Rusiyanın BÖYÜK TURAN qorxusu - TƏHLİL

Поделиться
HTML-код
  • Опубликовано: 19 фев 2021
  • İnstagramda bizi izlə: / monitor.baku
    Telegram kanalına abunə ol: t.me/Monitortvxeber
    Facebookda bizi izlə: / monitor-108773594248965
    Rusiya XİN başçısı Sergey Lavrov "RBK" kanalına müsahibə verib.
    Lavrov müsahibəsində qərb ölkələrini rusofobiyada ittiham edib, daha sonra Böyük Turanla bağlı danışıb. Lavrov Türkiyənin Böyük Turanla bağlı hədəfi olmadığını deyib.
    Həmçinin "SSRİ-nin tərkibində olmuş və indi müstəqil dövlət olan ölkələrin də bu fikri hər hansı şəkildə dəstəklədiyini görmürəm", - deyə nazir söyləyib.
    Əslində diqqət etsək görərik ki, Türkiyənin də, və digər müstəqil Türk ölkələrinin də belə bir niyyəti var. Nə Azərbaycan, nə Türkiyə, nə də bəzi orta Asiya dövlətləri bunu açıqca deməsələrdə, onların arasında olan qardaşlıq, dostluq əlaqələri, işbirliyi, həmçinin Azərbaycanla Naxçıvan arasında açılacaq olan dəhlizin həm Türkiyədə, həm də Azərbaycanda böyük sevincə səbəb olması, bunun haqqında çox danışılması Böyük Turan hədəfi olduğunu açıqca göstərir. Hər birimiz yaxşı bilirik ki, Böyük Turan yenicə ortaya çıxmış bir ideya deyil. Türkiyə illərdir bunun üçün çalışır. Və təbii ki, Rusiya da bunu görür. Bəs belə olduğu halda Lavrov nəyə görə belə açıqlama verir? Yəni bunu inkar edir.
    Məlumdur ki, Rusiya bunu özünə təhdid kimi görür. Türk dövlətlərinin birgə Böyük Turan altında birləşməsi Rusiyanın maraqlarına tamamilə ziddir. Çünki belə olduğu halda Rusiya artıq ona qonşu olan keçmiş SSRİ respublikalarını təhdid edə bilməyəcək, nə Qafqazda, nə də Orta Asiyada öz nüfuzunu qoruyub saxlaya bilməyəcək. Sergey Lavrov bunu yaxşı görür, və bu ruslarda narahatlıq yaratdığı üçün bunu dilə gətirə bilmirlər. Türk mətbuatında da, Azərbaycan mətbuatında da, illərdir ki, Böyük Turanla bağlı xəbərlər, yazılar, məqalələr dərc olunur. Və bu iki ölkə, həmçinin Orta Asiyada yerləşən Türk Respublikaları arasında dostluğun, qardaşlığın, iqtisadi əməkdaşlığın hətta hərbi əməkdaşlığın daha da böyüməsi Böyük Turan hədəfi olduğunu hər birimizə açıq şəkildə göstərir. Rusiyanın Xarici İşlər Naziri və yaxud digər dövlət rəsmiləri bunu nə qədər inkar etsələrdə, Rusiya Türk dünyasının atacağı bu addıma nə qədər qarşı olsa da bu baş tutacaq. Təbii ki, Rusiya bunun baş tutmaması üçün əlindən gələni edir. Məsələn, qardaş Türkiyə ordusunun sülhməramlılarının Qarabağa gəlməsinə narazılıq göstərməsi. Məsələ sülh yaratmaq, sülhü təmin etməkdirsə Rusiya nəyə görə buna icazə verməsin? Çünki o Qafqazda Türkiyənin olmasını istəmir. Çünki bu Böyük Turan hədəfinə xidmət edir, sadəcə Türkiyə və Azərbaycan dostluğuna yox. Həmçinin sülhməramlıların Qarabağda ruslara aid olmayan işlər görməsi, humanitar yardımlar etməsi, yəni 10 noyabr anlaşmasından kənara çıxması, rus dövlət rəsmilərinin ikibaşlı açıqlamalar verməsi və s. Hətta son dövrlər Rusiyanın Orta Asiyanı da təhdid etməyə çalışdığını görürük. Rusiya prezidenti Putinin Qazaxıstandan sovet dövründə ona "hədiyyə edilən" bəzi əraziləri geri istəməsi kimi hadisələr buna sübutdur. Hörmətli izləyicilər sizin də bu mpvzuda fikirlərinizi bizimlə bölüşməyiniz maraqlı olardı. Ayrıca, videolarımızın davamını izləmək istəyirsinizsə kanalımıza abunə olun.

Комментарии • 4

  • @metanetmemisova5345
    @metanetmemisova5345 3 года назад

    inşallah olar

  • @cuiprodest7946
    @cuiprodest7946 3 года назад

    Lavrov Türkiyənin Turan qurmaq iddiası yoxdur deməklə mesajı Priorat Siona və bunlarla maraqları üst üstə düşən Qərbi Avropaya verdi.)

  • @user-kt6ju2lt6v
    @user-kt6ju2lt6v 3 года назад

    Kazakistana askeri baza salyn rus sekaralarina

  • @mahammadbabayev464
    @mahammadbabayev464 3 года назад

    Turan qariwig movzudu qisacasi helelik her bir Turku Respublikalarin acig acig resmi bir seviyyede bele bir fikri yoxdu
    Bunlari Erdogan ve Bizim Presidentin cixislarina esaslandiriram
    Eger Turan mumkun Olsa ya gerek Confederativ yadaki Fedarativ olke olsun
    Unitary Dovlet cox mumkun deyil menim oz fikrimce