Это видео недоступно.
Сожалеем об этом.

Əlibaba Məmmədov - Şur təsnifi

Поделиться
HTML-код
  • Опубликовано: 15 сен 2013
  • Dustlər, mən görən ol dilbəri-ziba kim idi?
    Dağıdan gül üzünə zülfi-mütərra kim idi?
    Mən ki, bihuş düşüb, görcək özümdən getdim,
    Siz ki, huşyardız, ol afəti-dünya kim idi?
    Nə könül qoydu, nə can məndə, nə səbrü, nə qərar,
    Etdi qarət məni, ol şahidi-yəğma kim idi?
    Ol üzü cənnəti mən bilməsəm adəm degiləm,
    Ləbi Kövsər, üzü gül, qaməti Tuba kim idi?
    Dustlər, dün gecə kim, məsti-meyi-vəhdət idik,
    O bizə saqi olan yari-dilara kim idi?
    Doldu ənvari-məhəbbətlə genə sinə bu gün,
    Göstərən vadiyi-Sinadə təcəlla kim idi?
    Bu nə bəhcət, nə səfadır, nə sürurü, nə bəha,
    Sizi tari, o nigari-fərəhəfza kim idi?
    Kimdi bu məclisi-ürfanı bu şurə gətirən,
    Dövri-sağərlə verən badeyi-səhba kim idi?
    Gəldi göftarə ləbi, aləmi ehya elədi,
    Bu necə ruh idi, aya bu Məsiha kim idi?
    Çeşmi-Qibti nə bilir xilqəti-Harun sirrin,
    Nə bilir dəhrdə Firon ki, Musa kim idi?
    Olmasan badiyeyi-eşqdə Məcnun əgər,
    Bilməsən hiç ki, sən, həzrəti-Leyla kim idi?
    Nəfsi-vahiddən əgər mətləbə olsan vaqif,
    Bilisən onda ki sən, Adəmü Həvva kim idi.
    Həq zühurunda hələ yolda qalıb iki gözüm,
    Bəs o həq məzhəri ayineyi-ülya kim idi?
    Qürrətül-eynüvə ömründə degilsən vaqif,
    Görə bilməz ki, cəmali-həqə bina kim idi.
    Bu səri-çeşmə əzəldən bulanıb, ey qafil,
    Gör kimə tabe olursan, sizə mövla kim idi?
    Neçə gün aləmi-nasutə gəlib oldu müqim,
    Heyf ki, bilmədilər Seyyidi-rüsva kim idi?

Комментарии • 9