Güclü Sel Altında qaldılar Helikopter əraziyə gəldi - SON DƏQiQƏ

Поделиться
HTML-код
  • Опубликовано: 25 май 2024
  • Qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Debed və Kür çayında suyun səviyyəsi kəskin artıb. Hazırda da Debed çayında sel davam edir.
    Bunu "Report"a Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
    O qeyd edib ki, Kür çayının Ağstafa rayonu ərazisində Qıraqkəsəmən avtomat hidroloji məntəqəsində mayın 26-da suyun səviyyəsi dünən ilə müqayisədə 152 santimetr artıb və hazırda da səviyyənin artımı davam edir.
    A.Verdiyev avtomat stansiya vasitəsilə Kürdə suyun səviyyəsinin izlənildiyini və nəzarətdə saxlanıldığını bildirib:
    "Səviyyənin artımının mayın 27-də də davam edəcəyi gözlənilir. Yaranmış vəziyyətlə əlaqədar Qazax, Tovuz və Ağstafa rayonlarının ərazisində yaşayan əhalinin diqqətli olmaları və çayın sahilindən kənar durmaları xahiş olunur".
    16:40
    Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması halı baş verib.
    Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
    Bildirilib ki, hadisə nəticəsində yaşayış məntəqələrində hər hansı təhlükə qeydə alınmayıb.
    Hadisə ilə əlaqədar FHN-in "112" qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb.
    Hazırda FHN tərəfindən mövcud şərait tam nəzarət altında saxlanılır.
    15:27
    Qazax rayonunda Coğazçay, Ağstafaçay və Xramçayın daşması nəticəsində ciddi fəsadlar yaranıb.
    "Report"un məlumatına görə, ölkəmizdə və qonşu ölkələrdə yağan güclü yağışlardan sonra Coğazçay və Xram çayları daşıb.
    Çoğazçay çayı üzərində yerləşən, Dəmirçilər kəndinə gedən yolun üzərində olan körpü qismən uçduğundan yol tamamilə bağlanıb.
    Həmçinin Xramçay və Ağstafaçayın daşması nəticəsində vətəndaşlara məxsus obyektləri, park və sahələri su basıb.
    Hazırda Milli Hidrometeorologiya Xidmətindən edilən xəbərdarlıq nəzərə alınaraq qurumlar tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.
    Yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
  • Авто/МотоАвто/Мото

Комментарии • 3

  • @masinbazaritv
    @masinbazaritv Месяц назад

    Keçmiş olsun

  • @autohome087
    @autohome087 Месяц назад

    Axırdakı səs nə idi?

  • @ridrid6159
    @ridrid6159 Месяц назад

    Марнеули Борчалы Азербайджанды