükanıdır. Deyək ki, lap öldürdü bəs dükanı niyə soymayıb? Deməli oğru işi deyil şəxsi münaqişə var
@@gunduzosmanli1685 üç nəfəri vurub ikisini öldürmək qırmızı kitaba düşən quş ovlamaqdı ki, polisə pul versin ki, siz qıraqda durun, polis də desin xoş getdin? Adam heç milyonçu da deyil, qəbiristanlıqda yer satan kiçik bir ticarətcidi. lap deyək pul verib, cinayət işini bağlamaq üçün yerinə kimsə gedib yatmalıdı ya yox? Yazanda elə şey yaz ki, adamı güldürmə də ey dahi
Dünən premyera anonsunu görəndə yenidən Pərdə 1və2yə baxdım yenidən. Səhər qalxan kimi Sonuncu pərdəyə baxdım eyni həvəslə. Nə qədər pərdələrin arxasında iblislər,mələklər, ehtiraslar, həvəslər gizlənib. Kələm kimi açıldıqca açılacaq və bu insanlıq var olduqca heç bitməyəcək. Emil Quliyevin filmlərində əzilib büzülmədən,jarqonuyla kiçik Azərbaycan məhəlləsinin adı balaca adamları ilə yenidən qarşılaşmaq xoşuma gəlir. Heç kimi qınamadan ,heç bir şeyi dəyişmək istəmədən ,arada heyifsilənib,arada heyrətlənib,arada qəzəblənib baxdım bu Pərdəyə də. Ölülərimizlə ərəb,dirilərimizlə rusca danışan millətik. Təşəkkür edirəm yaradıcı heyətə.
Heçdə razı deyiləm sizin fikirlərinizlə! Denən niyə? Ölülərimizlə ona görə ərəbcə danışırıqki yer kürəsinə endirilmiş sonuncu elmi din islamdır və dil qrupu ərəb dilidir ona görəki ən bəlağətli ən fəsahətli dil məhz elə ərəb dilidir. İslam dini xurafat yas mollası dini deyil sizin fikirləşdiyiniz kimi əksinə çox yeni yüksək mədəni durmadan inkşaf edən bir sözlə bütün xeyrin xoşbəxtliyin toplum olduğu bir din. Siz heç vaxt din deyilən bir şeylə maraqlanmamısınız ona görə sizə bəsit gəlir. Misal üçün pərdələrdən birində dost dostun arvadına xəyanət edin əgər bu məsələdə din amili olmuş olsaydı onun başına belə bir olay gəlməzdi...qaldı rus dilinə onlar zaman zaman Azərbaycanı işğal edib öz təsiri var və yaltaqlıq lovğalıq nəzərindən adamlarımız rusca danışmağa cəhd edir. Cavab yazmağa ehtiyac yoxdur sizə uğurlar olsun....
@@yusifaliyev2021 ölümüzlə ərəbcə dirimizlə rusca bu şablom cümlələri tez teş eşidirik ona görə izah etməyə çalışmışam. Dinin reklama ehtiyacı olmuyub heç vaxt və hər adamında işi deyil bu işə qoşulmaq. Onsuzds bilirəm hamınız ateist toplumusuz Azərbaycanı kommunistlər batırıb üzüqoylu yerin dibinə. Məni kimisilərdə cəhd edir ola bilsin bir yuxlunu oyada bildim. Mən bütün varlığımla Allaha inanıram və s.....
@@farismabudov2995, "onsuzda bilirəm hamınız ateist toplumusuz" ifadəsi sizin dərin yuxuda olduğunuzun göstəricisidir. Kimisə yuxudan oyatmaq üçün, özünüz oyanmalısınız. Komunistlərin batırdığı yerdən uzaq durmanız məsləhətdir. Allaha inanmağınız isə təqdirəlayiqdir və fərdi bir məsələdir. AMMA, yenə yazıram, bu video bir filmdir. Və aktualdır. Problemlər Sizin yazdığınız "fikir"lərdən daha dərindir. Burda konteksti dini məcraya çevirməyin əksinə olaraq rəy yazdım. Siz isə daha da dərinə gedib, özünüzü mələk və xilaskar, qalanlarını isə şeytan edirsiniz.
@@zayevadi6968 бывает иногда иначе знал я паренька полукровку его родителей убили утырки из базарной мафии он вырос и каждого нашел и сначало он уничтожал семью этих утырков а потом самих утырков сына одного нашел даже в германии и заживо поджег
Axırki hər tərəfli səviyyəli azərbaycan filminə baxdim ölmədən bunu da gördük cox təşəkkür edirəm bütün əməyi keçənlərə başda təbiiki rejisor və senarist olmaqla allah sizdən razı olsun ugurlarınız bol olsun
Rejissora işini öyrətmək bizə düşməz əlbəttə, lakin film bizim üçün yəni izləyicilər üçün çəkildiyindən nisbətən fərqli olmasını istədiyimiz nüansları qeyd edə bilərik məncə :). 1. Film çox qaranlıqdır. Ola bilsin məğzinə görə belə effekt seçilib, ancaq biraz daha açıq ola bilərdi; 2. Qətl səhnəsi yarımçıqdır sanki. İstintaq səhnələri də olsa idi əla olardı; 3. Hadisələrdə keçidlər arası boşluqlar var idi. Mövzuya hakim olandan sonra anlaşılır keçidlər. Başlıqda anlamaq çətin olur. Ümumiyyətlə nəzər saldıqda isə deyə bilərəm ki, 84 dəqiqə kimi gəlmədi film axıcı idi. Bezdirmir yəni. Aktyorlar da həmçinin əla rol aparıb. Əlibəy Məmmədliyə nifrət etdimsə demək o hissi ötürdü :). Daha çox film gözləyirik. Uğurlar.
