Это видео недоступно.
Сожалеем об этом.

ŞAD XƏBƏR! Uşaqpulu məsələsi müzakirəyə çıxarılır - Deputatlar israrlıdır / xeberler

Поделиться
HTML-код
  • Опубликовано: 5 авг 2020
  • Milli Məclisin deputatı Tahir Kərimli növbəti dəfə hökumət qarşısında uşaqpulu ilə bağlı məsələni qaldırıb.
    “Xalqımız deyir, artıq sizin uşaqpulu bizə lazım deyil. Çünki özümüz qocaldıq. Uşaqlarımız isə böyüdü” - deyərək Tahir Kərimli narazı şəkildə bildirib ki, ən zəif ölkələrdə belə, uşaqpulu verilir.
    “Pandemiya müvəqqətidir, ötüb keçəcək, Uşaqpulu isə strateji məsələdir. Uşaqpulu o ailələr üçün bir sığortapulu ola bilərdi. 190 manat yardımı almasa belə, o ailələr başlarını girləyə bilərdilər. Sosial müavinət əhalinin 15-20 faizinin xeyrinədir. qalanlarında isə əksinə olaraq qıcıq yaradır. Əhalinin bəlkə də 100 faizə yaxını uşaqpulu istəyir. Yaxşı necə olar bilər. 18 yaşı olan kimi çağırış veririk ki, gəl, səni əsgər aparırıq, amma uşaqpulu vermirik. Əgər səhv deyirəmsə, hökumət desin, sən düz demirsən. Bizim kifayət qədər valyuta ehtiyatımız var. Biz yaşımızın bu vaxtında özümüzü kiməsə göstərmirik, vəzifə təmənnamız da yoxdur. Sadəcə bu xalqımızın istəyi budur”.
    Tahir Kərimli daha sonra qeyd edib. “Deyirik fondumuz gələcək nəsillər üçündür. Məgər uşaqlarımız bizim gələcək nəslimiz deyilmi?. Onları sabah nə üzlə müharibəyə aparacağıq.”
    Deputat Hicran Hüseynova da Tahir Kərimlinin uşaqpulu ilə bağlı təklifinin çox vacib məsələ olduğunu qeyd edib.
    Daha sonra çıxış edən Sabir Rüstəmxanlı da eyni məsələyə dair öz fikirlərini çatdırıb: “Ölkələr var ki, əkiz uşaqlara görə ev verir, daha çox uşaq olanda əlavə təminatlar verir. Azərbaycanda da bu var idi, amma unuduldu. Bir-iki uşağı da dövlət qayğısına almırıqsa, bizim gələcəyimiz necə olacaq.”
    “Gənc ailələrə yardım formasında uşaqpulunun bərpa olunması çox vacibdir. Xahiş edirəm, uşaqpulunun verilməsi bərpa olunsun.”
    Milli Məclisin plenar iclasında bir sıra deputatların uşaqpulunun verilməsi ilə bağlı çıxışlarına komitə sədri Musa Quliyev də münasibət bildirib. O, çıxışında deyib ki, hazırda hökumət 20-yə yaxın sosial müavinət növünü tətbiq edir. “Bunların 9-u uşaqların sosial müavinəti ilə bağlıdır”.
    Əvvəllər verilən uşaqpulunun məbləği çox cüzi idi: “Manata çevirsək, bəlkə də 1 manatdan da az idi. Əgər biz hər uşağa ayda 50 manat versək, o ailəyə dəstək verə biləcəyikmi. Uşaqpulu məsələsinə yenə də o şəkildə qayıda bilərik ki, ünvanlılıq prinsipinə diqqət yetirək”.
    Daha sonra Musa Quliyev bu məsələ ilə bağlı təkliflər səsləndirən deputatlara xitabən onları əməkdaşlığa dəvət edib. Belə ki, onları payız sessiyasında komitədə bununla bağlı müzakirələr aparmağa dəvət edib və deyib ki, iki gündən bir bu barədə təkliflər verməklə məsələ bitmir.
    Milli Məclisin sədri Sahibə Qafarova da təklif edib ki, komitə bu məsələ ilə bağlı dinləmələr keçirsin.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Mənbə: musavat.com/ne...
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Hörmətli izləyicilər, Onlayn İnformasiya Mərkəzi, Azərbaycan dilli, müstəqil və özəl “RUclips” kanalı olaraq, Onlayn İnfo adı altında, bütün sahələr üzrə ölkə və dünya mətbuatından gündəlik baş verən ən vacib, ən maraqlı hadisələrlə bağlı xəbərləri toplayıb, onlardan video rolik hazırlayaraq, operativ şəkildə izləyicilərə çatdırır.
    Bundan əlavə, bir çox sahələr üzrə də maraqlı və marifləndirici məlumatlar araşdırılaraq onlar əsasında hazırlanmış video roliklər də kanalın “PlayLİst” bölməsində kateqoriyaya uyğun olaraq yerləşdirilir.
    Məqsədimiz izləyicilərin rahatlığını düşünərək, onların yeni məlumatlar əldə etmək üçün bir çox xəbər saytlarında, sərf etdikləri saatlarla vaxt itgisinin qarşısını almaq, onlara maralı, faydalı və keyfiyyətli informasiyalar təqdim etməkdir.
    🌐 Siz də, ölkədə və dünyada baş verən ən vacib hadisələrdən, daha tez xəbər tutmaq istəyirsinizsə, kanala "Abunə" olun və bildiriş butonunu (🔔) aktivləşdirin.

Комментарии • 4

  • @demkratiya3692
    @demkratiya3692 4 года назад +1

    Öz qohumlarının uşaqlarinia uşaq pulu istəyirlər

  • @omaraliyev2075
    @omaraliyev2075 4 года назад +1

    Men

  • @nazimeliyev8313
    @nazimeliyev8313 4 года назад

    Aj Mysa ehtijaci olana vermirler o myavinetleri gyja bilmirsiz ne vaxt by xalgin xejrine gerar vereceksiz hadi getdi by geldi

  • @ramisveliyev5866
    @ramisveliyev5866 4 года назад

    Ay nazirler bu qanunu bu olkeye kim qoyub? Siz ozunuz yaxwi bilirsiniz, Xalqi ALDATMAK sinizin en gozel eylenceniz olub, Uca ALLAH qarsisinda ne cavab vereceksiniz, YETIMLERIN, MISKINLERIN malini pulunu yeyibde yer uzunde ozunuzden RAZI gezirsiniz, ALLAHin siddetli ezabindan qorxun, bu verilen ved mutleq gelecek.