Saatlıda ruhların dolandığı vahiməli təhsil ocağı - Dəhşətli mənzərə - APA TV
HTML-код
- Опубликовано: 11 окт 2024
- #APATV #saatli #peşətəhsili #peşəməktəbi #yararsız #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
Saatlıda ruhların dolandığı vahiməli təhsil ocağı - Dəhşətli mənzərə - APA TV
Bu gördüyünüz dəhşətli kadrlar hansısa köhnə yataqxanada yox, Saatlıda fəaliyyət göstərən bölgənin ən böyük peşə liseylərindən birində çəkilib. Hazırda Saatlı Peşə liseyi adlandırılan təhsil müəssisəsi 53 il bundan əvvəl 9 saylı Saatlı orta texniki peşə məktəbi kimi fəaliyyətə başlayıb.
10 korpusdan ibarət olan və böyük ərazini əhatə edən peşə liseyinin hazırda yalnız 2 korpusu fəaliyyət göstərir. Həmin 2 korpusda da vəziyyət acınacaqlıdır. Tavan damır, istilik yox, pəncərələr sınıq-salxaq, nə vaxtsa istifadə olunan maddi-texniki baza da tamamilə dağılıb. Bir sözlə burada peşədənsə hansısa xəstəliyə yiyələnmək daha asan görünür.
Qeyd edək ki, Saatlı peşə liseyi mərkəzdə yerləşir. Rayon icra hakimiyyətinin yaraşıqlı binasından 150 metrə qədər uzaqda. Elə biz də mərkəzdən çox uzağa getmədən sakinlərə mikrofon uzatdıq. Sakinlərin də ürəyi dolu idi.
Ürəyimiz təhsil ocağının pəjmürdə halına yana-yana Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etdik. Agentliyin nümayəndəsi Nəriman Kərimli bildirdi ki, təhsil ocağının yenidən qurulması ilə bağlı müzakirələr aparılır.
Qeyd edək ki, hazırda təhsil ocağında 17 ixtisas üzrə 300 tələbə peşə təhsili alır. İndi bu təhsil alanların ümid dolu gözləri dammayan yeni məktəbin, orada bəlkə də ilk dəfə tanış olacaqları yeni avadanlıqların yolunu gözləyirlər.
Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv
Doğma yurdum hər cürə inkişaf edib:)
Cəmi 1 ildi getmirəm uje ruhlar gəzir 😅
Mədə Saahdlda oxmuşam peşdə liseydə iki min birdə qutarmlşam onda yaxşydl
Məcə bir peşə məktəbi vardl axl saahdlda haml orda oxyurdu
Saatlı rayon icra hakimiyyəti başçısı və əlaqədar qurumlar baxıb bir tədbir görsələr daha yaxşı olar.
Hayif sannan ay Saatlim
Salam axşamınız xeyir Gəncə şəhərində yazıram 33 yaşım var normal xanım tapa bilmədim
Mən peşənin arxasında qalıram heçdə ruhzad yoxdu küləyləməyin
Anaxyadi Azərbaycan da məmurlar yeyir yuxarıda oturur ona görə bu gundədi
Bu ne basliqdi yazibsiniz hec yarasdirmadim Apa tv emekdaslarina verende duzgun melumat verin
menim liseyim😂
😆🙄🤔
AAAAAAAA😫😝😝☠️
Bəlkə bir az yavaşlıyaq😂?
Yoh yavaşlamag olmaz .hele coh süretle inkişaf eleyiriy bugündeyiy .Yavaşlasag meh olarig .Yaşasin Yap .Yaşasin memurlar ,Yaşasin nazirler