Və "Sonuncu Pərdə" filminə də baxaraq triologiyanı bitirdim. Ümumi süjeti bəyəndim. Amma hadisələr bir birinə çox tez tez keçid edir. Sanki bəzi səhnələr kəsilib kimi təəssürat yaranırdı. Aktyorların rolu aparmasına söz ola bilməz. Hər şey çox real idi. Uğurlarınızın davamını gözləyirik Emil Quliyev 😊
Mohtəsəm! Əsl realliqigostərən bir film! Rejissor Emil Quliyevə və butun heyətə təsəkkurlər.Aktyorlar öz rollarini real oynayirlar.Realliga uygun cəkilib.Mimika və jestlər təbiidir.
Söz ustadı Pünhanı,sintezatorcu Mehmanı görmək necə də xoşdu. Nolardı ki hər zaman belə insanlar xırda da olsa epizodlara salınardı. Nolardı ki,uygun gələn yerlərdə Vüqar Biləcəri yaradıcılıgından da daim istifadə olunardı
Вся трилогия шедевр 👏👏👏👏👏Актуальные темы .Снято👍👍👍👍Сыграно👍👍👍👍👍👍Смотреть нелегко,душа болит за наше общество.Задумка Режиссёра 🙏Шквал Аплодисментов всём!!!!!!!
Спасибо режиссёру и съёмочной группе,фильм заставляет задуматься и наряду с неприятным осадком вызывает двоякие чувства.Рекомендую к просмотру нынешней молодёжи,как и предыдущие 2части этой трилогии.
Напишу тоже комент,все три фильма посмотрела в один день,все три тяжёлые,но реальность азербайджанского общества она такова к сожалению😢.Режиссёру респект, игра актеров тоже на высоте👏,не то что показывают на тв🙈
Her 3 filme de 1 gunde baxdim. Bir kinosever kimi deye bilerem cox mohteshem filmlerdir. Bir muddet tesirinden cixmayacagima eminem. Derin izler buraxdi her 3 film de.
Tək kəliməylə möhtəşəm digər ikisinə fikir bildirmədim ard arda baxdım yolun ucundakı işığa bənzəyir Azərbaycan film sektorunun qurtuluş işığı əməyi keçən hər kəsə təşəkkürlər👏👏
Yaratdığı hər əsərlə öz sənətinə daha da çox aşıq edən rejissor. Çox sağolun yaradıcılığınıza görə və bizim aktyorları bizə tanıtdığınıza görə. Qürur duydum🙏❤️
Birinci ve ikinci perdeye baxdiqdan sonra sonuncu perdeni hesretle ve boyuk maraqla gozleyen men xeyal qiriqlıgina ugradim ama azərbaycan filmini mene ikinci perdeyle sevdiren Emil muellime derin tesekkurumu bildirirem ugurlarin bol olsun!
Ferman obrazini canlandiran dayi bir ayri teqdire layiqdir bu kinonun en guclu aktyorlarinnandi.Djoni obrazini canlandiran hemiwe duwuy komediyalarda cekilirdi burda ki obrazi xow oldu oz rolunu hiss edib.Tesirli alinib bawkalarina gore atasini qurban verenler coxdu cemiyetde...Travma ola biler(Anarnan atasinin daniwigina diqqetnen yanawin) amma bele merd atanin durust olmagina gore onun qedrini bilmemey ve satmaq heqiqetende ograwligdi....
Uğurlar, Emil! Əməkdaşlığa görə bir daha şadam!❤️
Саундтрек просто вышка👏 спасибо тебе за эти эмоции👍 слежу со времён Хоста✊
Qaraqan hardadi Ay Orxan?
орхан скажи элхану что соскучились по нему .
👍🏻
🤗
Mollanın duanın ortasında "meyvəyə dəymə " deməsi)). Çox balaca məqamdır. Amma çox böyük anlam daşıyır.
_"Düz danışan adam keç kimə sərf eləmir"_
Əhsən! 💯🔥
Allaha serf eliyir.
перевод такой:правдалюбцы никому не нужны!!!
Bu cür ciddiyətli bir filmdə " Mollanın Meyvəyə Dəymə " deməsi güldürdü məni halaldı sizlərə 👏✊
Menasiz bir kuplet idi.bele ciddi filme yarawmir
@@ramilmemmedov517 xeyr bu sadece sarkazm idi,ve cox yerinde idi.ekser "molla"larin iç uzunu 1 kelmeyle gosterir
Əksinə elə o da acı bir həqiqəttdir.
