Это видео недоступно.
Сожалеем об этом.

TƏCİLİ! Lotu QULİ öldürüldü / Şok xəbər! xeberler

Поделиться
HTML-код
  • Опубликовано: 19 авг 2020
  • “Lotu Quli” Türkiyədə ÖLDÜRÜLDÜ
    "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı kriminal avtoritet Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
    Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
    Məlumata görə, o, Antalyadakı otellərin birində birlikdə şam yeməyi yediyi yaxın adamı tərəfindən başından güllələnib.
    N.Səlifov Xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qatil onun başından 4 güllə vurub.
    Qətli törədən şəxs hadisə yerindən qaçsa da, Antalya-Dənizli yolunda saxlanılıb. Onun "Xan" ləqəbli kriminal avtoritet olduğu bildirilir. İnformasiya mənbələrində ləqəbi "Xan Bakinski" olan Xaqan Zeynalov azərbaycanlı "qanuni oğru" kimi təqdim edilir.
    "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdi. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.
    O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.
    "Lotu Quli"nin digər mərhum azərbaycanlı avtoritet Rövşən Lənkəranski ilə ədavətdə olduğu bildirilirdi... R.Lənkəranski 2016-il avqustun 18-də Türkiyədə qətlə yetirilib.
    Mənbə: modern.az/az/n...
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Hörmətli izləyicilər, Onlayn İnformasiya Mərkəzi, Azərbaycan dilli, müstəqil və özəl “RUclips” kanalı olaraq, Onlayn İnfo adı altında, bütün sahələr üzrə ölkə və dünya mətbuatından gündəlik baş verən ən vacib, ən maraqlı hadisələrlə bağlı xəbərləri toplayıb, onlardan video rolik hazırlayaraq, operativ şəkildə izləyicilərə çatdırır.
    Bundan əlavə, bir çox sahələr üzrə də maraqlı və marifləndirici məlumatlar araşdırılaraq onlar əsasında hazırlanmış video roliklər də kanalın “PlayLİst” bölməsində kateqoriyaya uyğun olaraq yerləşdirilir.
    Məqsədimiz izləyicilərin rahatlığını düşünərək, onların yeni məlumatlar əldə etmək üçün bir çox xəbər saytlarında, sərf etdikləri saatlarla vaxt itgisinin qarşısını almaq, onlara maralı, faydalı və keyfiyyətli informasiyalar təqdim etməkdir.
    🌐 Siz də, ölkədə və dünyada baş verən ən vacib hadisələrdən, daha tez xəbər tutmaq istəyirsinizsə, kanala "Abunə" olun və bildiriş butonunu (🔔) aktivləşdirin.
    Kanala Abunə Ol! ⇨ shorturl.at/wEFW3

Комментарии • 1