Məşədi Azər Buzovnalı VƏ Əliağa Vahid

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • Vahida, münfəil etmiş məni kirdarlərin,
    Sənə nalayiq olan şiveyi-rəftarlərin.
    Ərəq etmiş səni rüsvayi-cahan, leyk məni -
    Ərəqi-xiclətə qərq eyləmiş ətvarlərin.
    Müskiratə səni aludə görüb şamü-səhər
    Lənət eylər sənə nəşr etdiyin əşarlərin.
    Qədrini, qiymətini bilginən ey kani-gühər,
    Mədəni-əzəmisən sən düri-şəhvarilərin.
    Yad qıl hali-əsəfnaki-Səməd Mənsuri
    Görginən aqibəti-karını meyxarilərin.
    Az degil ağlamalı halını gördükdə gülən,
    Olma minbəd gülüncü o xətakarlərin.
    Huşa gəl, bir daha məğmun eləmə dostlarını,
    Az deyildir sənin Azər kimi qəmxarlərin.
    Məşədi Azər Buzovnalı
    Məni aludeyi-mey gözləri ahulər edib,
    Qurtaran varmı əlindən bu xətakarlərin?!ı
    Məstlik qəsdi ilə zöhdü vərədən qaçıram,
    Ki, gözüm görməyə karın bu riyakarlərin.
    Bizi ustadımız Azər demə tənqid etmiş,
    Dəyməmiş piri-muğan, qəlbinə meyxarlərin.
    Biz günahkarlərin mərhəmətə haqqı da var,
    Keçəcək cürmünü, əlbəttə, günahkarlərin.
    Bizi bir cam ilə mey nəşəsi yıxmışsa, nə qəm
    Evi abad ola Azər kimi qəmxarlərin.
    Əgər ustadımız Azər kimi bir həmdəm ola,
    Həmdəmi olmaz idim bir para əyyarlərin.
    Hanı Yusif, hanı Sabit, hanı Saqib kimi dost,
    Ki, ayağın öpüm ol yar-vəfadarlərin.
    Vahidəm, məst görərkən mənə çox eyb etmə,
    Tənəsindən içirəm bəzi dilazarlərin.
    Əliağa Vahid

Комментарии • 3

  • @slowedazerbaijan
    @slowedazerbaijan 26 дней назад +3

    Əla 🎉

  • @nvaiclilov8151
    @nvaiclilov8151 Месяц назад +3

    Çox sağ olun
    Sözləri imkandır yazın
    Sözləri lüğətdən araşdıraq