İlk Azərbaycan filmidi ki kinoteatrda baxmışdım. Birinci və ikinci pərdəyə baxandan sonra baxmaq qərarına gəlmişdim. Peşman da deyiləm. Sonra dedilər Emil Quliyev film sahəsindən uzaqlaşıb. Azərbaycan kinosundan yenidən ümidimi üzdüm. Amma bu paylaşımdan sonra bir daha həvəsləndim. Xülasə, Emil bəy, Azərbaycan filminin sizə ehtiyyacı var. Xahiş edirik bizi filmsiz qoymayın)
siz yaqin 95 ci icldan sonra dunyaya galmisiz ki, kinoteatrda baxdiginiz ilk kAzarbaycan filmi Parda olub
Eynen
Dogru didiz👍
@@kamranibrahimov2582 bəli, Azərbaycan filminin çökdüyü zamana gəlmişəm((
@@kamalhuseynov4250 film chokamyib madaniyyat chokub.filmlarimiz da , mahnilarimizda chokan madaniyyata uygun chakilir va ya yazilir
Bu filme baxanda anliyirsan ki, Azerbaycanda yaxshi aktyorlar coxdu, yaxshi resjissor yoxdu sadece. Ehsen rejissora ! Yeni filmler cekmeye davam etsin
Rejissor da var, amma film çəkməyə vəsait lazımdı, olmayan puldu.
Yaxşı rejissor yoxdu nədi,əhsən rejissora nədi?,başa düşmədim
Aktyorların mimika və jestləri çox realdır. Filmdəki rənglər, aktyorların qrim və geyimləri olduqca ürək açandır. Əziyyətinizə görə təşəkkürlər.
Xownuza geldi yeni?
Salam Medine xanim, elave gelir yeriniz olsun isteyersiniz?
Filimde men aydinlig yer girmedim,ele bil butun sehneleri qaranligda cekibler😏
urekacan bitishik yazilir
Cox əla alınıb halal olsun
Bu film pulun insanlar, insanlıq, mənlik, sədaqət, və şərəf üzərində olan gücünün gostəricisidir. Belə möhtəşəm iş ərsəyə gətirdiyiniz üçün sizə təşəkkür edirəm Emil bəy.
Ve dostluq üzərində olan göstəricisidir...
Eynilə, cəmiyyətin iç üzü. Şeytan rolunda olan, yaxşı hümanist oglanlar, sakit, heç kimin isinə qarışmayanlar. Bir də ki, heç nədən aradan gedənlər. Eynən bir cənub məhəlləsinin ic üzü. Uğurlar! Əla.
" Titrları sona qeder oxuyan her bir kes ayrica tesekkurler "
Size de bu filmler ucun cooooc tesekkurler, Emil bəy
Filmin sonunda öz adımı görmək, mənim üçün böyük xoşbəxtlikdir. Emil Guliyev hər şey üçün təşəkkürlər!
2-3 günlük hadiseleri 84 deqiqeye sigisdirib hayatın perde arxasini super şekilde kente almısiz teşekkürler
Filimdə ən sevdiyim məqam ağsaqqallar oğullarını təhqir etsə belə , oğlanlar atalarının üzünə qayıtmamağıdır. Qorqud və Emin burada yüksək əxlaq örnəyini təbliğ edirlər.
@@georgimusayev7851 ay peti, peyseL yox, peyseR yazilir)) milletimin 80 faizi bilmiremde niye o sozde R herfin yerine L herfi yazirlar))
Случайно узнала об этой трилогии. Посмотрела все три фильма. Они очень непростые, серьезные, но без назидательности, плакатности, без указания легкого пути... Про необходимость делать выбор в жизни - не на бумаге, не словами, а поступками. Выбор между добром и злом, в том виде, в каком они являются человеку, борются в нем и за него... Вечная тема.
Сильное кино. Другое кино. Достойно абсолютно любого экрана.
И актеры играют без фальши.
Режиссера поздравляю, и с уважением к нему.
Buna kinoteatrda baxmishdim) cox gec paylasildi niyese .Yenede ela bir film. amma perde 2- ye hec biru chata bilmez) Emil Quliyev sizden daha cox filmler gozleyirik mutleg.
Mencede perde2 topdu...
Зашла, думала, начну смотреть, а продолжк утром. Не могла оторваться. Сильно. Честно. Тяжело. Больно...
Почему да так... Почему люди дошли до такого.
Всем, кто работал над фильмом - респект. Сколько любви и боли к своим людям и проблемам общества, сколько желания достучаться, изменить что-то. Спасибо вам.
Актеры играют невероятно.
Film o qədər dəyərlidir ki film bitəndə sonda filmin ərsəyə gəlməsində əməyi olan insanları oxumayıb keçdiyimiz hissəni belə izlədir... (Təşəkkürlər Emil Quliyev, Orxan Zeynallı və filmdə əməyi keçən hər kəs ❤️)
Emil bəy Oskar, Grammy, dünyada hansı mükafat varsa hamisina layiqsiz!!! 3 hissəni birdən baxdım. Çox təsirlidir. Əfsuslar olsun ki, bu dünya belədir... Düzələn zibil deyil
Ən xoşuma gələn Pərdə. Həyatın həqiqəti budur "pula satanlar və satılanlar".... Uğurlar diləyirəm sizə. Növbəti filminizi görmək ümidilə.
P. S. Elə bilirdim bizdə aktyor qalmayıb. Maşallah uşaqlar çox gözəl rol oynayıblar
Bizdə əlbəttə aktyor var. Lakin o aktyoru "oynada bilən" rejissor barmaqla sayılacaq qədərdir. Biri də Emil bəydir elə. 🙂
Axırıncı pərdə 2 marttan kinoteatrlarda
2ci perde en xowuma gelendir. Hikmetin oyunu super👏🏽👏🏽👏🏽
Низкий поклон всей команде ✊🏻✊🏻✊🏻Fəxr etdim hər birinizlə
Azerbaycan sinemasından toplumsal gerçekçi bir film.bence değerli ve manalı bir film olmuş, emeği geçenleri tebrik ederim.
