Evveller mamam qulaq asanda deyirdim yene basladilar aglasma sen deme ozumun en sevdiyim mahnilar musiqiler olacaqmis insanin yasi kecdikce qanimizda var nese ruhumuzu qidalandirir Azerbaycan xalq Mahnilari ele ne zenginlik var musiqi senetkarlar o vaxtlarda qaldi Allah qeni qeni hamisina rehmet elesin xalqa bele gozel mahnilar qoyub getdiniz gozel senetkarlar ruhunuz sad olsun 😢
Hörmətli oxucular və dinləyicilər! Gözəl müğənni Şövkət Ələkbərovanın ifa etdiyi bu mahnının sözləri bir yox, iki şeirin sözlərindən ibarətdir. Birinci şeir "Bilmirəm" adlı şeirdir və onun müəllifi Azərbaycan şairəsi Mədinə Gülgündür (bu şeir 1965-ci ildə yazılıb). ---------------------------------- BİLMİRƏM Sənin gətirdiyin bir dəstə çiçək Saralıb solubdur ata bilmirəm. Gecəli, gündüzlü bu həsrət ürək Elə göyrəlir ki, yata bilmirəm. Doğrusu yorubdur məni bu halım, Hicranın əlindən bəs harda qalım? Elə bil qanadlı quşdur xəyalım, Əl edib mən onu tuta bilmirəm. Deyirlər yollarda vüsal görünür, O kimin eşqiylə elə sürünür? Mənimçin küləyə, şimşəyə dönür Qaçıram ardınca, çata bilmirəm... Gülgün şəfqətinə möhtacdır, gülüm, İstərəm vəslinlə sevinim, gülüm. Meylini tək sənə salıbdır könlüm, Səni hər gözələ qata bilmirəm... Şeirin müəllifi: Mədinə Gülgün ---------------------------------- İndi isə ikinci şeir haqqında qısa yazım. Mahnıda oxunan ikinci şeir "Alagöz" adlı şeirdir, lakin dəqiq deyə bilərəm ki, bu şeirin müəllifi Zeynal Cabbarzadə deyil. Bəli, Zeynal Cabbarzadənin "Alagöz" adlı şeiri var, lakin o şeir tam başqa şeirdir, bu mahnıda oxunan şeir deyil: ALAGÖZ Düşər üzdə xala göz, Şirin canım Alagöz. Qara gözə can qurban, Yaman olur ala göz. Alagöz, ay Alagöz, Mənim ola ala göz!.. Bülbül gələr yaz ilə, Yarım oynar saz ilə, Hər baxanda naz ilə Ürəyimi çala göz. Alagöz, ay Alagöz, Mənim ola ala göz!.. Yar bağını gəzərəm, Güllərini üzərəm, Hər dərdinə dözərəm, Mənim ola Alagöz. Şeirin müəllifi: Zeynal Cabbarzadə ---------------------------------- Sizə xoş arzularla, Şərif E. Hüseynov (Sharif E. Guseynov) sites.google.com/view/sharif-elbaevich-guseynov www.researchgate.net/profile/Sharif-Guseynov
Evveller mamam qulaq asanda deyirdim yene basladilar aglasma sen deme ozumun en sevdiyim mahnilar musiqiler olacaqmis insanin yasi kecdikce qanimizda var nese ruhumuzu qidalandirir Azerbaycan xalq
Mahnilari ele ne zenginlik var musiqi senetkarlar o vaxtlarda qaldi Allah qeni qeni hamisina rehmet elesin xalqa bele gozel mahnilar qoyub getdiniz gozel senetkarlar ruhunuz sad olsun 😢
Çoxx əladır baldi ifaniz, Allah rəhmət eləsin unudulmaz ifa...
Hörmətli oxucular və dinləyicilər!
Gözəl müğənni Şövkət Ələkbərovanın ifa etdiyi bu mahnının sözləri bir yox, iki şeirin sözlərindən ibarətdir. Birinci şeir "Bilmirəm" adlı şeirdir və onun müəllifi Azərbaycan şairəsi Mədinə Gülgündür (bu şeir 1965-ci ildə yazılıb).
----------------------------------
BİLMİRƏM
Sənin gətirdiyin bir dəstə çiçək
Saralıb solubdur ata bilmirəm.
Gecəli, gündüzlü bu həsrət ürək
Elə göyrəlir ki, yata bilmirəm.
Doğrusu yorubdur məni bu halım,
Hicranın əlindən bəs harda qalım?
Elə bil qanadlı quşdur xəyalım,
Əl edib mən onu tuta bilmirəm.
Deyirlər yollarda vüsal görünür,
O kimin eşqiylə elə sürünür?
Mənimçin küləyə, şimşəyə dönür
Qaçıram ardınca, çata bilmirəm...
Gülgün şəfqətinə möhtacdır, gülüm,
İstərəm vəslinlə sevinim, gülüm.
Meylini tək sənə salıbdır könlüm,
Səni hər gözələ qata bilmirəm...
Şeirin müəllifi: Mədinə Gülgün
----------------------------------
İndi isə ikinci şeir haqqında qısa yazım. Mahnıda oxunan ikinci şeir "Alagöz" adlı şeirdir, lakin dəqiq deyə bilərəm ki, bu şeirin müəllifi Zeynal Cabbarzadə deyil. Bəli, Zeynal Cabbarzadənin "Alagöz" adlı şeiri var, lakin o şeir tam başqa şeirdir, bu mahnıda oxunan şeir deyil:
ALAGÖZ
Düşər üzdə xala göz,
Şirin canım Alagöz.
Qara gözə can qurban,
Yaman olur ala göz.
Alagöz, ay Alagöz,
Mənim ola ala göz!..
Bülbül gələr yaz ilə,
Yarım oynar saz ilə,
Hər baxanda naz ilə
Ürəyimi çala göz.
Alagöz, ay Alagöz,
Mənim ola ala göz!..
Yar bağını gəzərəm,
Güllərini üzərəm,
Hər dərdinə dözərəm,
Mənim ola Alagöz.
Şeirin müəllifi: Zeynal Cabbarzadə
----------------------------------
Sizə xoş arzularla,
Şərif E. Hüseynov (Sharif E. Guseynov)
sites.google.com/view/sharif-elbaevich-guseynov
www.researchgate.net/profile/Sharif-Guseynov
ƏFSANƏ MÖHTƏŞƏM BİR SƏS...✨✨✨
Ölümsüz muganni,🌹🌟🌹🌟❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ölüb axı, necə ölümsüz ola bilir 🙄
@@Adsız3291 ölüp doğru,mahnılarıyla,sesiyle yaşıyır💓
🙇❤
❤❤