Azercell-in dəstəyilə həyata keçirilən “Techcell” hakatonu başa çatdı

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2024
  • Azercell-in dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə keçirilən “Techcell” hakatonu başa çatdı. Beləliklə, 30 komanda final mərhələsinə vəsiqə qazandı. İştirakçılar Azercell və UFAZ mentorlarının dəstəyilə üç nəfərdən ibarət komandalar şəklində informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində çalışdılar.
    Münsiflər heyətinin qərarına əsasən hakatonun builki qalibi UFAZ tələbələrindən ibarət “Night Ops” komandası oldu. İkinci yerə Bakı Ali Neft Məktəbini (BANM) təmsil edən “Sentinels” komandası, üçüncü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən “Delusion” komandası layiq görüldü. Qalib komandalara pul mükafatı və dəyərli hədiyyələr təqdim edildi.

Комментарии •