Özüvüzü hər yerə soxmasaz olmurda
@@muradmaharramov1921 nolub gjdllag pis söz dedi? Tebrik eliyirde.pisdiyve nese diyir? Size yaxşılıq yaramre blad
İran aftafalari )
Gəldide türklər zəhləm getmişlər soxurlare özlərini hər yerə
Təşəkkürlər❤
Çox dərin və real!
Orxandan soundtrack isə subtitrləri sona qədər oxumağa vadar etdi!
Emil, Orxan və bütün film heyətinə Kanadanan Sevgilər və Salamlar.
"Düz danışan adam heç kimə sərf elemir " çox düz ifadədi
Два года ждал появление этого фильма на платформе Ютюб. Это того стоило. Эмиль как всегда на высоте. Привет с Израиля.
Bende Azerbaycan yahudisiym.Azerbayan vatanimiz İsrail milletimiz 😘
AZERBAYCANCA NIYE YAZMIRSAN AY PEYSƏR?
Məktəb vaxtı qartopu oynadığımız o stadion.Usaqligimizdan,məktəbli vaxtlarımızdan bizə qalan xatirələr.Film çox dərin mənali,çox gözəl.Eyni əvvəlkilər kimi.
Harasi ora
@@ayselseyidova9126sabuncu
Yaradıcı heyəti, Rejissoru ürəkdən təbrik edirəm Atallar və oğullar mövsunda maraqlı yanaşma. Fərqli aktyor ansamblı (Nofəl və Əzizə respekt! ) Təbii ki cəmiyyətin dərin böhranı.
Каждая часть это реальная история людей.Атмосфера как всегда на высоте!!! Это эталлон Азербайджанского фильма.Браво Команде Режиссера!!! Я остался очень доволен,жду 4 части
Atasının qedrini bilmeyen gelecey oglunu fikirlewsin.! Atamın bir xow sözünü dünyada neyinki pula, heçneye deyiwmerem!
Sizin müsahibənizi dinlədim sonra bu filmə baxmağa qərar verdim .1 və 2 pərdəyə baxmişdım.Bu mənim daha çox xoşuma gəldi.Onlar bunun yanında hecnədir.super.Xoşuma gəldi.Uğurlar.
Mollanın dua oxuyan yerde “meyveye deyme” deib sora da telefonla yazışmağa başlaması. Necə də həyatdan, necə də incə…
Molla deyil e qardasim
@@rewadceferov9331 😅😅
hele indi bildimi o prikol bu filimden imiw
@@resulovaarzu5918 filmden deil kohne temadı, filme elave edibler sadece
@@rustamazim anladim
Эмиль благодарю Вас за ваши 3 фильма! Браво!!! Вы показали пороки нашего общества: Ложь, лицемерие, измены, предательство.
Пусть будет больше таких фильмов!
Согласна с вашими словами, а зачем начинать свою семейную жизнь с измены? Вся жизнь вранье? Лицемерие?
Удачи Вам в ваших новых начинаниях!!!
1. 2. pərdələrə baxanda da çox tanış idi dialoqlar, rollar, sonra öyrənəndə ki rejissor da bu zonada yetişib, dedim burdan uzaq olan çətin ki bu dərəcədə detaylı içdən film çəkə bilər. Hər zonada minuslar var sözsüz, amma Sabunçu mənə görə 1 bataqlıqdır və insanın yetişməsində bioloji faktordan sonra sosial mühit əsas məsələdi, belə sosial mühiti görmək dəhşətdir. Təhsilsiz, savadsız işsiz olmaq olar, amma insanlıq vicdan mənəviyyat etika mütləqdir.
Bir də ki karantindən öncə çəkilsə də sonra baş verənlər canlanıb bir az, bu zona da karantin düşdükdə yumurta çörək oğurluğu başladı, pis vərdişlərsə əvvəldən vardı və daha da artdı. Tanrı aclıqla deyil acgözlüklə sınamasın...
Rejissor və bütün zəhməti keçənlərə təşəkkürlər🌹
Hər üç film möhtəşəm, azerbaycan xalqı acdı belə keyfiyyətli kinoya bütün heyyətə sonsuz minnətdarlığımı bildirirəm ,ваш труд бесценен!
Лично мне нравится, особенно то, что он продолжает лучшие традиции Азербайджанского киноискусства, в частности, традиции Р.Ибрагимбекова ... «В этом южном городе» ...
Очень жизненно, колоритно и глубоко индивидуально !!!
старик был прав вот так вот нагибая всякие падальшики захватиили все
Однозначно
O stadionu biz seliqeye saldiq.varotani duzeltdik.bayramin butqasindan top alib oynayirdiq.heqiqeten super vaxtlar idi.herden ortan kecirem stadiona baxiram ureyim agrayir
Buzovnadadi o stadion ?
@@Guseyn072 sabuncuda.68 N- li mektebin qabagi.
Все было настолько гармонично и прекрасно,что кроме этого комментария слов не нахожу,как бы описать тот осадок,оставшийся в закромках души после этого произведения кинемотографии.Это было восхитительно.Удачи вам в ваших дальнейших проектах.
Azerbaycanin 1 nomreli rejissoru Emil Quliyev wah eser
Raziyam!
Bu iş bir keyfiyyətdi. Azərbaycanda bu cür insanlara mütləq dəstək lazımdı oskarlıq bir film halal olsun.
