Polad Bülbüloğlu - Şən Azərbaycan (lyrics)

Поделиться
HTML-код
  • Опубликовано: 28 сен 2024
  • Qoy, mən yenə söhbət açım ilk baharımdan,
    Nəğməm ilə bir də keçim öz diyarımdan.
    Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü,
    Gəl-gəl deyir şən Azərbaycan.
    Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır,
    Hər yanı gülşən Azərbaycan!
    El qızları düzüm-düzüm Kür qırağında,
    Min gül açır Gəncəmizin hər budağında.
    Dost elləri Qarabağın dağ vüqarlıdı,
    Gen çölləri bu torpağın xoş baharlıdı.
    Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü,
    Gəl-gəl deyir şən Azərbaycan.
    Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır,
    Hər yanı gülşən Azərbaycan!
    Hər damlası layla çalan göy Xəzərin var.
    Hər ulduzu nəğmə olan min şəhərin var.
    Keçdim yenə çiçək-çiçək hər mahalından,
    Öz yurdumun doymaz ürək yüz vüsalından.
    Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü,
    Gəl-gəl deyir şən Azərbaycan.
    Tər gülləri şəfalıdır, Göygöl nə səfalıdır,
    Hər yanı gülşən Azərbaycan!
    Polad Bülbüloğlu - Şən Azərbaycan

Комментарии • 9