Fikrimcə "Pərdə"-lər arasında ssenarisinə görə daha fərqli və maraqlı bir iş oldu.Sükanı belə saxlayın Emil Quliyev:)
Mən digər iki filmə də baxmışam. "Üçüncü pərdə"yə də baxdım. Doğrusu film gözlədiyimdən zəif alınıb. Burada tipik olmayan münasibətlərin "pərdə" metaforası ilə çəkilən filmə konu edilməsi bir o qədər uğurlu alınmayıb. Aktyor işi eladır. Ssenari isə çox zəifdir. Filmin kadr rəngi və fokuslama superdir. Burada rejisorun ustalığı daha çox filmin formal tərəflərində özünü göstərir. Bütün bunlara baxmayaraq filmi ünsiyyətin, jestlərin təbiiliyi baxımından uğurlu iş hesab etmək olar! Bütün yaradıcı heyətə uğurlar arzulayıram!
Hele aylar önce izlemishdim "Sonuncu Perde"ni. Ferqli ssenari, yüksek aktyorluq numayishleri ve mükemmel rejissor ishi ile böyük alqisha layiqdir bu film. Eziyyetiniz yerde qalmayib, ushaqlar! Ugurlariniz davamli olsun! Удачи и море успехов, Эмиль! 🖤
1:16 kim kimi bağışlasın hər kəsin günahın var,günahlar şəhərin hərkəsin Allahı pənahı var,səndə böyük günahkar məndə böyek günahkar ümumi baxsan görərsən bəndə böyük günahkar..İlahi ədaləti görürük yaşadığca,kimi peşman olduğca kimi kama çatdığca..
İnsanin ac qalmaq qorxusu və susmağı bəzən onu əqidəsindən, bəzən, doqru bildiyi yoldan bəzən də ədalətlı olmaqdan ,durust olmaqdan ali qoyur. Və yaaa kiminsə, ac qalmagi və susmağı kiminsə komfortlu və şahşahali həyat yaşamasına bais olur.
Azərbaycan mənşəli təzə filmlərə baxmırdım xüsusən seriallar . Ancaq bu filmləri götəndən sonra baxıram . Əqrəb serialını 2 günə baxdım və ardından Pərdə lər çox yaxşı alınıb . Hətta deyərdim ki , Pərdələr Əqrəb Mövsümündən daha yaxşı real çəkilişdir. Əhsən
Allah belə “dost”lardan qorusun bizi
No comment burda deyirler. Butun kollektive ehsen 👏 realliqlar cox üzücü ve utancvericidir
Yenə çox gözəl bir iş ərsəyə gətiribsiniz Emil bəy. Filmlərinizin davamı gəlsin inşallah
на одном дыхании посмотрела все 3 фильма .
сумасшедшие эмоции , оголенный стыд за происходящее , за то , что мы смеем называться " человеками "
трижды браво каждому из участников этого невероятного проекта .
Kinoteatra gedib bu kinoya həzz alaraq baxdım. Amma təkrar baxmaqa şərait yaraddıqınız üçün təşəkkür edirəm. Bu film youtube-da mütləq olmalıydı. Emil bəy, yeni işlərlə sevindirin bizi. Aclıqdı....
Mehman uğurların bol olsun. Emilbəy 20 Martda getdim kinoteatra "Pərdəarxası" filminizi izlədim çox bomba kino idi. Davam edin sizə və sizin kimi insanlara kinomuzun ehtiyyacı var. Aktyorlarada təşəkkürlər!!!
Не воздержусь тоже от комментариев по поводу данного фильма и всех других фильмов из серии "Perde". Это поистине сильные картины, которые отражают актуальные проблемы, неприглядную изнанку нашего общества, после просмотра которых невозможно остаться равнодушным ни к тому, что в них происходит, ни к персонажам. Как по мне, это фильмы мирового уровня. Горд за такой азербайджанский кинематограф.
Makara kuqqu gsile nas de pudores la casa
Да катори не возможно жить таком хуйня, ад
я с вами полностью согласна. Очень трогает.
Emil Quliyevin filmlərini çox bəyənirəm. Amma hər filmini izlədikdən sonra çox pis oluram. Çünki bilirəm ki, bu filmlər bugünkü reallığı göstərir. Çox təəssüf ki, bu belədir
Çox sağ olun Emil müəllim. Əllərinizə sağlıq🖤
SUPER ALINIB SURƏNİ SƏHV OXUMAĞI ÜMUMİYYƏTCƏ OXUYA BİLMƏMƏYİ DÜZGÜN DEYİL. BU DÖVÜR ÜÇÜN ÇƏKİLİBSƏ BU KİNO BU DÖVÜRDƏ QURANI MÜKƏMMƏL QİRAƏTLƏ OXUYAN İLAHİYATÇILARIMIZ ÇOXDUR
Filmin sonunda ozunuzu coninin yerine qoyun ... Ve filmin məgzini budur... Neceki 2ci perde filmindeki sonluq kimi... Allah butun valideyinlere can sagligi versin...vaxtinda Valideyinlerimizin qedrin bilek...onlari sevincli gormek milyonlara beraberdi... Ela film davami gelsin insallah👏her 3 filim ucun təşəkkür 👏👏👏
Mohtesem filimdi. Emeyi kecen her kese tesekkur etsem azdi. Qucaglayib bagrima basiram
O cür atanı öldürmək? Çox təsirli səhnə idi, gözlərdəki qorxu və vahiməni hiss etdim. Fərsiz övlad, vicdanlı ata, aranı qarışdıran İblis....
Bu filmdə hər bir obraz çox yadda qalan alınıb, ata mərsiyəsi də....
Bir sözlə möhtəşəm! Ümid edirəm ki, bu kimi filmlərin ardı gələcək.
Pərdə , İkinci pərdə kinoteatrda baxa bilməsəmdə , bu filmə kinoteatrda baxdım nə yaxşıki 👍🏻... Emil bəy sizin filmlərinizi gözləyirik . Siz bu işi bacarırsınız . Davam edin . Uğurlar sizə .
Ne yaxsi ki, Azerbaycan kinematoqrafi olmeyib, yasarir.Bu cur menali filmler sayesinde.Kinolenti erseye getiren butun ekibe TESEKKURLER ! Ugurunuz davamli olsun !
Pis deyildi. Əməyi keçən hər kəs var olsun. Ama daha yaxşı bir şey gözlüyürdüm. Şedevr "ikinci pərdə"di.uğurlar...
Mence her perdenin öz jeri ve mesaji var!heresi indiki zamanenin problemlerini araştirir!!gammisi cox mükkemel alinib
спасибо за фильм. Не смогла посмотреть без слез. супер фильм,как и остальные 2. О навшей жизни,о лоюдях,об их нравах. Очень понравилось переклик с теми фильмами- Ибиш пришел на йас. Спасибо за фильм всем авторам ! будем ждать новых классных работ от вас ! Удачи,и спасибо!!!! ✌
Pərdə filmlərindən ən möhtəşəmi bu idi ancaq bir yerində boşluqlar var. Ortada 2 ölüm 1 yaralı işi varsa polis bu məsələni bu qədər müddət boş buraxa bilməzdi. Johnny adi bir insan kimi başa düşür ki, 3 nəfəri vuran qatili görməmək mümkün deyil. Yaralı deyir arxadan vuruldğu üçün qatili görə bilmədim ancaq ekspert baxan kimi müəyyən edə bilərdi ki güllə arxadan yox öndən girib. Nərimanla olan münqaişələrini öyrənib 1 gün içində qatili tapa bilərdilər. Hər şey bir yana, oğru heç vaxt mağazanı yarmaq üçün tüfəng ilə 3 nəfər öldürmür. Hələ bu böyük supermarket də deyil, kiçik bir məhəllə dükanıdır. Deyək ki, lap öldürdü bəs dükanı niyə soymayıb? Deməli oğru işi deyil şəxsi münaqişə var
Salam. Bunlara eynən mən də diqqət etdim. Özüdə Azərbaycanın polisi ola. Bir günün icində aşkar etmək olardi bu hadisəni real həyatda...
Bəli düz fikirdi
Polisi də rüşvətlə alıb
Kinoda deməli idi rüşvət alıb? Bəs sonra kinoteatra buraxardılar səncə kinonu, ey dahi?
@@gunduzosmanli1685 üç nəfəri vurub ikisini öldürmək qırmızı kitaba düşən quş ovlamaqdı ki, polisə pul versin ki, siz qıraqda durun, polis də desin xoş getdin? Adam heç milyonçu da deyil, qəbiristanlıqda yer satan kiçik bir ticarətcidi. lap deyək pul verib, cinayət işini bağlamaq üçün yerinə kimsə gedib yatmalıdı ya yox? Yazanda elə şey yaz ki, adamı güldürmə də ey dahi
- Bir sozle, EHSEN !
Filmə sözüm yoxdur,aktyorlarda super!
Sizdən daha maraqlı filmlər gözləyirik!
Hər üç film gərçəkləri göstərir
və sonda adam həyata nifrət edir, filmin çox təbii çəkilməsinə görə bütün əziyyəti olanlara təşəkkürümü bildirirəm.
Elaaa,sade ve orjinal bir kino,reallıq camaat ne deyer teması,tene bele kinolar gözleyirik sizden,Uğurlar,teşekkürler sizlere👏👏👏
Flimin senarisi başqa soundtracki isə bir başqa dünyadır. var ol AİD
Dünən premyera anonsunu görəndə yenidən Pərdə 1və2yə baxdım yenidən. Səhər qalxan kimi Sonuncu pərdəyə baxdım eyni həvəslə. Nə qədər pərdələrin arxasında iblislər,mələklər, ehtiraslar, həvəslər gizlənib. Kələm kimi açıldıqca açılacaq və bu insanlıq var olduqca heç bitməyəcək. Emil Quliyevin filmlərində əzilib büzülmədən,jarqonuyla kiçik Azərbaycan məhəlləsinin adı balaca adamları ilə yenidən qarşılaşmaq xoşuma gəlir. Heç kimi qınamadan ,heç bir şeyi dəyişmək istəmədən ,arada heyifsilənib,arada heyrətlənib,arada qəzəblənib baxdım bu Pərdəyə də. Ölülərimizlə ərəb,dirilərimizlə rusca danışan millətik. Təşəkkür edirəm yaradıcı heyətə.
👏🏻👏🏻
Heçdə razı deyiləm sizin fikirlərinizlə! Denən niyə? Ölülərimizlə ona görə ərəbcə danışırıqki yer kürəsinə endirilmiş sonuncu elmi din islamdır və dil qrupu ərəb dilidir ona görəki ən bəlağətli ən fəsahətli dil məhz elə ərəb dilidir. İslam dini xurafat yas mollası dini deyil sizin fikirləşdiyiniz kimi əksinə çox yeni yüksək mədəni durmadan inkşaf edən bir sözlə bütün xeyrin xoşbəxtliyin toplum olduğu bir din. Siz heç vaxt din deyilən bir şeylə maraqlanmamısınız ona görə sizə bəsit gəlir. Misal üçün pərdələrdən birində dost dostun arvadına xəyanət edin əgər bu məsələdə din amili olmuş olsaydı onun başına belə bir olay gəlməzdi...qaldı rus dilinə onlar zaman zaman Azərbaycanı işğal edib öz təsiri var və yaltaqlıq lovğalıq nəzərindən adamlarımız rusca danışmağa cəhd edir. Cavab yazmağa ehtiyac yoxdur sizə uğurlar olsun....
@@farismabudov2995 söhbət başqa şeydən gedir. Dinin də reklama ehtiyacı yoxdur.
@@yusifaliyev2021 ölümüzlə ərəbcə dirimizlə rusca bu şablom cümlələri tez teş eşidirik ona görə izah etməyə çalışmışam. Dinin reklama ehtiyacı olmuyub heç vaxt və hər adamında işi deyil bu işə qoşulmaq. Onsuzds bilirəm hamınız ateist toplumusuz Azərbaycanı kommunistlər batırıb üzüqoylu yerin dibinə. Məni kimisilərdə cəhd edir ola bilsin bir yuxlunu oyada bildim. Mən bütün varlığımla Allaha inanıram və s.....
@@farismabudov2995, "onsuzda bilirəm hamınız ateist toplumusuz" ifadəsi sizin dərin yuxuda olduğunuzun göstəricisidir. Kimisə yuxudan oyatmaq üçün, özünüz oyanmalısınız. Komunistlərin batırdığı yerdən uzaq durmanız məsləhətdir. Allaha inanmağınız isə təqdirəlayiqdir və fərdi bir məsələdir.
AMMA, yenə yazıram, bu video bir filmdir. Və aktualdır. Problemlər Sizin yazdığınız "fikir"lərdən daha dərindir. Burda konteksti dini məcraya çevirməyin əksinə olaraq rəy yazdım. Siz isə daha da dərinə gedib, özünüzü mələk və xilaskar, qalanlarını isə şeytan edirsiniz.
Əla film,o yataq səhnəsi həqiqətən psixologiya və cəsarət tələb edirdi, bilmədim nə deyim, amma möhtəşəm film idi 🤌 uğurlar.
Я из-за карантина не мог вылететь в Баку, а в Баку я хотел, только для того, чтоб сходить в кинотеатр и посмотреть ваш фильм))
Фильм меня разъебал))))
Согласна, он не реально показывает все как есть
@@zayevadi6968 бывает иногда иначе знал я паренька полукровку его родителей убили утырки из базарной мафии он вырос и каждого нашел и сначало он уничтожал семью этих утырков а потом самих утырков сына одного нашел даже в германии и заживо поджег
@@Logen23232 но согласитесь, он показывает в фильмах все как есть
@@zayevadi6968 не все так олнозначно в жизни все намного мрачнее и иногда намного более ярко выражено
@@Logen23232 может быть
Axırki hər tərəfli səviyyəli azərbaycan filminə baxdim ölmədən bunu da gördük cox təşəkkür edirəm bütün əməyi keçənlərə başda təbiiki rejisor və senarist olmaqla allah sizdən razı olsun ugurlarınız bol olsun
Rejissora işini öyrətmək bizə düşməz əlbəttə, lakin film bizim üçün yəni izləyicilər üçün çəkildiyindən nisbətən fərqli olmasını istədiyimiz nüansları qeyd edə bilərik məncə :).
1. Film çox qaranlıqdır. Ola bilsin məğzinə görə belə effekt seçilib, ancaq biraz daha açıq ola bilərdi;
2. Qətl səhnəsi yarımçıqdır sanki. İstintaq səhnələri də olsa idi əla olardı;
3. Hadisələrdə keçidlər arası boşluqlar var idi. Mövzuya hakim olandan sonra anlaşılır keçidlər. Başlıqda anlamaq çətin olur.
Ümumiyyətlə nəzər saldıqda isə deyə bilərəm ki, 84 dəqiqə kimi gəlmədi film axıcı idi. Bezdirmir yəni. Aktyorlar da həmçinin əla rol aparıb. Əlibəy Məmmədliyə nifrət etdimsə demək o hissi ötürdü :).
Daha çox film gözləyirik. Uğurlar.
Qaqa qapı döyülsə açma Emil və komandası gəlir
@@emilsharifi2415 🤣🤣🤣
Ümumiyyətlə qaranlıq effekti dəb alıb. Bunu məncə kino effekti almaq üçün edirlər. Amma gözü yorur.
@@emilsharifi2415 😂😂😂
@@Familystudio128 Kinonun ssenarisi tələb edir bunu. Abu havaya görə dəyişir rənglər. Belə ağır ssenarili kinolar bu rəngdə olsa daha yaxşı görünər.
Və "Sonuncu Pərdə" filminə də baxaraq triologiyanı bitirdim. Ümumi süjeti bəyəndim. Amma hadisələr bir birinə çox tez tez keçid edir. Sanki bəzi səhnələr kəsilib kimi təəssürat yaranırdı. Aktyorların rolu aparmasına söz ola bilməz. Hər şey çox real idi. Uğurlarınızın davamını gözləyirik Emil Quliyev 😊
Emil Guliyev ve Əlibəy Məmmədli, təşəkkürlər👍🏻👍🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻
Filmin axırındakı osturaga basanın sinəsindəki "ingilis bayrağı" 👍. 😂
Mohtəsəm! Əsl realliqigostərən bir film! Rejissor Emil Quliyevə və butun heyətə təsəkkurlər.Aktyorlar öz rollarini real oynayirlar.Realliga uygun cəkilib.Mimika və jestlər təbiidir.
Söz ustadı Pünhanı,sintezatorcu Mehmanı görmək necə də xoşdu.
Nolardı ki hər zaman belə insanlar xırda da olsa epizodlara salınardı.
Nolardı ki,uygun gələn yerlərdə Vüqar Biləcəri yaradıcılıgından da daim istifadə olunardı
Вся трилогия шедевр 👏👏👏👏👏Актуальные темы .Снято👍👍👍👍Сыграно👍👍👍👍👍👍Смотреть нелегко,душа болит за наше общество.Задумка Режиссёра 🙏Шквал Аплодисментов всём!!!!!!!
Yenə möhtəşəm bir iş ərsəyə gətirmisiz, təşəkkürlər🖤
Məzuniyete gəl və belə möhtəşəm film ilə qarşılaş . Emil bəy və filimdə əziyyəti keçmiş bütün kəslərə təşşəkürlər.
Gozel Milletim . Gozel mentalitetimiz🇦🇿🇦🇿🇦🇿❤ Rusiyadan Salamlar Darixmiwam Torpag ucun
Nedir o gözel olan mentalitet ?
Спасибо режиссёру и съёмочной группе,фильм заставляет задуматься и наряду с неприятным осадком вызывает двоякие чувства.Рекомендую к просмотру нынешней молодёжи,как и предыдущие 2части этой трилогии.
Super sadece !! bu filmin epizodlarini ancaq Orxanin treckine yeni bu filmin soundtrackina qulaq asanda gorurdum . Bravo !!👏👏👏👍
Çox istəyərdim Sizinlə oturub, filmlərinizi müzakirə edim. Halal olsun Siz, Emil!
Mende!!kaş ki bele bir verliş olsaydi.Russijadaki " открытый поосмотр" kimi.
İnsaAllah filmləriniz davamı olar Emil bəy..Sizin kimi savadlı kadrlara milletin ehtiyacı var...
Salam
Напишу тоже комент,все три фильма посмотрела в один день,все три тяжёлые,но реальность азербайджанского общества она такова к сожалению😢.Режиссёру респект, игра актеров тоже на высоте👏,не то что показывают на тв🙈
Salam
Super bir film.Əməyinizə sağlıq.Sondakı Orxan Zeynallının treki də superdir.
Her 3 filme de 1 gunde baxdim. Bir kinosever kimi deye bilerem cox mohteshem filmlerdir. Bir muddet tesirinden cixmayacagima eminem. Derin izler buraxdi her 3 film de.
Və Nəhayəət gözlədiyimiz an gəlib çıxdı ...🖤👑
Tək kəliməylə möhtəşəm digər ikisinə fikir bildirmədim ard arda baxdım yolun ucundakı işığa bənzəyir Azərbaycan film sektorunun qurtuluş işığı əməyi keçən hər kəsə təşəkkürlər👏👏
Посмотрела на одном дыхании. Неоднозначные, смешанные чувства. Задумалась...Спасибо за творчество
Söyüş ve bezi pis yerleri var heç xoşa gelmezdi
Əla Filmdir ! Pulun insanlıq,şərəf,mənlik,dostluq,sədaqət,sevgi üzərində olan gücün göstəricisidir ! Çox əhsən Azərbaycan üçün nümunəvi film ! 👍
Yaratdığı hər əsərlə öz sənətinə daha da çox aşıq edən rejissor. Çox sağolun yaradıcılığınıza görə və bizim aktyorları bizə tanıtdığınıza görə. Qürur duydum🙏❤️
Her seyi basa dusdum 25ci deqiqede qiza deyir ey balacanida dagidariq da orda o ne demekdi menasi nedi?
S
alam Xeyale xanim, size elave gelir qazana bileceyiniz is teklif edirem
Birinci ve ikinci perdeye baxdiqdan sonra sonuncu perdeni hesretle ve boyuk maraqla gozleyen men xeyal qiriqlıgina ugradim ama azərbaycan filmini mene ikinci perdeyle sevdiren Emil muellime derin tesekkurumu bildirirem ugurlarin bol olsun!
Ferman obrazini canlandiran dayi bir ayri teqdire layiqdir bu kinonun en guclu aktyorlarinnandi.Djoni obrazini canlandiran hemiwe duwuy komediyalarda cekilirdi burda ki obrazi xow oldu oz rolunu hiss edib.Tesirli alinib bawkalarina gore atasini qurban verenler coxdu cemiyetde...Travma ola biler(Anarnan atasinin daniwigina diqqetnen yanawin) amma bele merd atanin durust olmagina gore onun qedrini bilmemey ve satmaq heqiqetende ograwligdi....
Halal olsun.Son iller erzinde baxdigim ve beyendiyim gercek hayatimizi eks etdiren ekran eseridir
Azərbaycanın ağır reallığı, bu ölkədə yaşamağımın nə dərəcədə mənasız olduğunu bir daha anladım. Uğurlar bütün heyyətə👏👏👏
gel darice Azerbaycana ise Turist kimi get.ezizim bizde elsine veten sevgisi ile yanb alwrq
Ogulsan Emil bele lezzetli film coxdandir izlemirdim ozude oz dilimizde,en boyuk film mukafatlarina layiqsen 🎉🙏